Görkəmli alim Azərbaycanı niyə tərk etdi?

Görkəmli alim Azərbaycanı niyə tərk etdi?
19 avqust 2013
# 16:56

Dövrünün tanınmış şərqşünas və dilşünas alimi Boris Vsevolodoviç Millerin həyatının bir hissəsi Azərbaycanla bağlıdır. Həm də politoloq olan Miller, buraya ölkəmizdə yaşayan etnik xalqların məişətini, adət-ənənəsini araşdırmaq üçün gəlmişdi. Bu məqsədlə 1902-ci ildə missiyasına ilk olaraq Lənkərandan başlayır. 20-yə yaxın dildə danışan alimi əsasən burada yaşayan yerli xalqın dilinin mənşəyi maraqlandırırdı. Onun apardığı tədqiqatlar uzun bir zamanı əhatə edir. Miller düz 22 ilə yaxın bir dövr ərzində Lənkərandan ayrılmır. Həyatında baş verən faciə onu Azərbaycanı bir dəfəlik tərk etmək məcburiyyəti qarşısında qoyana kimi...

Bir faciənin tarixçəsi

Lənkəranın Veravul kəndində yaşayan Miller bura özü ilə kiçik oğlunu da gətirmişdi. Ata övladının həm tərbiyəsi, həm də təhsili ilə şəxsən məşğul olurdu. Oğlu olduqca dərrakəli idi. Atasının təsiriylə hətta kiçik yaşlarında bir neçə dil öyrənmişdi. Miller kənddə, çayın kənarında onun üçün məxsusi tikilən evdə yaşayırdı. Bir gün sel gəlir və Millerin oğlu çaya düşüb boğulur. Onu xilas etmək mümkün olmur. Miller bu dəhşətli hadisədən sarsılır. Həmişə sahilinə gəlib saatlara sularına tamaşa etdiyi çaya bir daha baxmağa ürək etmir. Hər dəfə oğlu yadına düşəndə qəhər onu boğur. Bu faciəyə dözə bilməyən ata 1924-cü ildə Lənkəranı tərk etməli olur və Moskvaya gedir.

Azərbaycan insanının sadiqliyi

Deyilənlərə görə Miller yerli əhaliyə təmənnasız tibbi yardım göstərər və həyətində nadir meyvə ağacları yetişdirərdi. Onun getməsi kənd sakinlərinə pis təsir edir. Boris Millerin yeni tikdirdiyi imarəti sahibsiz qalsa da heç kim ora köçmür. Baxımsız qalan ev sonralar ibtidai məktəb olur. Amma uçmaq təhlükəsi olduğuna görə burada tədris dayandırılır. Dağılmış evin bəzi materialları sonralar xeyriyyə işlərində istifadə olunur. Millerə məxsus evin bünövrəsi üzərində indi də yurd salan yoxdur.

Uzaq Rusiyadan davam edən münasibətlər...

XX əsrin əvvəllərində Lənkəranda yaşayan, dövrünün ziyalısı Mirzə Əziz Millerin yaxın dostu olub. Politoloq-alim əsərlərində bu haqda çoxlu qeydlər verib. Sonralar Mirzə Əzizin oğlu Mirzə Ağəli Əliyev bu dostluğu davam etdirir. Hətta 1924-cü ildə Moskvada yaşayan Millerdən Lənkəran Xalq Muzeyinin zənginləşdirilməsi və Moskva muzeyləri ilə əlaqə saxlanması barədə köməklik istəyir. Miller dostunu əmin edir ki, SSRİ Mərkəzi Dövlət Muzeyi və Şərq mədəniyyətləri dövlət muzeyləri ilə əlaqə yaradıb. Onlar Lənkəran Xalq Muzeyinə yardım göstərəcəklər. Miller Azərbaycana tez-tez məktublar göndərərdi. O, vətənimizi cənnətə bənzədərək sərvətlə dolu zəngin təbiətini tərifləyərdi. Bu yerlərə məftun olduğunu, insanlarının səmimiyyətindən, qonaqpərvərliyindən razı qaldığını və yenidən Azərbaycana gəlmək arzusunu gizlətmirdi. Professor Miller dostu Mirzə Ağəli Əliyevə qızı ilə birlikdə çəkdirdiyi şəkli xatirə kimi göndərmişdi. Azərbaycanda yaşadığı müddətdə iki dəfə Lerikdə olan dilçi alim dil materialları toplamaq məqsədi ilə rayonun Çayrud və digər kəndlərinə səfərlər edərək buradan maraqlı məlumatlar toplayıb. Eləcə də ölkəmizdə yaşayan etnik xalqların folklor nümunələrini araşdırıb. Əldə etdiyi materialların əsasında isə müxtəlif kitablar çap etdirib. Onun araşdırmaları və müəllifi olduğu nəşrlər müasirləri üçün bu gün ən qiymətli mənbə hesab olunur.

Günel HABİLQIZI

# 4021 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #