Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert olub

Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert olub
18 oktyabr 2025
# 12:38

Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) Tələbə Teatrında görkəmli Azərbaycan bəstəkarı, peşəkar Azərbaycan bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Kulis.az APA- ya istinadən xəbər verir ki, proqramda bəstəkarın Şərq melodiyasını və xalq intonasiyasını Avropa klassik ənənələri ilə birləşdirdiyi məşhur “Firuzə”, “Arşın mal alan” və “Koroğlu” opera və operettalarından romanslar, ariyalar və balladalar səsləndirilib.

Konsertdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev proqramın yüksək ifa səviyyəsini və emosional gücünü yüksək qiymətləndirib. "Açığı, belə yüksək keyfiyyətli ifa və belə temperamentli ifa - sırf azərbaycan temperamentli tamaşa görəcəyimi gözləmirdim.

Üzeyir Hacıbəyli Azərbaycan peşəkar musiqi məktəbinin banisidir. Onun töhvəsi çox böyükdür. O, şərq motivlərini Avropa musiqi ənənəsi ilə birləşdirə bilib. Qeyd etmək lazımdır ki, o, Avropa musiqi ənənələrini rus klassik musiqi məktəbinin rəsisi ilə qavrayıb. Nəticədə bu sintezden klassik Azərbaycan musiqi məktəbi doğulub", diplomat vurğulayıb.

QİTİS-in vokal sənəti kafedrasının müdir müavini, professor Nikolay Vasilyev Üzeyir Hacıbəyli yaradıcılığının dünya musiqi mədəniyyəti üçün əhəmiyyətini qeyd edib.

"O, vətənində opera dramaturgiyası ilə ciddi məşğul olan ilk bəstəkar olub. Bu, onun əsl bəstəkar kimi istedadından xəbər verir. Fakültəmiz yubileyi məmnuniyyətlə qarşıladı və biz onun irsindən ən diqqətçəkən, ən yaxşı parçaları seçməyə çalışdıq. Onlar həm rus, həm də Azərbaycan dillərində ifa olunub", - deyə N.Vasiliev bildirib.

QİTİS Musiqili Teatr kafedrasının dekanı Timofey Sapolev vurğulayıb ki, Üzeyir Hacıbəyli musiqisinin tədris prosesində xüsusi yeri vardır.
"Tədris prosesində yalnız ən yaxşılara ehtiyac var. Ona görə də tələbələrin repertuarında Motsart, Şostakoviç və Hacıbəyli var. Biz nəhəng musiqi ilə öyrənməliyik. Bu, zövqü, forma hissini və dramatizmi inkişaf etdirməyə kömək edir. Əminəm ki, bu gün tamaşaçılar əsl, səmimi musiqiyə can atdıqları üçün həqiqətən də həzz alıblar", - o qeyd edib.

Konsertdə ifa edən QİTİS-in Musiqili Teatr fakültəsinin tələbəsi Anastasiya Mişşenko bildirib ki, Azərbaycan dilində əsərlər ifa etmək maraqlı və çətin təcrübədir: "Musiqi gözəldir, temperamenti dərhal hiss edirsən. Azərbaycan dilində oxumaq çətin, lakin çox gözəl idi".

Digər ifaçı Ruslan İbrahimov bunun tələbələr üçün mühüm peşəkar təcrübə olduğunu qeyd edib: "Üzeyir Hacıbəyli musiqisinin rəngi, harmoniyası, xarizması xüsusidir. Bu ifa mənimlə qalacaq və gələcəkdə mənə mütləq gərəkli olacaq".

Konsertin quruluşçu rejissoru və aparıcısı Mariya Sladkovskaya bu konsertin onun üçün böyük xoşbəxtlik olduğunu söyləyib: "Avropa formasının Azərbaycan koloroti ilə necə birləşdiyini eşitmək inanılmazdır. Biz bu gecəni çoxdan planlaşdırırdıq və nəhayət, bu gün baş tutdu".

# 1360 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər

Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər

16:20 18 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə”  sərgisinin təqdimatında iştirak etdi

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak etdi

13:55 18 iyul 2026
"Sən nə vaxt ağzının danışığına fikir verəcəksən?" - Azərbaycanda iş mühiti

"Sən nə vaxt ağzının danışığına fikir verəcəksən?" - Azərbaycanda iş mühiti

11:30 18 iyul 2026
Məşhur müğənni konsertini ləğv etdi - Səbəb

Məşhur müğənni konsertini ləğv etdi - Səbəb

10:51 18 iyul 2026
İsa Həbibbəyli Ömər Eldarovu xəstəxanada ziyarət etdi

İsa Həbibbəyli Ömər Eldarovu xəstəxanada ziyarət etdi

10:11 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər