Öləndən sonra barmağı kəsilən dahi

Öləndən sonra barmağı kəsilən dahi
24 yanvar 2014
# 08:45

Kulis.az məşhur italyan alimi, müasir fizika və astronomiya elmlərinin banisi Qalileo Qalileyin həyatından maraqlı faktları sizə təqdim edir:

Atası Qalileonu tibb təhsili almaq üçün yəhudi monastırına göndərib. Ancaq o, dörd il sonra bu qərara gəlib ki, sevdiyi sənət həkimlik yox, keşişlikdir. Atası onu monastırdan çıxaranda çoxdan təriqətə üzv olmuş Qalileo həmişə işdən atılmış keşiş kimi tanınıb.

Polyak astronom Kopernik katolik kilsəsindəki işini təhlükəyə atmamaq üçün bildiklərini heç vaxt yazmayıb. Kopernikin astronomik biliklərini tanıtmağa çalışan Qalileo Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilib və ömürlük həbs cəzası alıb. Cəza daha sonra ev dustaqlığı ilə əvəz edilib.

Kilsədən qovulan və öləndə dini qayda-qanunlara uyğun basdırılmağını qadağan edən Qalileonun nəşi ölümündən yüz il sonra başqa bir qəbiristanlığa köçürülüb. Həmin vaxt pərəstişkarlarından biri gizlincə alimin sağ əlinin orta barmağını kəsib. Qalileonun barmağı indi Florensiya Elm və Tarix muzeyindədir.

Qalileo İnkvizasiya məhkəməsindəki çıxışlarının birində: “Müqəddəs kitabların məqsədi insanlara göydən necə düşdüklərini başa salmaqdan çox, cənnətə necə getmək lazım olduğunu öyrətməkdi”,- deyib.

Qalileo həyatı boyu Katolik ölkələrinə bağlı olsa da, üç uşağının anası ilə heç vaxt evlənməyib.

1617-cı ildə Qalileo qızlarının yaşadığı monastıra yaxın olmaq üçün Florensiyanın qərbində villa alıb. Qalileo evlilikdən kənar doğulan qızları üçün başlıq pulu vermədiyindən qızları ömürlərinin sonuna qədər monastırda qalmağa məcbur olublar.

Qalileonun ən məşhur pərəstişkarlarından biri Enşteyn olub. Məşhur alim həmişə Qalileonun: “Həqiqətlə bağlı fikirlər təcrübə ilə başlayıb, təcrübə ilə də sona yetir”,- sözünü xatırladarmış. “Məntiqi üsullarla əldə edilən bütün fikirlər boşdur və faktiki əsasları yoxdur”, - deyən Qalileo bunu anlayıb, hər kəsin beyninə yeritdiyi üçün “müasir fizikanın, hətta müasir elmin də atası” sayılır.

Deyilənlərə görə, Qalileo mexaniki rəqqaslarla bağlı araşdırmasına Piza kilsəsindəki lampanın qabağa və arxaya hərəkət etməsini izlədiyi vaxtdan başlayıb. Qalileo təcrübələrini havada keçirdiyinə görə, rəqqasların hərəkət vaxtının sabit olduğu fikrini irəli sürüb. Ancaq bu fikir tamamilə səhvdir.

Qalileo rəqqaslı, yəni kəfkirli saat düzəltməyi ömrünün axırına qədər bacarmayıb.

Riyaziyyata göstərdiyi maraq onu Dantenin “İlahi komediya” adlı əsərində təsvir olunan cəhənnəmin sərhədlərini müəyyən etməyə sövq edib. O hesablayıb ki, Dantenin cəhənnəmi 2000 qol uzunluğundadır.

Piza Universiteti Qalileonu riyaziyyat professoru kimi işə götürüb. Ancaq o qədər qəliz insan olub ki, universitet müqaviləni təzələməyib.


Qalileo isbat edib ki, sərbəstdüşmədə sürət cismin çəkisindən asılı deyil. Bunu isbat etmək üçün maili Piza qülləsinin başından çəkiləri müxtəlif olan iki cisim salınmaqla təcrübə aparılıb və bu təcrübədə Qalileyin nəzəriyyəsi özünü doğruldub.

Qalileo teleskopu kəşf edən ilk insan deyil. O, teleskop fikrinə ilk dəfə kiçik durbin hazırlayan holland eynək ustasından təsirlənərək düşüb. Ancaq Qaliley teleskopdan astronomiya müşahidələri məqsədi ilə istifadə edən ilk insandır.

1992-ci ildə Qalileonun adını daşıyan peyk kosmosa göndərilib. Bundan 3 il sonra o, Vatikan kilsəsi tərəfindən rəsmən bağışlanıb.

Atasının ölümündən sonra Qalileo borclarına görə həbsə atılacağından qorxub, topların yerini müəyyən edən hərbi kompas hazırlayaraq bir müddət pul qazanıb.

Mikelancelo və Makiavelli arasında basdırılan Qalileonun başdaşına “Onsuz da dünya fırlanır” yazılmağını istədiyi deyilsə də, bu, doğru deyil.

Hazırladı: Günel Əsgərzadə

# 4215 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

10:00 27 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər