İlk azərbaycanlı kosmonavt - Musa Manarov

İlk azərbaycanlı kosmonavt - Musa Manarov
10 yanvar 2014
# 08:45

1961-ci il aprelin on ikisi dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Kosmonavt (astronavt) Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi "Vostok-1" kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi "Kedr" olub. Bu şifrənin hazırlanması isə azərbaycanlı general Kərim Kərimova həvalə olunub.

Bu yazıda Yuri Qaqarin haqqında geniş yazmaq fikrim yoxdur. Sadəcə kosmosa çıxan ilk kosmonavtın uçuşunu şifrləşdirən mütəxəssisin azərbaycanlı olması diqqətimizi çəkdi və Kərim Kərimovdan başqa hansı azərbaycanlının kosmonavtika ilə məşğul olmasını araşdırmaq qərarına gəldik.

Bu sahədə ən tanınmış şəxs, ilk azərbaycanlı kosmonavt Musa Manarovdur.

365 gün kosmosda

Kosmosda tam olaraq 365 gün keçirən Musa Manarov 22 mart 1951-ci ildə Bakı şəhərində anadan olub. SSRİ Hava Qüvvələrində mayor rütbəsinə qədər yüksəlib. 1974-cü ildə Moskva Aviasiya İnstitutunu bitirib. Futbol, basketbol və xokkeylə maraqlanıb. Tələbələr arasında güclü və peşəkar boksçu kimi tanınıb.

Təhsilini tamamladıqdan sonra 3 illik təcrübə müddətini keçib və 1978-də kosmonavt olub. 1983-cü ildən isə bu sahədə peşəkar fəaliyyət başlayıb. Kosmosda ən uzun müddət vaxt keçirtmiş 8-ci insandır. 21 dekabr 1987-ci ildən 21 Dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq "Soyuz TM-4" gəmisində kosmosda olub. O, 365 gün, 22 saat, 38 dəqiqə kosmosda olunduqdan sonra xidmətini tamamlayıb və sağ-salamat Yerə qayıdıb.

Növbəti dəfə 2 dekabr 1990 - 26 may 1991 tarixləri arasında yenidən uçuş mühəndisi olaraq "Soyuz TM-11" gəmisində kosmosda olmuş, bu dəfə kosmosda 175 gün, 1 saat, 50 dəqiqə qalmışdır. Eyni zamanda üst-üstə 20 saat fəzada piyada gəzinti edib. Musa Manarov hazırda Moskvada yaşayır, iki övladı var. Manarovun oğlu Zaur və qızı Nahidə ali təhsilli mütəxəssislərdir. Manarov kosmonavt fəaliyyətinə görə “Lenin” ordeni alıb və Sovet İttifaqı Qəhrəmanı adıyla təltif edilib. 1990-1993-cü illərdə RSFSSR-in xalq deputatı olub, bir sıra yüksək vəzifələrdə çalışıb.

Rusiya Federasiyası Dövlət Dumasında “Единая Россия” fraksiyasının təmsil edən deputatlardan biridir. 2011-ci ildə kosmonavtika sahəsindəki xidmətlərinə görə Rusiya federasiyasının prezidenti tərəfindən xüsusi medalla təltif edilib.

Ehtiyat kosmonavtın da yaraşığıdır

Manarovun kosmos haqqında fikirləri çox maraqlıdır: “Kosmonavt daim öz hərəkətlərinə nəzarət etməlidir, çünki kosmik texnika çox zərifdir, ehtiyatsızlıqdan bu texnika korlana bilər. Yaxud kosmonavt diqqətsizliyi ucbatından kosmosun ucsuz-bucaqsız dərinliyinə yuvarlana bilər. Eyni zamanda kosmonavtın elə də geniş hərəkət imkanı yoxdur: qazla dolu skafandr imkan vermir, yumruğu sıxmaq olduqca çətindir, əlcəklə başqa kosmonavtdan, yaxud dəmir məhəccərdən yapışmaq olduqca çətindir. Bir sözlə ehtiyatlı və diqqətli olmaq lazımdır”.

Manarov kosmosda olduğu müddətdə əyləncəyə vaxt qalmadığını deyir: "Hərdən musiqi dinləyirdik. "Mir"də fransız Jan-Lu Kretyenlə birlikdəydik. Mən açıq kosmosda işləyən kosmonavtlar üçün Azərbaycan instrumental musiqisini çaldırırdım. Amma stansiyada ikimiz olanda, birlikdə açıq kosmosa çıxanda musiqiyə vaxt qalmırdı."

# 11484 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #