Alimlərin qalmaqalı BƏYANAT

Alimlərin qalmaqalı BƏYANAT
15 sentyabr 2014
# 17:37

Tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Musalı həyat yoldaşı - filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Musalının elmi işi ilə bağlı mətbuatda dərc olunmuş bir sıra məqalələrlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, V.Musalı elmi plan işi üzrə Əlyazmalar İnstitutunun elmi arxivində tədqiqat apararkən Mir Möhsün Nəvvab təzkirəsinin mərhum alim Nəsrəddin Qarayev tərəfindən tərcümə və tərtib edilmiş mətnini aşkara çıxarıb.

V.Musalı N.Qarayevin zəhmətinin məhsulu olan bu əsərin sonradan Elmi Şuranın qərarı olmadan institutun əməkdaşı Əkrəm Bağırov tərəfindən mənimsənilərək 1998-ci ildə nəşr edildiyini, həmin nəşrdə N.Qarayevin adının tərcüməçi və tərtibçi kimi qeyd olunmadığını müəyyənləşdirib: “Vüsalə Musalı bu faktları özünün Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş “Azərbaycan təzkirəçilik tarixi” monoqrafiyasında qeyd etdikdən sonra institutun o vaxtkı rəhbəri Paşa Kərimov Elmi Şurada haqsız olaraq V.Musalıya rəsmi xəbərdarlıq elan etmişdi. Bu xəbərdarlıqdan sonra biz Səbail Rayon Məhkəməsinə müraciət etdik və məhkəmənin 19 iyul 2013-cü il tarixli qərarı ilə P.Kərimovun elan etdiyi xəbərdarlıq əsassız hesab olunaraq ləğv edildi”.

N.Musalı qeyd edib ki, P.Kərimov Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti versə də, 2013-cü il noyabrının 20-də Bakı Apelyasiya Məhkəməsi onun şikayətini əsassız hesab edərək rədd edib: “V.Musalıya elan olunmuş xəbərdarlığın ləğvi haqqında məhkəmə qətnaməsi qüvvəyə mindi və bu qətnaməyə əsasən 19.03.2014-cü il tarixində institutun 31 saylı əmri ilə xəbərdarlıq rəsmən ləğv edildi. N.Qarayevin zəhmətini mənimsəyərək öz adına çap etdirmiş Ə.Bağırov isə hələ 10 iyun 2013-cü il tarixində Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, V.Musalının öz kitabında N.Qarayevin Nəvvab təzkirəsi ilə bağlı fəaliyyətinə dair yaydığı məlumatın yalan hesab edilməsi, həmçinin V.Musalının öz kitabının guya plagiat olduğu haqqında iddia qaldırmışdı. Ə.Bağırov həmçinin bu məsələyə görə özünün şərəf və ləyaqətinin alçaldıldığını iddia edərək təzminat tələb edirdi. Ə.Bağırovun istəyi ilə Müəllif Hüquqları Agentliyi, AMEA Əlyazmalar İnstitutu və s. dövlət qurumları da məsələyə dair rəy bildirmək üçün məhkəməyə dəvət edildi. Nəhayət, hərtərəfli məhkəmə araşdırmasından sonra 2014-cü ilin 30 iyulunda Suraxanı Rayon Məhkəməsi öz qərarını açıqladı və Ə.Bağırovun bütün iddiaları əsassız olduğu üçün rədd edildi”.

Bəyanatda bildirilir ki, Ə.Bağırov V.Musalının kitabında plagiata yol verməsi haqqında iddia qaldırsa da, onun bu iddiası da sübut olunmayıb: “Bu səbəbdən Suraxanı Rayon Məhkəməsi Ə.Bağırovun bütün iddialarını rədd edərək, onun 260 manat məbləğində cərimə edilməsini qərara aldı”.

Adı plagiat qalmaqalında hallanan Əkrəm Bağırov isə bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinin ekspertizası Qafqaz Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasından üç nəfər ekspert təyin edib: “On günlük araşdırmadan sonra ekspertlər qərara gəldilər ki, Vüsalə Musalının kitabı plagiatdır. Hər şey faktlarla göstərilib. Məhkəmədə mənə bildirdilər ki, onları bağışlayım, mən razı olmadım. Hakim dedi, sizin iddianızı təmin edə bilmirəm. Qərarda yazılıb ki, plagiatı on gün müddətində təyin etmək mümkün deyil. Mən öz araşdırmamda plagiatla bağlı faktları bütün detallarına qədər göstərmişəm. Bilmirəm kim necə təsir elədi, nə baş verdi, Suraxanı Rayon Məhkəməsi çəkilən 260 manat ekspertiza xərcini də mənim ödəməyim üçün qərar çıxardı. Amma məhkəmənin qərarı ilə razılaşmayıb, apelyasiya şikayəti vermişəm”.

Qeyd edək ki, Ə.Bağırov bir sıra mətbuat orqanlarında dərc etdirdiyi məqalələrində V.Musalının elmi işinin plagiat olduğunu iddia edib.

# 3380 dəfə oxunub

Oxşar xəbərlər

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
Yetim oğlan  - Muxtar Auezovun hekayəsi

Yetim oğlan - Muxtar Auezovun hekayəsi

10:00 27 iyun 2026
Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

14:00 26 iyun 2026
Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

10:00 26 iyun 2026
Maska arxasındakı tənhalıq:  Key Seycin sirli əsəri

Maska arxasındakı tənhalıq: Key Seycin sirli əsəri

12:30 25 iyun 2026
"Uşaqlıqdan məhrum qaldığı sevginin süni surəti..."  - "Parfümer" xoreodramına baxış

"Uşaqlıqdan məhrum qaldığı sevginin süni surəti..." - "Parfümer" xoreodramına baxış

12:00 25 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər