Kennedinin qatilinin, Venesuela diktatorunun və Fidel Kastronun ortaq sevgilisi Marita - Onu Amazon meşəsində niyə azdırmışdılar?

Kennedinin qatilinin, Venesuela diktatorunun və Fidel Kastronun ortaq sevgilisi Marita - Onu Amazon meşəsində niyə azdırmışdılar?
29 iyul 2020
# 18:01

Dünyada Marita Lorenz qədər qəribə həyat yaşayan az sayda insan var. İkinci Dünya Müharibəsinin yaratdığı xaosun ortasında Nasisit Almaniyasında dünyaya gələn Marita Kariblərin Mata Harisi adlandırılırdı. Fidel Kastroya hazırlanan sui-qəsd cəhdinin önəmli ismlərindən olan Marita onunla on ildən çox sevgili həyatı yaşayıb. Kennedinin sui-qəsdindən əvvəl Lee Harvey Osvald ilə tanışlığı olan Marita eyni zamanda Venesuelanın devrilən diktatorundan və Nyu York quldurundan uşaq dünyaya gətirib.


Kulis.az Fidel Kastronu öldürmək üçün təyin edilən, ancaq sonradan fərqli hadisələr yaşayan Marita Lorenzin həyat hekayəsini təqdim edir.


Marita 1959- cu ildə 19 yaşındaykən atasının kapitanlıq etdiyi lüks səyahət gəmilərindən birində Havanaya səyahət edərkən Kubanın çiçəyi burnunda lideri Fidel Kastro tərəfindən qarşılanıb. Gəmiyə yaxınlaşan saqqalı və silahlı adamları görən Maritə əvvəl qorxsa da bu hiss sürətlə keçərək yerini başqa hisslərə buraxır. 33 yaşlı Kastro Maritanı qayığa endirərkən hissləri qarşılıqlı idi. Kastro Maritanın ilk sevgilisi idi və aylarla davam edən münasibətləri ilə on illər boyu davam edən eşqləri, Maritada şəhvət və intiriqa hisslərini hərəkətə keçirəcəkdi. Marita ilk görüşlərini belə xatırlayırdı:

“Göyərtədə dayanmışdım və uzaqdan bir qayığın bizə tərəf yaxınlaşdığını gördüm. Qayıqda hamısı saqqalı təxminən 27 adam var idi. Biri digərlərindən boy-buxununa görə fərqlənirdi. Digərlərinə nisbətən ucaboy idi və öndə dayanmışdı. O, birdən bağırdı ki, gəmiyə gəlmək istəyirəm. Kim olduğunu soruşdum. Dişlərini ağardıb gülməyə başladı və “Mən Fidel Kastroyam” dedi.
Bundan sonra onların arasında sevgi münasibətləri yaranıb. 1959- cu ildə Marita artıq Fidel Kastrodan yeddi aylıq hamilə idi. 1993- cü ildə verdiyi bir müsahibədə Marita narkotik vasitə ilə yuxuya verildiyini və gözlərini açanda xəstəxanada olduğunu deyib. Körpəsinin yanından götürüldüyünü deyən Marita 1959- cu ildə tamamailə başqa bir əhvalat danışmışdı. Həmin il o, öz istəyi ilə Havanada abort etdirdiyini və bu səbəblə də müalicə aldığını söyləmişdi.
Körpə hadisəsindən sonra CİA nəhayət ki, Lorenzi yola gətiməyə nail olmuşdu. Onun aşiqdən casusa çevirildiyi zaman ilk vəzifəsi isə keçmiş sevgilisini öldürmək olur. Kastronu zəhərləməsi üçün CİA tərəfindən ona həblər verilir və nə edəcəyi ilə bağlı təlimatlandırılaraq Kubaya göndərilir.

Gallery

Marita Kubaya çatanda onda Kastronu öldürəcək ürək olmadığını hiss edir. Əl kremi bankasında saxladığı həbləri məhv edir. Ağlı ilə ürəyinin girişdiyi savaşda ürəyinə məğlub olan Marita Kastronu öldürmək əvəzinə onunla ehtiraslı bir gecə keçirməyi seçir.
1977- ci ildə “New York Daily”ə verdiyi müsahibəsində Marita Lorenzin verdiyi açıqlama gündəmə bomba kimi düşmüşdü. O, Fidel Kastroya sui-qəsd komandası ilə iş birliyində olduğu zaman, düşərgədə Lee Harvey Osvald adlı bir adamla tanış olmuşdu. Osvald isə ABŞ-ın keçmiş prezidenti Con Kennedini öldürməklə qısa müddətdə tarixə düşəcək adam idi.

Gallery

1960- cı ildə xüsusilə Kennedini Donuzlar Körfəzi uğursuzluğu səbəbilə günahlandıran CİA üzvləri arasında həm Fidel Kastroya, həm də Kennediyə qarşı mənfi münasibət yaranmışdı. Lorenz bu hadisələrdən sonra Dallasa gizli bir səfər planlaşdırdığını və qrupun Konvoydan ayrıldığını iddia etdi. O, vəzifəsinin həqiqətən də nədən ibarət olduğundan xəbərsiz olduğunu iddia etdi və qısa müddət sonra prezidentin Dallasda vurulduğunu eşitdiyini qeyd etdi.

Lorensin qızı Monika deyir ki, anasının vəzifələrindən biri də yeni devrilən Vesesuela diktatoru Markos Perez Cimenezi idi. Cültlük 1961- ci ildə Mayamidə bir araya gəldikdən sonra, Perez Cimenez Maritanı sevgilisi olana qədər təqib etdi.
Onunla bir ay birlikdə yaşayan Marita Monikaya hamilə qalıb. Bir neçə il boyunca Cimenez həm Maritaya, həm qızı üçün əlindən gələni əsirgəməyib. Marita Perez haqqında davamlı olaraq casusluq edib. Ancaq bəlli hadisələrdən sonra Lorenz pulsuz qalır. Perezin sahib olduğu milyon dollarlıq sərvətindən bir qəpik belə əldə edə bilmədi. 1963- cü ilin may ayında Kennedinin sui-qəsdindən altı ay sonra Lorenz qızının atası ilə təmasa keçmək üçün Venesuelaya getməyə qərar verir. Lakin həmin vaxt Perez Cimenez həbsxanada idi. Venesuela höküməti onun Perezlə bağlantısı olduna görə Maritanı Perezin yanındakı həbsxana hücrəsinə atırlar. Bir müddət sonra azad edilən Maritanı qızı ilə birlikdə iki yerli kəşfiyyat agentliyi bir səyahət turu adı ilə Amazon meşələrinə aparılır və orda azdırılır. Marita və qızı doqquz ay Amazon qəbiləsi ilə birlikdə yaşamağa məcbur olur.

Gallery

Mühafizə olunmaq istəyi onu Nyu Yorkdakı Kuba səfirliyinə gətirmişdi. Fidelin ona əsla pislik etməyəcəindən əmin idi. Səfirlikdən Havanaya bir səfər tələb edir və Havanaya getdiyi zaman illər əvvəl itirdiyini zənn etdiyi oğlu ilə tanış olduğunu və Kuba mediasına verdiyi müsahibədə onunla ara-sıra görüşdüyünü iddia edirdi:
“Andre qapıdan içəri girdi. Diqqətlə onu seyr etdim. Aman Allahım! Bunun həqiqət olduğuna inanmaq çətin idi. O mənim oğlum idi. Mənim dodaqlarım var idi onda. Gözləri eynilə mənim gözlərim kimidir. Burnu Fidelin burnuna bənzəyir. Diqqətinə vardığım ilk şey, onun eyniylə Fidel kimi ağdərili olması və qıvrım saçları idi. Mən ağlamağa başladım. O, uşaq həkimi olmuşdu. Mən ona gözəl bir peşə seçdiyini söylədim”.


1981- ci ildə Marita artıq uşaqlarının təhlükəsizliyi ilə bağlı daha çox təlaşlanmağa başlamışdı. Çünki bir zamanlar dost olub sonra arxasından iş çevirib casusluq etdiyi bütün təhlükəli kişilərdən qorunmağa ehtiyac duyurdu.

CİA –dan ayrılandan sonra Marita Nyu-Yorkda FBİ üçün müxbirlik etməyə başladı. 1969-cu ildə dünyaya gələn Mark adlı oğlunun isə əvvəllər atasının keçmiş polis şefi olduğunu söyləmişdi. Daha sonra Marita oğlunun atası haqqında olan hekayədə dəyişiklik etdi. Çünki dostlarının və ailə üzvlərinin çoxu əsl həqiqəti bilirdi. Markın həqiqi atası Floridada həbsxanada olan quldur Eddi Lev idi. Marita oğluna atasının bir polis olduğunu söyləməyin, bir quldurun oğlu olduğu həqiqətinin söyləməkdən daha yaxşı seçim olduğunu düşünmüşdü.
Bir çox maraqlı hadisələrlə və əhəmiyyətli şəxslərlə həyatı kəsişən Marita Lorenz 2019- cu ildə dünyasını dəyişib.

Gallery

# 5643 dəfə oxunub

Oxşar xəbərlər

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
#
#
# # #