Könlüm bir qapalı çarşı

Könlüm bir qapalı çarşı
16 oktyabr 2015
# 14:36

Bir xəzinəyik əslində...

Özümüzün fərqində olmadığımız üçün əvvəlki təbirlə desək, “Lətifələr”imizin də fərqində deyilik. Malik olduğumuz xəzinələrdən bixəbər yaşayırıq.

Elə kasıb, elə acınacaqlı...

Və elə kədərverici...

Bəli, gizli bir xəzinəyik, amma kəşf etmək yenə bizim işimiz!

Özümüzdən özümüzə edəcəyimiz “Kəşf səyahəti”ndə ən çox bəlkə də biz təəccüblənəcəyik.

Özümüzdə kəşf etdiyimiz xüsusiyyətləri bu günədək niyə torpaq altında saxladığımıza heyflənəcəyik.

Kədərlənəcəyik. Olsun. Bu da vacibdir başlanğıc üçün...

Arxasınca düşməli, davam etməliyik!

Burada lazımlı, gözdən qaçırmamalı olduğumuz bir xüsus var. Bu da daxilimizdə gizli bir “xəzinə kəşfetdirci” amilin vacib olması...

Axtardığımız bu vücud torpağımızın, yəni bədənimizin içində olan qəlibimizin qəlbi olan könlümüzdə nələrin var olduğunu göstərəcək, işığı özümüzə tərəf çevirməyi təmin edəcək bir “Sərraf”dır.

Və onu tapdıqda da “Qapalı çarşı”mızın fərqinə varacağıq.

Könlümüzün varlığından xəbərdar olacağıq.

Onun gücünü hiss edib tanıyacağıq.

Və bu gücün əslində nə qədər də vacib olduğuna təəccüblənəcəyik.

Bir az üzərində düşündüyümüz zaman axtardığımız şeyin özümüz olduğunu görürük.

Deməli, dünyaya öz “Həqiqətimizi” tapmaq üçün gəlmişik. Göndərilmişik.

İrfan dünyamızın səmalarından bizlərə səs verən böyüklərin nitqindən bu həqiqətləri aydın olaraq görməyimiz mümkün...

Bəlkə də hər yeni gün bu səyahəti təkrarlayırıq.

Etdiyimiz hər səhv əməldə geriyə düşür, təkrar yola girmək və karvana qoşulmaq üçün çalışırıq.

Bütün bunlar yenidən özümüzə səfər etmək kimi bir şeydir...

Buradan baxsaq, “Necə gəldim, necə getdim” şəklindəki fikirləri başa düşə bilməməyimiz aradan qalxa bilər.

Pir Sultan Abdalın məşhur “Tövhid” adlı əsərindəki bu cümləyə diqqət edin!

“Önümə bir cığır gəldi

Bir ucu var şar içində”

Önümüzdə cığırlar açılır. Bir ucu şar içində, yəni könüldə... Əslində qarşımıza çıxan şanslardan biri hər zaman şar içində, könüldə olur. Amma əgər bizdə onu ayıracaq, yerinə qoyacaq idrak inkişaf etməyibsə, onda atışlarımızın çoxu “boşa çıxmış” olur.

Sonra da oturub yas tutaraq həyatın bizə bir şey vermədiyindən şikayətlənirik.

Könlümüz qapalı bir çarşı kimi...

Nə axtarsaq var içində...

Onları tapmaq üçün vəzifələndirilmişik. Səyahətimiz bunun üçündür.

Biz isə dar yollarda ömrümüzü qısaltmaqla məşğuluq. Kola, yamaca ilişmiş qoyun və keçi yunlarını yığıb sataraq, varlı olmaq arzusundayıq.

Halbuki xəzinə orada deyil...

Qapalı çarşı olan könlümüzdür əsl xəzinə!

Bu qapalı məkanı özümüz üçün açıq hala gətirməliyik! Başqalarına qapalı olmalı. Sirrimizi saxlamalıyıq. Başqalarının qısqanc və dəyər bilməyən baxışlarına qurban verməməliyik.

Öz xəzinəsindən bixəbər yaşayan cahil vəziyyətinə düşməməliyik.

Zübükvari bir hala razı olmamalıyıq.

Könlümüz bizi həqiqətə dəvət edərkən böyük və kəşf edilməmiş bir xəzinə olaraq orada dayanıb zübük kimi davranmamalıyıq.

Bəli, həqiqətə çağrılarkən biz zübükcəsinə bir əxlaq mənimsəyib sözündə durmayan, yalançı, eqoist, fırıldaqçı, əxlaqsız, vəfasız və boşboğaz bir düşüncənin içinə girsək çox ağır olmazmı?

Sözümün məqsədi qapalı çarşımızın fərqinə varmaqdır.

Könlümüzü və onun daxilində gizlənən xəzinələrin nələr olduğuna diqqət etməliyik. Qarşımıza çıxan imkanların, duyğuların, mənəvi zövqlərin bir ucunun o şar (könül) olduğunu unutmamalıyıq.

Bu zənginlik bizə verilmişkən yalana, fırıldağa ehtiyac yoxdur.

Həm də dünya buna dəyməz!

Susuzluqdan bağrımız yanırsa, diqqətimiz orada olmalıdır!

Susuzluğumuzu yatıran axar sular qapalı çarşı olan könlümüzdədir.

Aləmlərin seyrana endiyi könlümüzü biz seyr edə bilməsək, bu ən böyük ayıb olaraq o biri dünyada qarşımıza çıxmazmı?

Əsas məsələ nədir desək, nəticə olaraq deyərdim ki, qapalı çarşımız olan könlümüzə diqqət yetirməliyik.

Fərqinə varmalıyıq.

Kəşf etməliyik.

Bu səyahəti ciddi qəbul etməliyik!

Bir də bizim bu qapalı çarşımızın gözəlliklərini göstərən, bura səyahət etməyimizi təmin edən və dəstək olan, yıxıldıqda kömək edən, qaçılmaz bu səyahətdən nəsibini almış, aydınlanmış, pak irfan əhli dostlara ehtiyacımız var.

Həqiqi dostlara!

# 2458 dəfə oxunub

Oxşar xəbərlər

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
Tarixi kəşf: 86 min il əvvəl insanlar burada necə yaşayırdı?

Tarixi kəşf: 86 min il əvvəl insanlar burada necə yaşayırdı?

15:40 22 iyul 2026
Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

12:00 20 iyul 2026
“Məşədi İbad”ın aktyoru Həsən bəy Ağayevi necə pusquya salmışdı? - İstiqlal Bəyannaməsinə ilk imza atan şəxs necə öldürüldü?

“Məşədi İbad”ın aktyoru Həsən bəy Ağayevi necə pusquya salmışdı? - İstiqlal Bəyannaməsinə ilk imza atan şəxs necə öldürüldü?

10:00 19 iyul 2026
Şah İsmayıl imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Son illərini hücrələrdə keçirən Xətai haqqında

Şah İsmayıl imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Son illərini hücrələrdə keçirən Xətai haqqında

12:00 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər