Ötən ilin ən bəxtsiz adamları

Ötən ilin ən bəxtsiz adamları
2 yanvar 2014
# 08:45

İngiltərənin “İndependent” qəzeti “2013-cü ilin ən bəxtsizləri” adlı siyahı hazırlayıb. Siyahının ən maraqlı “bəxtsiz”ləri ilə tanış olaq:

Kardinal Angelo Skola: Az qala Papa olacaqdı

Mart ayında Kardinallar məclisi katolik kilsəsinin yeni liderini seçmək üçün Vatikandakı Sikstin kapellasına yığılanda bütün dünya o otaqdan italyan kardinal Angelo Skolanın Papa kimi çıxacağını düşünürdü. Hər kəs Skolanın seçiləcəyinə o qədər əmin idi ki, Sikstin kapellasının bacasından seçimin uğurla bitdiyinə işarə edən ağ dumanı görəndə italyan rahiblər birliyi açıqlama yayaraq Skolanı təbrik etmişdi. Açıqlamadan bir neçə dəqiqə keçmiş argentinalı Yorqe Mario Berqoqlio Papa I Frensis olaraq Vatikanın balkonunda göründü. Sonradan məlum oldu ki, nəinki bütün dünya, hətta yeni Papanın özü də Skolanın seçiləcəyini təxmin edirmiş.

Kris From: “Fransa turu”nu qazandı, vecə alan olmadı

Bredli Uiqqins keçən il dünyanın ən böyük velosiped yarışı “Tour de France”ı qazananda uzun müddət mətbuatın gündəmindən düşməmiş, öz ölkəsində-İngiltərədə qəhrəmana çevrilmişdi. Bu il də “Fransa turu”nu bir ingilis – Kris From qazandı. Ancaq qəzetlərdə balaca bir xəbər olmaqdan uzağa gedə bilmədi. Çünki birinci dəfə Uiqqins artıq qazanmışdı, İngiltərənin ilk qalibiyyətini gətirmişdi. From isə ikinci idi. Üstəlik, From Keniyada doğulub, Monakoda yaşayırdı, yəni əslində heç kimdə “əsl ingilis” təəssüratı yaratmırdı.

Noan Qlass – “Twitter”i quranlardan biri də o idi, amma...

“Twitter” qurucuları Evan Uilyams və Cek Dorsi şirkət hissələrini satdıqları gün milyarder oldular. Ancaq saytın qurulmağında rol oynayan, hətta öz noutbukundə “Twitter”in yazılışını hazırlayan və yenə öz noutbukundə ilk dəfə saytı test edən Noan Qlass “Twitter“dən bir qəpik də qazana bilməyib. Qlass 2006-cı ildə Dorsi ilə mübahisə edib və bir şey tələb etmədən işdən ayrılıb.

Con Terri: İkinci dəfə UEFA finalına həsrət qaldı

Milyoner futbolçu Con Terri əslində uğursuz adam deyil. Terrinin bəxtsizliyi bu il ikinci dəfə UEFA çempionlar liqasının finalında forma geyinmək imkanını itirmək olub. O, birinci dəfə 2012-ci ildə qırmızı kart alıb və Barselonadakı oyuna çıxa bilməmişdi. Bu il Terri biləyini zədələdi və Amsterdamdakı UEFA finalını kənardan izləmək məcburiyyətində qaldı.

Piyadalar: Minlərlə piyada öldürülüb

2013-cü ildə təkcə İngiltərədə 420 piyada həyatını itirib. Azərbaycanda da bu rəqəm xeyli böyükdür: 364 ölü, 728 yaralı. Ölkəmizdəki velosipedçilərlə bağlı ölüm faktı nadir qeydə alınsa da, İngiltərədə bu il 107 belə hadisə yaşanıb. İl boyu qəzet və televiziyalarda velosipedçilərin təhlükəsizliyi üçün kampaniyalar aparılıb və siyasətçilərin münasibəti öyrənilib. Amma piyadaların ölümü yada salınmayıb.

Erik Norri: Köpəkbalığı dişlədi, ilan çaldı, şimşək vurdu...

Baham adalarında balıq tutanda köpəkbalığının hücumuna məruz qalaraq ayağının bir hissəsini itirən floridalı Erik Norrinin bundan əvvəl də başına çoxlu bədbəxt hadisə gəlibmiş. Başına şimşək vuran, zəhərli ilanın çaldığı Norrini iki dəfə meymunlar döyüb. Dünya mediası onu “ola biləcək ən bədbəxt adam” adlandırsa da, qatı xristian olan Norri yaşadıqlarına görə Allaha şükür etdiyini deyib: “Hər şeydə bir xeyir var. Başıma gələn hər şeyin bir səbəbi var demək. Macəram hələ də davam edir”.

Laym Emerson: Kraliçanın söydüyü qadın

Londonda keçirilən homoseksual haqlarının qorunması kampaniyasında Laym Emerson adlı aktivist küçədə oturub baraban çalırmış və birdən qarşısında Kraliçanı görüb. Kraliçanın onu söyərək “səsini kəsməyi” əmr etdiyini görən Emerson şoka düşüb. Əslində isə qarşısındakı “Auditoriya” tamaşasında Kraliça Elizabetanı oynayan Helen Mirren olub. Mirren barabanın səsinin tamaşaçıları narahat etdiyini düşünüb, səhnədən enərək küçəyə çıxıb və Emersona “dərsini verib”. Mirren hərəkətindən peşman olmadığını, belə bir şeylə qarşılaşsa, yenə eyni cür hərəkət edəcəyini deyib.

“Penis yuma qabı”: Sizin ərinizdə var?

2013-cü ildə “Mumsnet” saytında Sara Kryu adlı bir istifadəçi saytın forumunda verdiyi: “Siz də yataq otağınıza penis yuma qabı qoyursunuz?” sualı ilə məşhurlaşıb. Kryunun seksdən sonra ərini penisini yumaq üçün yataq otağında təmiz su dolu qab saxladığı bəlli olub. “Penis yuma qabı” bir neçə ay “Twitter”də ən populyar mövzular siyahısında qalıb.

Mindi Krendol: Sırasını verdi, lotoreyanı başqası uddu

Florida ştatında yaşayan Mindi Krendol lotereya bileti almaq üçün növbə gözləyirmiş. Ancaq ürəyiyumşaqlıq edərək 84 yaşlı Qlorina Makkenzinin özündən qabağa keçməsinə icazə verib və bəlkə də həyatının ən səhv addımını atıb. Yaşlı qadının aldığı biletdə 590 milyon dollar mükafat çıxıb. Bir müddət özünə gələ bilməyən Krendol sonradan müsahibə verərək: “Peşman deyiləm. Mən də qazana bilərdim, amma qismət deyilmiş. Yaşlı birinə növbəmi verərək yanımda olan qızıma yaxşı nümunə olmuşam”- deyib.

# 5036 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #