Dilarə Əliyeva: “Ona görə anam məni iki gün ac saxladı”

Dilarə Əliyeva:  “Ona görə anam məni iki gün ac saxladı”
2 noyabr 2015
# 13:22

Kulis “Unuda bilmirəm” layihəsindən əməkdar artist Dilarə Əliyevanın xatirəsini təqdim edir.

Həyatımda ilk dəfə gündəlik yazmağa vadar edən xatirəm belə başladı. Sumqayıtda 21 saylı məktəbin 8-ci sinfini bitirirdim. Son zəng günüydü. Əvvəlcədən uşaqlarla və biologiya müəlliməmizlə danışmışdıq ki, tədbirdən sonra Bakıya gəzməyə gedəcəyik. Valideynlərimiz də bir şərtlə razılıq vermişdi ki, müəlliməmiz də bizimlə gedəcək. Məktəbdə tədbirdən sonra müəlliməmiz dedi ki, o, bizi Bakıya apara bilməyəcək. Belə ki, direktor icazə vermir. Amma bir sinif olaraq, Bakıya getməkdə, oranı gəzib, həmin günü yaddaqalan, maraqlı etməkdə israrlıydıq. Uşaqlarla belə qərara gəldik ki, özümüz müəllimsiz Bakıya gedək. Dəmiryolu vağzalı da bizə çox yaxın idi. 24 nəfər ayaqla vağzala tərəf yollandıq ki, Bakıya elektrik qatarı ilə gedək. Mən beləcə fikirlər burulğanındaykən ayıldım ki, qatar tərpənib. Nə sağımda, nə də solumda uşaqlardan kimsəni görmədim. Bir hala qaldım ki, yazılası deyil. Bilmədim, nə edim. Növbəti gələn qatara minib, uşaqları axtarmağa başladım. Heç kimi görməyincə, özümü saxlaya bilməyib, hönkürtüylə ağladım. Yaxınlaşıb məni sakitləşdirməyə çalışdılar. Qatar dayananda düşdüm, yenə ətrafa ümidlə boylandım ki, kimisə görəcəm. Görməyincə yenə başladım ağlamağa. Mənə 3 qız, bir oğlan yaxınlaşdı, ağlamağımın səbəbini soruşdular, izah elədim. Onlar da dedilər, yəqin uşaqlar bulvara gediblər. Biz də ora gedirik, gedək, əgər orda olmasalar, biz səni Sumqayıt yola salarıq. Tibb Texnikumunun tələbələriydilər. Qoşuldum onlara.

Metrodan çıxdıq, sonra yenidən metroya qayıtdıq. Metroya girəndə bir də gördüm ki, sinif yoldaşım. Ay aman! Sevindiyimdən necə qışqırdımsa... O da qaçdı yanıma, dedi, uşaqlarla bayaqdan məni axtarırlar. Gətirdi qızların yanına. Uşaqlar hamısı necə ağlayırdılar. Məni görəndə sevincdən elə qışqırdılar ki, metronun işçiləri yaxınlaşıb üstümüzə acıqlandılar. Bu boyda olanlardan sonra, tənbəllik eləməyib, bulvara gəzməyə getdik.

Evə qayıdanda Sumqayıtda avtobusdan düşən kimi 24 şagird hamımız bir yerdə gedirdik. Baxdıq ki, camaat bizi qəribə baxışlarla süzür. Bir neçəsi bizə tez-tez yaxınlaşıb soruşur ki, Bakıya gedən uşaqlar sizsiz? Dedik, necə bəyəm? Məlum oldu ki, valideynlərimiz bütün şəhərə küy salıblar ki, uşaqlar müəllimsiz Bakıya gedib, birdən başlarına iş gələr. Mən artıq qara günümü qablaşdırdım. Həyətə girəndə qonşularımız dedilər ki, ay Dilarə, anan səni öldürəcək, qoy biz də səninlə gələk, döyməsin. Onların gəlməsinə razı olmadım.

Qapını bacım açdı. Məni görən kimi dərindən ah çəkib, başını aşağı saldı. Atam içəri çağırıb, sorğu-sual etməyə başladı. Anam hələ ki dinmirdi. Atam əlini qaldırdı ki, məni vursun, rəngim ağardı. Bükülüb yumağa döndüm. Təsəvvür edin, nə günə düşdümsə, əlini saldı aşağı, vurmadı. Otaqdan çıxmağımı istədi. Qulağım eşidə-eşidə anama dedi ki, ona əlini vurmayasan və evdən çıxıb harasa getdi. Atam evdən çıxan kimi anam məni o qədər döydü ki, nə qardaşım, nə də bacım əlindən ala bilmədi. Düz iki gün ac saxladı. Qonşuluqdakı rəfiqəm anamdan xəlvətcə mənə kolbasa-çörək gətirmişdi, arada gizlicə onu yeyirdim.

İki gün sonra məktəbə getməliydim, buraxılış imtahanına. Getdim ki, sinfimizin bütün qızları elə mənim günümdədir. O günün yaddaqalan, unudulmaz olmasını çox istəyirdik. Elə alındı ki, həmin gün yaddaşımızda nə gəzməyimiz, nə əylənməyimiz, nə də gülməyimizlə qaldı.

Qalan ancaq ağrı-acımız oldu.

# 1865 dəfə oxunub

Oxşar xəbərlər

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

12:20 19 yanvar 2026
İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

10:00 12 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər