“Nabat” filmi İtaliya mətbuatında

“Nabat” filmi İtaliya mətbuatında
16 oktyabr 2014
# 10:39

İtaliyanın məşhur artslife.com saytında “Nabat” filmi haqqında məqalə dərc olunub. Kulis.Az “Nabat: Müharibəyə qarşı mübarizə aparan tənha qadın” adlı məqaləni təqdim edir.

Nabat : Müharibəyə qarşı mübarizə aparan tənha qadın

Bu ilin sentyabrın 5-də baş tutmuş 71-ci Venesiya Film Festivalının “Üfüqlər” bölməsində təqdim olunan “Nabat” filmi azərbaycanlı rejissor Elçin Musaoğlunun ikinci bədii filmidir. O, öz karyerası ərzində öz doğma Vətəni Azərbaycanda bir çox sənədli filmlər çəkib. Və bu filmlərə görə çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Bunlara “Houston İnternational”, Karlovy Var -ı, “Cottbus İnternational” Film Festivallarını misal göstərmək olar. Rejissor Venesiyaya bir qadının öz kəndinə olan sevgisindən, öz oğlu da daxil olmaqla Vətənin ən yaxşı oğullarını ölümə sürükləyən müharibəyə qarşı apardığı ağrılı mübarizədən bəhs edən hekayə ilə gəldi.

Film Nabatın xəstə əri ilə yaşadığı təpədəki unudulmuş evindən yeganə inəyinin südünü satmaq üçün qonşu kəndə - yeyin addımlarla getməsi ilə başlayır. Gecələr atılan bombalardan qorxan insanlar artıq kəndi boşaltmağa hazırlaşırlar. Nabatın hər gün altından keçdiyi yarpaqsız xurma ağaclarının üzərindəki meyvələr - həmin torpağın günü-gündən azalan yaxşı oğullarına bənzəyir. Qadın müharibədə ölmüş oğlunun xatirəsi ilə yaşayır, onun yeganə şəklini bir gün yenidən tapacağına ümid edir.

Bombalar isə gecə-gündüz yağış kimi yağmağa davam edir. Nabat günlərin birində xurmaların ağacı, insanların isə kəndi tərk etdiyini görür. Artıq onun göstərdiyi qayğı da həyat yoldaşını həyatda saxlamağa yetmir. Fotoqrafik cəhətdən ən təsirli və yüksək ustalıqla işlənmiş səhnə də dəfn səhnəsidir: yalqız qadın öz ərinin cəsədini inəyə bağlanmış araba ilə yağışlı havada oğlunun qəbrinin yanına çəkərək aparır və torpağa tapşırır.

O gündən sonra Nabat müharibə qarşısında yalqız qalır. Hər gün kəndə çıxır, boş qalmış evlərə sakitcə daxil olaraq neft lampasını yandırıb hər pəncərənin qarşısına birini qoyur. Kəndə atılan bombalar səngimək bilməsə də, evlərdən çıxan bu zəif işıqlar ona hər gecə yoldaşlıq edir. O, məscidi təmizləyir, tərk edilmiş evlərin birində zivədəki paltarları yığır. Amma heç vaxt bir kənddə amansız müharibəyə qarşı təkbaşına mübarizə aparmağın gərəksiz olduğunu düşünmür. Hətta həyətində bir canavar tələyə düşsə də, ona atəş açmaq əvəzinə sərbəst buraxır. Yalnız, oğlunun şəklini fotoqrafın evində tapandan sonra, özünə inamı artır, melanxoliq və qarışıq hisslər içində kəndi tərk etməyə qərar verir.

Zənginliklə dolu və demək olar ki, hərəkətsiz çəkiliş Nabatın kəndində və həmin kəndin təpələrindəki boşluğu göstərə bilib. Səmanın tünd rəngi və şoran torpaqlar oğlu öldürülmüş ananın dramasını çox aydın şəkildə izah edir. Film hansı ölkədə baş verməsindən asılı olmayaraq müharibəni - arxasında buraxdığı əzablara görə rədd edir.

Povestin əsas qayəsini dialoq olmadan çatdırdığına görə rejissora təşəkkürlər; bu mürəkkəb filmi təkbaşına irəli apardığına görə İranlı aktirisa Fatmeh Motamed Aryaya təşəkkürlər. Sonda qeyd edək ki, filmin İtaliyada nümayişi çox yaxşı olardı.

# 2269 dəfə oxunub

Oxşar xəbərlər

"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

11:50 8 iyul 2025
Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

12:00 6 iyul 2025
"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

12:00 5 iyul 2025
"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

10:00 5 iyul 2025
Xalq yazıçısı Elçin:  "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

09:00 4 iyul 2025
Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

12:08 3 iyul 2025
# # #