Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırdı

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırdı
2 oktyabr 2026
# 13:00

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ilk dəfə təşkil olunan “Birgə film istehsalına dəstək müsabiqəsi”nin 2026-cı ilin III rübünü əhatə edən mərhələsi başa çatıb.

Kulis.az xəbər verir ki, Bədii Keyfiyyətə Nəzarət Komissiyası 5 şirkət tərəfindən təqdim edilən layihələri qiymətləndirərək onların maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, “Nasreddin Production” MMC-nin “Parallax” (Azərbaycan, Estoniya, Finlandiya, Latviya, Litva), “Eloğlu Şirkətlər Qrupu”nun “Kapitan” (Azərbaycan, Türkiyə, Özbəkistan), “Adrenalin Brothers”ın “Saxta sevgili” (Azərbaycan, Banqladeş, Qazaxıstan) və “Navis”in “Aloha Prestij” (Azərbaycan, Türkiyə, Bolqarıstan) filmlərinin hər birinə 200 min manat, “Meh-Film” MMC-nin “Yalanın məharəti” (Azərbaycan, Türkiyə) filminə isə 300 min manat ayrılıb.

Paralel olaraq, Kino Agentliyi oktyabrın 1-dən etibarən IV rüb üzrə müraciətlərin qəbuluna başlayıb. Müraciətlər ARKA-nın rəsmi internet səhifəsi və ya “MyCulture” vahid şəxsi kabineti vasitəsilə həyata keçirilir.

Yeni mərhələdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan prioritet ölkələr sırasındadır. Bu dövlətlərlə ortaq tarixi hadisələr, ictimai xadimlər, uşaq filmləri, adət-ənənələr və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən layihələrə üstünlük veriləcək.

Xatırladaq ki, müsabiqənin əsas məqsədi xarici kino şirkətləri ilə əməkdaşlığı genişləndirmək, birgə film istehsalını stimullaşdırmaq və yerli müstəqil prodüser mərkəzlərinin rəqabət qabiliyyətini artırmaqdır.

# 395 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi

14:30 14 oktyabr 2026
Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər