Unitazı sənət əsərinə çevirən rəssam

Unitazı sənət əsərinə çevirən rəssam
2 oktyabr 2019
# 21:00

Bu gün konseptual incəsənətin banilərindən olan fransız rəssamı Marsel Düşanın ölümündən 51 il keçir. Kulis.az Düşanın müasir incəsənətə böyük təsir göstərmiş “Ready-made” konsepriyası haqda məqaləni təqdim edir.

Sərgilərin birində ready-made nümunələrinin birinin qarşısında dayanmış qadın nümayiş olunan çirkli əl yaylığına baxıb başını buladı. “Guya bu yüksək sənətdir? Camaatı gic yerinə qoyublar…”

Tamaşaçı o anda adi bir məişət predmetini-istifadə olunmuş əl yaylığı görürdü. Və o haqlı idi. Amma o əzik-üzük əl yaylığını ora asan rəssam da haqlı idi, o, bu yaylıqda bir insanın həqiqətlərini tapmışdı - həyəcanını, göz yaşlarını, qorxularını, ümidlərini, əzablarını, sevincini...

Yaxud da Türk əsilli ingilis rəssamı Emin Treysinin 1999-cu ildə sərgilədiyi "Mənim yatağım" instalyasiyası. Rəssam ətrafına içki şüşələri, alt paltarları, prezervativ və s. kimi şəxsi əşyalar tökülmüş çirkli yatağını sərgiyə çıxarmışdı.

Soruşacaqsız bəs müəllif hara getdi? Cavab olacaq.

Ready made (ingiliscə ready - hazır, made-düzəldilmiş) konseptual sənət nümunəsidir.

Burada müəllif öz “əsərini”-başqasının hazırladığı və ya yazdığı, istehsal etdiyi obyekti və ya mətni bədii məqsədlərlə təqdim etmir.

Müəllifin müəllifliyi bu obyekti seçib onu bədii olmayan məkandan bədii məkana yerləşdirməkdir. Bununla bu obyekt görmədiyimiz bir tərəfdən açılır və onda kənar kontekstdə yeni səciyyə aşkarlanır.

Misal olaraq, Marsel Düşanın “Velosiped çarxı”, “Fontan”, “Şüşələr üçün qurutma taxçası” kimi ready made nümunələrini misal çəkmək olar. Ən sadə predmetlər bədii məkana gətirilir və o məkanda velosiped çarxı, şüşəquruducu, pissuar yeni kontekstdə yeni mənalar qazanır.

İlk ready-made nümunəsini Marsel Düşan 1913-cü ildə Nyu-Yorkda təqdim edib. Əsl dadaist kimi o, ənənənin məntiqi sonuna gəlib çıxmışdı: “Heç bir rəsm nümunəsi predmeti özündən yaxşı göstərə bilməz. Ona görə də predmetin özünü təqdim etmək onu təsvir etməkdən daha sadə və düzgündür”.

Ready made-in kökündə dadaizm dayanır. Dadaistlər sistemsizlik, bədii kanonlardan imtina kimi prinsiplərlə “işləyirdilər”. Dadaistlər ədəbiyyatda təsadüfi kollaj prinsipi ilə şeirlər yaradırdılar. Hans Arp təsadüfən qəzetdən kəsdiyi sözləri götürüb bir-birinin ardına yapışdırır və bundan şeir düzəldirdi.

“Bir rəssamın əlləri kəsilsə də öz yaradıcılığını davam etdirəcək. Ready made-lərimin bəziləri sadəcə bu məntiqi ifadə edir”- onlar deyirdilər.

Bədii ədəbiyyatda ready-made-in alternativi “found poetry”dir (“tapılmış poeziya”). Bu ifadə adətən tərcümə olunmur.

"Found poetry"də hansısa bir mətndən götürülmüş parça bədii kontekstdə təqdim olunur və o, bu zaman yeni mənalarqazanır.

Məsələn, rus şairəsi Vera Pavlova mikroorqanizmlərdə bioloji təzahürlər haqqında ensiklopedik məlumatı şeir kimi təqdim edir:

Holoqamiya– təkhüceyrəli orqanizmlərdə cinsi prosesin bəsit tiri, bu prosesdə xüsusi cinsi hüceyrələr yox, tam fərdlər bir-birinə qovuşurlar.

Nəticədə bioloqlardan başqa kiməsə maraqlı olmayan mətn sevgi haqqında metaforaya çevrilir.

Found poetry – mahiyyətcə postmodernizm texnikasına yaxındır. Hər iki halda başqa mətndən sitat gətirilib və bədii kontekstə salınır.

Found-poetry nümunələrini hər kəs yaza bilər - amma burda həm də oxucu özü də müəllif olmalıdır. O, mətnə öz mənasını yükləməyi bacarmalıdır. Bu müəllif-oxucu məna avtoritarizmini qəbul etməyən bir düşüncəyə sahib olmalıdır. O zaman belə nümunələri reklam mətnlərində, dialoqlarda, divar yazılarında, hətta informasiyalarda görmək olar.

Qısacası müəllif olmaq artıq hansısa qütbdə dayanan xüsusi bir status deyil. Sadə bir şərt: məsələyə necə baxmaq…

# 5763 dəfə oxunub

Oxşar xəbərlər

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

14:00 17 avqust 2026
Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?

Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?

12:30 16 avqust 2026
Əfsanəvi  “rok-n-roll kralı” haqqında maraqlı faktlar

Əfsanəvi “rok-n-roll kralı” haqqında maraqlı faktlar

11:30 16 avqust 2026
Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

11:30 15 avqust 2026
“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

17:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər