Britaniya peyğəmbərin şəklinə qadağa qoydu

Britaniya peyğəmbərin şəklinə qadağa qoydu
26 yanvar 2015
# 12:09

Böyük Britaniyada yerləşən, tətbiqi-sənət nümunələri baxımından dünyanın ən zəngin muzeyi sayılan Viktoriya və Albert Muzeyi saytından Məhəmməd Peyğəmbərin təsviri olan plakatı çıxarıb. Kulis.azın “The Independent” qəzetinə istinadən verdiyi xəbərə görə muzey rəhbərliyi əvvəlcədən bildirib ki, eksponatlar arasında peyğəmbərin təsviri yoxdur.

Muzey rəhbərliyi bunu Parisdə “Şarli Hebdo” jurnalının redaksiyasına terrorçuların hücumundan sonra deyib.

Amma amerikalı ekspertlərdən biri iranlı rəssamın Məhəmməd Peyğəmbəri təsvir edən plakatının olduğunu söyləyib.

Bundan sonra muzey rəhbərliyi plakatın kolleksiyada qaldığını və ona yalnız təhqiqatçıların, alimlərin baxa biləcəyini bildirib.

Məlumata görə muzey rəhbərliyi təhlükəsizlik üçün onu saytdan yığışdırıb.

Muzeyin qərarı ekspertlərin tənqidinə tuş gəlib, onların fikrincə, oxşar təsvirlər bütün dünyada sərgilərin əsas hissəsidir.

Britaniya Müsəlmanlar Şurası isə plakatın təhqiramiz olub-olması ilə bağlı şərh vermək istəməyib.

# 1474 dəfə oxunub

Müəllifin son yazıları

# # #