“Azərbaycan poeziyası Səməd Vurğundan sonra yoxdu” - SORĞU

“Azərbaycan poeziyası Səməd Vurğundan sonra yoxdu” - SORĞU
30 aprel 2011
# 14:14

Kulis.az tanınmış şəxslərlə kitab sorğusu keçirdir.

Bu dəfəki qonağımız politoloq Zərdüşt Əlizadədir.

- Heç kitab oğurladınızmı?

- Yox!

- Kitabxananızda sevmədiyiniz yazarların kitabları varmı?

- Yox, özüm seçmişəm. Özüm həmişə seçirəm. Hədiyyə o yazıçılardan alıram ki onlarla yaxşı münasibətlərim var, onlara insan kimi münasibətim də yaxşıdır və yaradıcılıqları da mənim üçün maraqlıdır.

- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?

- Allah ömür versə hətta belə bir fikrim var ki, özüm belə bir şey yazım. Mənim qənaətimə görə maraqlı həyat yaşamışam.

- Məktəbdən, universitetdən dərs kitablarınız dururmu?

- Bəli, bəzi kitablar universitet vaxtından hələ də qalır.

- 1-ci sinifə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Danışmağı çox sevirdim ( gülür )

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Əlfəcin qoyuram.

- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?

- Şeir barəsində etiraf etməliyəm ki, mənim əzbərləmək qabiliyyətim güclü deyil. Vaxtilə Şərqşünaslıq institunda oxuyanda 90 beytlik İmrulqeysin “Muallağa”sını var ərəbcə, onu əzbərləmişdim. Oradan yadımda qalıb 3-4 beyt. Təbii ki, Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun şeirləri yaddaşımda var. Tam şəkildə olmasada bəziləri tam şəkildə, bəziləri qismən yadımda qalıb. Bəzi rus dilinə tərcümə olunmuş dünya şairlərinin əsərləri yadımda qalıb. Amma mən poeziyanı çox sevirəm və oxuyuram. Mənim indi yazı masamım gözündə İnna Lisnyanskayanın şeirləri var. Bu əslən bakılı, rus şairəsidir. Əslən yəhudidir. Mən hesab edirəmki Brodskidən sonra bəlkə də Rusiyanın ən güclü şairidir. Mən onu çox sevirəm oxumağı. Azərbaycana qaldıqda mən bir az mühafizəkar olduğumdan mənim üçün Azərbaycan poeziyası Səməd Vurğundan sonra yoxdu.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Yox, yadımdan çıxıb.

- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?

- Əlbəttə ki oxumuşam, çox böyük məmnuniyyətlə oxumuşam. Hegeli, Marksı, Qorodini, Sartrı oxumuşam.

- Kiməsə kitab bağışlamısınızmı?

- Bu mənim ən böyük mənfi xüsusiyyətim idi ki, kitabı oxuyandan sonra məmnuniyyətlə bağışlayırdım. Cavanlıqda belə bir fikrim var idi ki qoy oxusunlar. Alırdım kitabı oxuyurdum başqasına bağışlayırdım. Mən belə fikirləşirdim ki, elmi, biliyi, mərifəti yayım. İndidə bəzi hallarda qonaq gedəndə ən əziz dostuma kitab aparıram.

- Ən sevdiyiniz film kitab olsaydı onu oxuyardınızmı?

- Əlbəttə ki. Çünki kitab və film tamamilə başqa və fərqli sənədlərdir. Belə film və kitablar çox azdır. Məsələn, M.Şoloxovun “Sakit Don”u həm film kimi dahidir, həm də kitab kimi dahidir. Gerasimov dahiyanə film çəkib.

- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?

- Onlarla kitab oxumuşam, özümdə hey yazıram. Yüzlərlə məqalə yazmışam Qarabağla bağlı. İndidə Georgi Vanyanın veb saytında 5-6 manifest səciyyəli böyük məqalələrim var.

- Sitayiş etdiyiniz dindən başqa hansısa dinləri araşdırdınızmı?

- Heç bir dinə sitayiş etmirəm. Mən mədəni mühitə görə, böyüdüyüm mühitə görə müsəlmanam, müsəlman mədəniyyətinin məhsuluyam. Amma eyni zamanda qərb və rus mədəniyyətinə də açığam. Allahın mövcudluğuna inanıram, amma mömin müsəlman deyiləm. Başqa dinlər haqqında da hər bir mədəni insan kimi xristianlıq haqqında, iudaizm haqqında oxumuşam və oxuyuram.

- Elektron kitab oxumusunuzmu?

- Bəli, oxumuşam, mənə ləzzət verib Rüstəm İbrahimbəyovun “Dalğaların toplaşması”, onu oxumuşam çox maraqlı əsərdir. Qurban Səidin kitabını oxudum.

- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?

- Məsələn, mən istərdimki mənim kirvəm, cəbrayıllı bir qaçqın Məmmədəli onun həyatı çox maraqlı və macəralarla dolu həyatdır. Mən istiyərdim ki, o öz həyatı haqqında bir kitab yazsın.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Elə indi də oxuyuram. Mənim kitab oxumadığım gün olmur.

- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?

- Təəssüf ki, mən avtobusda çox az-az gedirəm, mənim şəxsi avtomobilim var. Amma görsəm sevinərəm. Yəni oxuyurlar, mən ümumiyyətə istəyirəm insanlar oxusunlar. Kitab biliyin mənbəyidir.

- Yandırdığınız kitab olubmu?

- Əsla!

- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?

- O qədər çox olub belə kitablar. Məsələn, Seymur Baycanın “Körpüsalanlar”ını, həmçinin “18,6 sm” birnəfəsə oxudum, indi “Quqarkı” oxuyuram, çantamdadır amma onu birnəfəsə oxumuram. Azərbaycanın yeni yazıçıları arasında deyərdim ən istedadlısı Seymurdur.

- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?

- Əlbəttə. Karl Marksın “Kapital” əsəri ( gülür )


Fərid Mirzəyev

# 3597 dəfə oxunub

Oxşar xəbərlər

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

11:35 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
Hələ də baxmamısınız? - Bütün zamanların ən reytinqli 10 filmi

Hələ də baxmamısınız? - Bütün zamanların ən reytinqli 10 filmi

15:00 18 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər