“Dünyanın ən böyük eşq mütəxəssisi” - Freydə niyə Nobel mükafatı verilmədi?

“Dünyanın ən böyük eşq mütəxəssisi”  - Freydə niyə Nobel mükafatı verilmədi?
23 sentyabr 2025
# 12:19

23 sentyabr psixoanalizin banisi, avstriyalı nevroloq Ziqmund Freydin anım günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən onun həyatı və fəaliyyəti ilə bağlı maraqlı faktları təqdim edir.

1856-cı ildə Avstriyada dünyaya gələn Ziqmund Freyd nadir rast gəlinən bir vəziyyətlə doğulub.

Həkimlər müdaxilə edərək bu halı təhlükəsiz şəkildə aradan qaldırıblar. Anası Amaliya Freyd isə bunun müsbət əlamət olduğuna inanıb və oğlunun böyük uğurlar qazanacağına ümid edib.

Elmi fəaliyyətinə neyrologiya ilə başlayıb. Əvvəlcə ilanların cinsi orqanlarını tədqiq edib, daha sonra isə omurğalı və omurğasızların beyin quruluşlarını müqayisə edib.

Nəticədə neyron anlayışının inkişafına ciddi töhfə verib.

Ali təhsilini başa vurduqdan sonra Vyana Ümumi Xəstəxanasında çalışıb və həkim Yozef Breuer ilə əməkdaşlıq edib.

Breuerin hipnozla müalicə metodlarından təsirlənib, amma bu texnikanı yetərli saymayıb.

Parisdə əlavə təcrübələr qazanıb və vətənə qayıtdıqdan sonra öz müalicə üsullarını inkişaf etdirib, hipnozdan imtina edib.

Freydin bəzi pasiyentlərə münasibəti etik cəhətdən tənqid olunub. 1921-ci ildə onun təsiri altında amerikalı psixoanalitik Horas Frink həyat yoldaşından boşanıb və öz pasiyenti ilə ailə qurub.

Bu hadisə illər sonra ifşa olunub və Freyd ictimaiyyət tərəfindən sərt şəkildə qınanıb.

1909-cu ildə Karl Yunqla birlikdə ABŞ-yə səyahət edib. Orada gördüyü mədəniyyət və insanlar onu məyus edib.

Amerikalıların qeyri-rəsmi davranışlarından və pul yönümlü düşüncələrindən narahat olub. Buna görə də, sonradan Amerikaya köçmək təkliflərini rədd edib.

Freydin nəzəriyyələri bir çox sahəyə təsir edib, o cümlədən Hollivuda.

1925-ci ildə "MGM"in rəhbəri Samuel Goldvin onu “dünyanın ən böyük eşq mütəxəssisi” adlandırıb və ondan klassik sevgi hekayələri əsasında ssenari yazmağı istəyib.

Freyd bu təklifi rədd edib, lakin Çarli Çaplin barədə qeyri-rəsmi psixoloji müşahidələr aparıb.

Kokainin təsirini öyrənmək üçün öz üzərində təcrübələr aparıb.

Maddənin təsiri altında depressiyadan qurtulduğunu, daxili dialoqlarının üzə çıxdığını qeyd edib.

Bu mövzuda dörd məqalə yazıb və bəzi pasiyentlərində də istifadə edib. Sonralar kokaini tərk edib və bu maddəni "sadəcə diqqəti yayındıran vasitə" adlandırıb.

Pasiyentlərinin rahatlaşması üçün xüsusi cinsli iti "Jofi"ni seanslara daxil edib.

Onun varlığı xəstələrdə sakitlik yaradıb və müsbət nəticələr verib. Bu yanaşma daha sonralar terapiya heyvanları sahəsindəki tədqiqatlara ilham verib.

Freyd pasiyentlərinin divana uzanmasını tələb edib ki, onlar daha rahat danışa bilsinlər.

Bu üsul zamanla klassik psixoanalitik yanaşmanın simvoluna çevrilib.

1940-cı illərdə bu məqsədlə xüsusi düyməsiz və sadə divanlar hazırlanıb və psixoterapiyada geniş istifadə olunub.

Ziqmund Freyd 1915-1938-ci illər arasında 13 dəfə Nobel mükafatına namizəd göstərilib – on iki dəfə tibb, bir dəfə isə ədəbiyyat sahəsində. Lakin mükafatı heç vaxt qazanmayıb.

Tənqidçilər onun nəzəriyyələrini elmi əsaslardan uzaq hesab ediblər. Buna baxmayaraq, 1930-cu ildə Höte mükafatına layiq görülüb. O dövrdə ağır xəstəliklə mübarizə apardığı üçün mükafatı qızı Anna qəbul edib.

1939-cu ildə ağır xərçəng xəstəliyindən sonra intihar edib.

Külləri Mari Bonapart tərəfindən hədiyyə olunan qədim yunan vazasında Londonda yerləşən krematoriyada saxlanılıb. 2014-cü ildə naməlum şəxslər bu vazanı oğurlamağa cəhd ediblər.

Vaza zədələnib, lakin Freydin və həyat yoldaşı Martanın külləri xilas olunub. Hadisədən sonra vaza daha təhlükəsiz yerə köçürülüb.

Ziqmund Freyd yalnız bir alim yox, eyni zamanda cəmiyyətin, insan şüurunun və mədəniyyətin sərhədlərini aşan bir düşüncə adamı olub.

# 338 dəfə oxunub

Oxşar xəbərlər

Uşaqlıqda qorxulu hekayələr yazıb satan, romanı əsasında məşhur serial çəkilən yazıçı -  Corc Martin kimdir?

Uşaqlıqda qorxulu hekayələr yazıb satan, romanı əsasında məşhur serial çəkilən yazıçı - Corc Martin kimdir?

12:00 20 sentyabr 2025
"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

14:55 19 sentyabr 2025
"Bu rüsvayçılıqlara artıq son qoymaq vaxtıdır" - "Arşın mal alan"a kim  "erməni pyesi" demişdi?

"Bu rüsvayçılıqlara artıq son qoymaq vaxtıdır" - "Arşın mal alan"a kim "erməni pyesi" demişdi?

09:30 19 sentyabr 2025
"Bundan sonrakı ömür nə bir qadına, nə bir inanca..." - Əlibala Əhmədovun şeirləri

"Bundan sonrakı ömür nə bir qadına, nə bir inanca..." - Əlibala Əhmədovun şeirləri

16:00 18 sentyabr 2025
"Mənim eşqim, ilhamım, hər nəyim var, onundur..." - Şəhriyar hansı qadın haqqında hüznlə etiraf etmişdi?

"Mənim eşqim, ilhamım, hər nəyim var, onundur..." - Şəhriyar hansı qadın haqqında hüznlə etiraf etmişdi?

09:00 18 sentyabr 2025
"Babək" adlı tarixi povest  yazan mücahid - Nofəl Tahirzadəni sovet DTK-sı qətlə yetirib?

"Babək" adlı tarixi povest yazan mücahid - Nofəl Tahirzadəni sovet DTK-sı qətlə yetirib?

15:00 17 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər