Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında çıxış edib 

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında çıxış edib 
20 aprel 2016
# 17:31

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Bursa 5-ci Beynəlxalq Teatr Festivalında çıxış edib. Teatrın mətbuat xidmətindən Kulis.Az-a verilən məlumata görə, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektiv xalq yazıçısı Elçinin “Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediya ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla Əliqızı çıxış edib.

Qeyd edək ki, “Yaşasın teatr, yaşasın sülh” devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edir.

# 2325 dəfə oxunub

Oxşar xəbərlər

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

14:20 26 avqust 2026
“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

12:40 26 avqust 2026
"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

16:00 24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu  Madonna"

Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"

14:20 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər