Onlara maşın sürmək qadağandır

Onlara maşın sürmək qadağandır
31 avqust 2013
# 07:45

Qədim yapon güləş növü sumo haqqında ilk məlumatlar bizim eranın VII əsrinə aiddir. Məlumatlara görə, 642-ci ildə Koreya səfirinin şərəfinə güləş yarış təşkil olunubmuş. Bundan sonra hər payız, əkin-biçin işlərinin yekunlaşması zamanı imperatorun himayəsi ilə yarış keçirilirmiş.

Digər məlumata görə XVI əsrə qədər mövcud olan doxelər (rinq) yüksəklikdə yerləşər, ətrafında isə tikanlıq olarmış. Tarixi məlumatlar belə bir idman növünün olduğunu təsdiqləsələr də bunun sumo ilə bağlı olması təsdiqlənməyib.

Sumo döyüşü zamanı rəqibə yalnız açıq əllə mübarizə aparmaq olar.

Göz və qasıq nahiyəsinə vurmaq qadağandır. Saçdan, qulaqlardan barmaqdan və sumatorilərin, yəni sumoçuların idman geyim növü olan mavasinin qabağından tutmaq olmaz.

Boğucu fəndlər işlətmək qadağandır.

Sumotorilər bu qadağalara əməl etməklə yerdə qalan hər vasitə ilə rəqibə qalib gələ bilərlər.

İtələmək, bədənin istənilən icazə verilən nahiyəsindən, o cümlədən qurşaqdan yapışmaq, atma, qırıcı fəndlərdən və badalaqdan istifadə etmək mümkündür.

Professional sumoda kateqoriyalar çəkiyə görə müəyyənləşmir. Buna görə də yarışda döyüşçünün çəkisi çox böyük rol oynayır.

Demək olar ki, yeni başlayanlar istisna olmaqla qalan bütün güləşçilər 100 kiloqram və ondan yuxarı çəkiyə malik olurlar. Sekttori adlanan daha yüksək liqadakı sumotorilərin çəkisi isə 120 kiloqramdan çox olmalıdır.

Sumoçular ilk baxışda gonbul görünsələr də əslində bədənlərindəki yağ onlarla eyni yaşdakı kişinin bədənindəki yağla eyni miqdardadır. Sumoçunun çəkisi artdıqca əzələ kütləsi də artır.

Yarış zamanı eyni xeyanın, yəni sumo məktəbinin üzvləri qarşılaşa bilməzlər. Hətta müxtəlif xeyaların üzvü olan qardaşların belə yarışda qarşılaşması qadağandır. Bu addım danışılmış yarışların qarşısını almaq üçün atılıb.

Bir yokadzuno – ən yüksək dərəcəli sumoçunun reklam və başqa kənar gəlirləri də daxil olmaqla illik gəliri dünya miqyaslı futbolçuların gəlirlərinə bərabərdir. Onlar adətən məşhur aparıcılar və müğənnilərlə evlənir, xalq arasında ehtiramla qarşılanırlar.

Yaponiya professional sumo yarışlarının keçirildiyi yeganə ölkədir. Qalan ölkələrdə yarışlar həvəskar səviyyədə təşkil olunur.

Sumo güləşçilərinin saç düzümləri takayama adlanır. Bu saç düzümü təkcə yaraşıq üçün deyil. O həm də döyüşçünün başını mümkün zərbələrdən qoruyur.

Dərəcəsindən asılı olmayaraq sumo güləşçilərinə avtomobil idarə etmək qadağandır. Bu qaydanı pozan sumoçular yarışlardan uzaqlaşdırılırlar. Adətən güləşçilər ya taksidən, ya da xüsusi miktoavtobuslardan istifadə edirlər.

Öz yekcinsliyi ilə tanınan Yaponiyada xarici güləşçilərə qarşı da olduqca sərt qaydalar mövcuddur. Dünyada ilk əcnəbi yekadzuno 1993-cü ildə havayalı güləşçi Tara Akibuno olub.

Əgər əvvəllər xarici döyüşçülərə tətbiq olunan kvota 40 nəfər idisə sonralar qəbul olunan qərara görə hər xeyaya ancaq bir əcnəbi üzv ola bilərdi. 2010-cu ildə yenilənən qaydalara görə isə əcnəbilərin bu yarışla məşğul olması praktiki olaraq mümkün deyil. Çünki artıq döyüşçülərin vətəndaşlığı deyil, milliyyətləri əsas götürülür.

# 4464 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda mart qırğınları - Azərbaycanlıların günahı nə idi?

Bakıda mart qırğınları - Azərbaycanlıların günahı nə idi?

10:00 31 mart 2026
"Qırmızı ordu başdan-ayağa ermənilərdən ibarət idi..." - Onlar kimi "Türkiyə agentləri" adlandırırdılar?

"Qırmızı ordu başdan-ayağa ermənilərdən ibarət idi..." - Onlar kimi "Türkiyə agentləri" adlandırırdılar?

10:00 30 mart 2026
Trabzonda azərbaycanlı müəllim - Aliyə Aşurbəylinin atası Atatürkə məktubunda nə yazmışdı?

Trabzonda azərbaycanlı müəllim - Aliyə Aşurbəylinin atası Atatürkə məktubunda nə yazmışdı?

15:00 27 mart 2026
İsmayıl Bəy Qaspıralının Turançılıq ideyası özündə nəyi ehtiva edirdi?

İsmayıl Bəy Qaspıralının Turançılıq ideyası özündə nəyi ehtiva edirdi?

14:30 20 mart 2026
Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

15:00 15 mart 2026
Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

14:10 11 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər