Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
21 noyabr 2024
# 11:51

Qala qapılarının önündə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabir heykəli ilə qarşılaşırıq. Heykəl 1958-ci ildə məşhur heykəltaraş Cəlal Qaryağdı tərəfindən hazırlanıb.

İçərişəhər divarlarının yaxınlığında Cəlal Qaryağdı tərəfindən Sabirin xatirəsinə ucaldılmış heykəl

Bu, əslində, Sabirin ikinci heykəlidir.

Şairin ilk heykəli 1922-ci ildə Bakıda heykəltaraş Yakov İosifoviç Keylixis tərəfindən hazırlanıb. Heykəl xeyli tənqidlərə məruz qalıb. Sənətkarlıq baxımından o qədər də uğurlu olmayan heykəlin əsas mənfi tərəfi Sabirin daxili-mənəvi sarsıntılarını əks etdirə bilməməsi idi.

1922-ci ildə Keylixis Yakov tərəfindən hazırlanmış heykəl

Kulis.az 1922-ci ildə Sabirin həmin heykəlinin açılış mərasimi haqda Cəlil Məmmədquluzadənin “Yeni Yol” qəzetinin 25 noyabr (1922) nömrəsində yazdığı məqaləni təqdim edir:

"Bu noyabrın 7-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açışı oldu.

Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.

Maarif Komissarı Şahbazi öz nitqində yeni yazıçılarımızı və cavanlarımızı Sabirin ruhu ilə ruhlanmağa çağırdı. İkinci danışan Nəriman Nərimanov yoldaş olub, söylədi:

“Sabir Nikolay hökumətinin ən qorxulu günlərində heç kəsdən qorxmayıb, özünün kəndli və fəhlə tərəfdarı olduğunu hamıya bildirdi: öz şeirləri və yazıları ilə kəndlilərin və fəhlələrin haqlarını müdafiə edirdi; zalımların bunlara etdikləri zülmlərini açıqca üzlərinə söyləyirdi. Buna görə heç kəs təəccüb etməsin ki, ilk dəfə Sabiri yad edən və ona yadlıq (heykəl) dikəldən biz kəndli və fəhlə tərəfdarları olduq”.

Nitqinin axırını indiki və gələcəkdəki türk şairlərimizin Sabir kimi olmaları arzusu ilə qurtardı.

Hüseynqulu Əliyevin "Mirzə Cəlil və Sabir" əsəri

Üçüncü danışan, Ağamalı oğlu, Sabirin şair kimi meydana çıxması ilə Azərbaycan türkləri üçün yeni bir dövrə başlanmasını, bu dövrənin bərəkətindən kəndli və fəhlələrimizin ayılmalarını, bunların tərəfdarlarının çoxalıb inqilab yapmalarını və müvəffəqiyyət qazanmalarını söylədi.

Nitq söyləyənlərin və hazırda olanların hamısının əksi alındı.

Bu yığıncaqda gözə çarpınan bircə əksiklik var idi: o da bu idi ki, Sabirin təbinin atının iti qaçışına gözəl və geniş meydan hazırlayan "Molla Nəsrəddin" orada görsənmirdi, çünki bu açışın nə vaxt olması xəbərini ona heç bildirməmişdilər.

P.S. Yazıçı mətndə "açılış" sözü əvəzinə "açış" sözündən istifadə etmişdir.

# 276 dəfə oxunub

Oxşar xəbərlər

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

12:00 6 noyabr 2024
Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

09:00 6 noyabr 2024
# # #