Meyit, uşaq, pişik yeyən qəribə adam – Fransalı Təpəgöz

Meyit, uşaq, pişik yeyən qəribə adam – Fransalı Təpəgöz
21 avqust 2020
# 16:58

Nağıllardan bizə tanış olan Təpəgözün real həyatda var olduğunu bilirdinizmi? Xarici görünüşdən bənzərliyi olmasa da 1772- ci ildə Fransada doğulan Tarrare adlı adamın Təpəgözlə oxşar cəhətləri olub. Hər ikisi qarnını heç nə ilə doyura bilməyən valideynləri tərəfindən atılıb, insan da daxil olmaqla gördüyü bütün canlı- cansız nə varsa yeyib. Kulis.az varlığı sənədləşdirilmiş fransalı “Təpəgöz” haqqında maraqlı faktı təqdim edir.


1772- ci ildə Fransada doğulan Tarrare əsla doymaq bilməyən, davamlı olaraq acan, yorğun və diqqəti dağınıq, qəribə bir insan olub. Qarnını heç nə ilə doyura bilməyən valideynləri axırda Terrareni küçəyə atmaq məcburiyyətində qalıblar.

Yemək yeyəndə yanaqları, yedikdən sonra isə qarnı nağara kimi şişən Tarrarenin, təkbaşına dörd nəfərlik yemək yeməsinə baxmayaraq çəkisi 50 kiloqramdan artıq olmurdu. Onun bir səbət almanı bir dəfəyə ağzına tıxışdırdığı və udduğu, pişiyi canlı-canlı yediyi barədə rəsmi sənədlər mövcuddur. Doyumsuzluğu o həddə çatıb ki, o hətta yemək tapa bilməyəndə zibil və cansız əşyalarla qidalanmaq məcburiyyətində qalırmış.

Küçələr yemək ehtiyacını qarşılaya bilmək üçün yararsız yer olmağa başlayanda Tarrare havayı yemək əldə edə bilmək üçün orduya yazılıb. Amma onun dayanmadan yemək yeməsi və yedikdən sonra halsız olması rütbəlilər tərəfindən ordudan qovulması ilə nəticələnir. Həmin zaman bu adamın varlığından xəbər tutan iki həkim Tarrare üzərində araşdırma aparmaq üçün onu xəstəxanaya aparıblar.

Bu qəribə adamın üzərində bir neçə araşdırma aparılmasına baxmayaraq onu acdıran səbəbi tapa bilməyiblər. Elə bu zamanlarda ordudakı generallardan biri Tarrarenin bu xüsusiyyətindən faydalana biləcəyini düşünərək ona içində məktub olan bir kapsul uddurur. Bir az sonra Tarrarenin kapsulu bütöv şəkildə xaric etdiyini görən general bu zaman əsir tutulan bir əsgərə mesaj göndərmək üçün adama başqa bir kapsul uddurur. Bu yol ilə general Tarraredən agent kimi istifadə edir. Lakin müharibə meydanında tutulan Tarrare ona gösətrilən təzyiqlərə dözə bilməyib vəziyyəti etiraf edib. Qarşı tərəf onun məktubu xaric etməsini gözləyib. O, məktubu xaric edəndən sonra məktubda heç bir şey yazılmadığı məlum olub. Çünki general Tarrareyə güvənməyib.

Tarrare əsirlikdən xilas olandan sonra yenidən öz ölkəsinə qayıdır. O, əvvəllər onun üzərində araşdırma aparan həkimləri tapıb onu müalicə etmələri üçün həkimlərə yalvarır.

Xəstəxanaya yerləşdirilən Tarrare artıq normanı qaçırmağa başlayır. O dərəcədə ki, bir dəfə onun morqda ölü bir qadının cəsədinini yarısını yediyini görüblər. Bir az sonra xəstəxananın itini yeyib və fürsət tapdıqca xəstəxanadakı qan torbalarındakı qanları içib. Xəstəxanada qəfil yoxa çıxan 14 aylıq körpənin də Tarrare tərəfindən yeyildiyi məlum olduqdan sonra onu xəstəxanadan qovurlar.

Çox da uzun ömür sürməyən Tarrare 27 yaşında ölür. Onun cəsədi üzərində aparılan ekspertiza nəticələrində bu adamla bağlı qeyri-adi heç bir fakt əldə olunmur.

# 5920 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #