Dilimizi göyə qaldıran rus yazıçı: "Avropada fransız, Asiyada Azərbaycan dili..." - Maraqlı qeydlər

Dilimizi göyə qaldıran rus yazıçı: "Avropada fransız, Asiyada Azərbaycan dili..." - Maraqlı qeydlər
27 may 2020
# 12:31

Bu gün Azərbaycan dili regionda prestijli, açar dil sayılmasa da bir zamanlar bu dildə bilən şəxslər nəinki Qafqazı, Asiya qitəsinin bir çox ərazilərini rahat gəzə bilirdi. Bunu təkcə öz yazıçılarımızın deyil, rus yazıçısı da etiraf edir. Məşhur nrus yazıçı, tərcüməçi Aleksandr Bestujev-Marlinski də etiraf edir.

Kulis.az məşhur yazıçının Qafqazla, Azərbaycanla bağlı qeydlərini təqdim edir.

Aleksandr Bestujev dekabristlər üsyanının 1825-ci ilin 14 dekabr burulğanı nəticəsində çar rejimi tərəfindən həbs edilərək, Qafqaza sürgün olunub. İnqilabçı yazımı bütün Dərbənddə İsgəndər bəy adı ilə şöhrətlənir. Azərbaycan dilini öyrənir.

Nakam yazıçı qeydlərinin birində yazır:

"... o ki qaldı mənə, mən Azərbaycan dilini öyrənməyə başlamışam. Avropada fransız dili kimi, Asiyada da bu dili bilməklə, oranı başdan-başa gəzmək olar".

"Qafqaza dinclik verin və Yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: "O, burdadır!" deyən A.Bestujev-Marlinskinin Azərbaycan həyatına həsr olunmuş povestləri, oçerkləri, yol qeydləri, memuar xarakterli əsərləri onu göstərir ki, onun yerli əhaliyə təsiri güclü olub.

Gallery

Ədib "Qafqaz povestləri" silsiləsinə daxil olan "Ammalat bəy", "Molla Nur" əsərlərində, "Xəzərlə ayrılıq", "Quba yolu", "Qonaqkəndi keçməklə Dağıstandan Şirvana dağ yolu", "Köhnə Şamaxı yolunda sonuncu stansiya", "Topçu stansiyasından Qutqaşenə keçid", "Almalı stansiyasından Muğanlı postuna qədərki yol" oçerklərində üsyankar şəxsiyyətlərin, xalq qəhrəmanlarının yaddaqalan obrazlarını yaradıb.

Böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundovla dostluq edib. M.F.Axundovun A.S.Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı ruscaya tərcümə edib.

Cəza olaraq əsgər kimi Qafqaza göndərilib. Dərbənddə özünə ayrıca ev tutub. Qiymətli xalılar, əski əşyaları kolleksiya kimi toplayıb. Ova çıxıb, döyüşə də gedib. Bahalı mahuddan əsgər şinelləri tikib. Eyş-işrətdən qalmırmış. Şahənşah həyat sürür, macəradan, avantüradan qalmır. Qaçaq-quldurlarla dil tapır, dostluq edir. Bir varlı dağlının hərəmxanasından gözəl bir qızı qaçırmağa cəhd edir. Amma plan pozulur.

Gallery

Dağlıların, xüsusən azərbaycanlıların yaşayışını, həyat tərzini müşahidə edir. Yerli camaatla ünsiyyət qurmağa, onların rəğbətini və hörmətini qazanmağa çalışır. Bu mərd, qonaqpərvər, igid insanlara ürəkdən bağlanır.

1834-cü ildə yazıçının Dərbənddən yola düşməsinin şahidi olmuş Y.İ.Kostenetski yazırdı ki, "Az qala bütün şəhər camaatı 20 verstlik məsafə boyu, düz Samur çayınacan onu yola salırdı, bütün kütlə özünün əziz xələfi İsgəndər bəyə hüsn-rəğbətini hər vasitə ilə ifadə etməyə çalışırdı".

Aleksandr Bestujev 1837-ci ildə Qara dəniz sahillərində, Adler yaxınlığında savaşda həlak olur. Döyüş meydanında həlak olmuş dörd zabitin meyidi arasında onun meyidi tapılmır.

# 10546 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

15:00 3 noyabr 2025
Yaşlandıqca zaman niyə sürətlə keçir?  - Araşdırma

Yaşlandıqca zaman niyə sürətlə keçir? - Araşdırma

18:02 27 oktyabr 2025
"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

10:00 25 oktyabr 2025
Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri  - Həcər Atakişiyeva

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri - Həcər Atakişiyeva

14:15 24 oktyabr 2025
Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun  adını çəkməyə qorxurdular?

Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun adını çəkməyə qorxurdular?

13:30 21 oktyabr 2025
Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı  Laslo Krasnahorkai kimdir? - DOSYE

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Laslo Krasnahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər