Qızı dostuyla eşq yaşayan dahi

Qızı dostuyla eşq yaşayan dahi
1 yanvar 2015
# 09:00

Musiqiçi, bəstəkar, pianoçu, dirijor, musiqi müəllimi – O, məşhur bəstəkarlar arasında çox azının yaşaya bildiyi xoşbəxt və parlaq ömür yaşayıb. XIX əsrin ən məşhur pianoçularından biri və simfonik şeir tərzinin yaradıcısı olan bəstəkardır.

Uşaqlığı

22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan şəhərində doğulan kiçik Putzi (Frans Lizst) ilk piano dərslərini onun dahiliyini kəşf edən atasından alıb. Atası heyvanlara baxmaqla pul qazanırdı. Eyni zamanda həvəskar musiqiçi idi. Ən böyük arzusu özünün edə bilmədiyi işləri uşaqlarının bacarmasını təmin etmək idi. Oğlu Fransın kiçik yaşlarından musiqi qabiliyyətinin olduğunu gördüyü üçün onu bu sahədə öyrətməyə başlamışdı. Eynilə Motsartın atası kimi Fransın atası da oğlunun dahiliyini bütün dünyaya eşitdirmək istəyirdi. Balaca Lizst günəş doğulan kimi pianosunun başına keçir və günortaya qədər dayanmadan çalışardı.

Varlı macarlar 6 il müddətində dahi uşağa maddi dəstək göstərməyi qəbul etdiyi üçün o, kiçik yaşda atası ilə birgə Vyanaya gedir. Orada Antonio Salyeri və Lüdviq van Bethovenin şagirdlərindən olan Karl Kzernidən dərs almağa başlayır. Lizst ilk konsert gəzintisinə 10 yaşında çıxdı. Dövrün məşhur müəllimi Kzerni Lizstin çalışqanlığına heyran olmuşdu. Kzerni o vaxta qədər ancaq dahi uşaqlara dərs verdiyi üçün artıq bundan bezmişdi. Amma Lizstin qabiliyyətini görəndə yenə dayana bilmir və ona dərs verməyi öz üzərinə götürür. İlk konsertdə Bethoven də iştirak edir və Lizstin ifasını bəyəndiyi üçün onu təbrik edir.

12 yaşında o, həm dinləyicilərin, həm musiqiçilərin, həm də kralların çox bəyəndiyi pianoçu olmuşdu. Konservatoriyaya girmək üçün Parisə gəlsə də xarici olduğu üçün ora qəbul edilmir. Buna baxmayaraq, Frans özəl dərs alaraq nəzəriyyə və bəstəkarlığı öyrənir, ilk və tək operası “Don Sache”ni və çoxlu piano əsərlərini yazır.

Özünü musiqiyə həsr et, qadınlara yox

Lizst 13 yaşında ilk operasını tamamlamışdı. 1827-ci ildə ata və oğul Lizst Parisdə yeni konsert üçün hazırlaşdıqları zamanda atası gözlənilmədən xəstələnir və ölür. O, son nəfəsində oğluna deyir: “Özünü tamamilə musiqiyə həsr et, qadınlara yox”. Atasının ölümündən sonra Lizst piano dərsləri verərək ailəni saxlamağa çalışırdı. Amma bununla musiqiyə marağının azaldığını və bu sənətin mənasını anlamağa çalışdığını hiss edir. Özünü ədəbiyyat və dini mövzulara həsr edən Lizstin bu marağının təsiri həyatında və əsərlərində də əks olunmağa başlayırdı. 1830-cu ildən yenidən həyata və sənətə dönməyə qərar verir. Bəstəkarlığının göz önünə çıxdığı bu müddətdə Alfons de Lamartinenin şeirlərini solo piano üçün bəstələməyə başlayır və Hektor Berliozla tanış olur. 1832-ci ildə skripkaçı Nikkolo Paqaninini dinləməyi ilə virtuozluğa həvəsi daha da artır. Paqanininin “La Campanella”sına uyğun fantaziya yazır. Paris günlərində Polşadan gələn Şopenin istedadını eşidib onu özünə rəqib kimi düşünsə də sonradan çox yaxşı dost olurlar.

Pianonun Paqaninisi

Lisztin bəstəkarlıq həyatının ən parlaq dövrü 1839-1847-ci illərə təsadüf edir. Bu dövrdə o, dünyanın bir çox şəhərlərində uğurlu konsertlər verir. Piano üçün bir-birindən gözəl əsərlər bəstələyir. Ona “Pianonun Paqaninisi” deyirdilər. Lizst çox mərhəmətli insan idi. Kasıb dostlarına əl tuturdu. Gənc bəstəkarlar Lizstin ətrafında dolaşır, yazdıqları yeni əsərləri Lizstin öz konsertlərində çalması üçün çalışırdılar.

Böyük eşq

Böyük eşq yaşadığı Marie de Agoultla 1834-cü ildə tanış olur. Ərini tərk edən qadınla İsveçrə və İtaliyada yaşayır və uşaqları olur. Daha sonra məşhur bəstəkar Vaqnerlə tanış olan Lizst onunla dostlaşır. Lizstin 3 uşağından biri olan qızı Kosima evli olmağına baxmayaraq, atası yaşda və atasının yaxın dostu olan Vaqnerlə eşq yaşaması nəticəsində onların dostluğu pozulur.

1844-cü ildə məşhurluğunun zirvəsində olan zaman həyat yoldaşı Marie de Agoultdan ayrılır. Daha sonra Kiyevdə tanış olduğu çarın köməkçisinin arvadı Prensesa Karoline Sayn-Vittgensteinlə eşq yaşamağa başlayır və səhnə konsertlərinə son verir.

Karyerası

1835-ci ildə İsveçə səyahəti zamanı pianoçu Sigismond Thalbergin Parisdəki müvəffəqiyyətlərini eşidir. Daha sonra o, piano dueli etmək üçün Parisə gəlir. Lizst böyük konsert turuna çıxır, xeyir dərnəklərinə kömək etmək üçün konsertlər verir. O, Macarıstanda sel fəlakətindən əziyyət çəkənlərə kömək üçün böyük gəlir əldə edir və həmçinin, Bonnda tikilməsi planlaşdırılan Bethovenin abidəsinin xərclərini öz üzərinə götürür.

1840-1847-ci illərdə çıxdığı musiqi turunda İrlandiyadan Türkiyəyə, Portuqaliyadan Rusiyaya qədər çox yeri gəzir. 18 iyun 1847-ci ildə İstanbulda padşah Əbdülməcidə Böyükdərədəki “Hotel de Bellebue”də konsert verir. Padşah onu mükafatlandırır.

Musiqi Kəbəsi

Lizst pianoçu karyerasına son verdikdən sonra 1848-ci ildə Veymarda orkestr şefliyinə başlayır və şəhəri Avropa mədəniyyətinin birləşmə mərkəzinə çevirir. Onun sayəsində Veymar “Musiqi Kəbəsi”nə çevrilmişdi. Bu vəzifəsi sayəsində Verdi, Vagner və Berliozun yeni operalarını idarə etməyə başlayır. Lizstin təkcə bir simfoniyası var. “Faust” faciəsindən ilhamlanaraq bəstələdiyi əsər “Faust Simfoniyası” adlanır. Əsərlərinin çoxu piano üçün bəstələnib. Lamartinenin bir şeirindən ilham alaraq bəstələdiyi “Prelüdlər” simfonik şeiri də onun ən yaxşı simfonik əsərlərindən biridir.

Eyni dövrdə ən əhəmiyyətli əsərlərini bəstələyir, gənc pianoçulara dərs verərək “Altenberg Qartalları” deyə xatırlanan yeni pianoçu qurşağı yetişdirir. 1858-ci ildə mühafizəkarların özünü və şagirdlərinin əsərlərini tez-tez tənqid etməsi nəticəsində vəzifəsindən ayrılır.

1861-1869-cu illərdə daha çox Romada yaşayır və dini kitablar yazır, rahiblik dərsi alır. 1870-ci ildən sonra isə Roma, Veymar və Budapeşt arasında səyahət edərək ömrünün sonuna qədər müəllimlik və pianoçuluğunu davam etdirir. Budapeşt Musiqi məktəbi yaradaraq ilk rəhbəri olur.

Ölümü

5 dekabr 1849-cu ildə Lisztə sui-qəsd olur. O, evindən çıxarkən bıçaqlanır. Bir müddət xəstəxanada yatdıqdan sonra sağlamlığına qovuşur. 10 yanvar 1850-ci ildə yenidən sui-qəsd cəhdi olur. Ancaq Lisztin mühafizəçiləri tərəfindən qarşısı alınır. 20 may 1886-ci ildə naməlum birindən ölüm təhdidi alır. Təhdiddən sonra təhlükəsizliyini artırır və vəsiyyətini yazdırır. 31 İyul 1886-cı ildə evində ölür. Budapeştdə basdırılmağı vəsiyyət etsə də, Beyrutda basdırılır. Əvvəlcə sətəlcəmdən vəfat etdiyi deyilsə də sonradan öldürüldüyü və qatilin tapılmadığı açıqlandı. Qatil heç zaman ələ keçə bilmədi.

Həyatı boyunca öldürməyə cəhd etdilər onu, amma qəribəsi budur ki, bu cəhdlərin səbəbi heç kimə məlum deyil. Ancaq Lisztin qanunsuz işlərdə olduğu iddiaları var. Liszt özü sui-qəsdləri onu qısqananların təşkil etdiyini deyirdi.

Uşaqlığından xatirələr

Frans Lizst ağıllı və dəcəl uşaq idi. Piano çalmağa lap kiçik yaşlarından başlamışdı. Ən çətin əsərləri belə pianoda çala bilirdi. Amma bir gün pianoda çalışdığı zaman əlini bir oktavalıq açıq iki nota birdən basmalı olur, amma çətinlik çəkməyə başlayır. Əli hələ pianonun üzərində bir oktavalıq genişliyində açılacaq qədər böyüməmişdi. Ağıllı uşaq buna da bir çarə tapır və bir notu əliylə, digər notu isə burnuyla çalır.

Əlinin balaca olmağı həmişə onu təəssüfləndirirdi. Nəhayət uşaq öz ağlınca buna çarə tapır. O, düşünür ki, barmaqlarının arasındakı dəriləri kəssə bu zaman barmaqlar sərbəst olacaq və istədiyi qədər açılacaq. Ülgücü əlinə alıb düşündüyü reallaşdırmağa çalışdığı vaxt atası özünü çatdırır, ülgücü əlindən alır.

***

Bir bayram günü səhər atası yaşadıqları qəsəbənin sahibi Dükün onların evinin qarşısından keçəcəyini hiss etmişdi. Lizsti ona təqdim etmək üçün bundan yaxşı fürsət ola bilməzdi. Atası oğluna ağ rəngli bayramlıq paltarları geyindirir və salonda onun işarəsini gözləməyi tapşırır. O, salonda tək gözlədiyi vaxt atasının həmişə barıt tozlarını saxladığı qutunu açmağı planlaşdırır. Barıt tozunu ocağa atsa nə baş verəcəyi onu çox maraqlandırırdı. O, qutudan bir ovuc barıt tozu götürür və ocağa atır. Elə bu vaxt Dük də onların qapısının qarşısına çatırdı. Ata Lizst oğlunu çağırdığı vaxt qəribə partlayış baş verir. Kiçik Lizst üstü-başı, əli-üzü qapqara halda Dükün maşınının qarşısına çıxır.

***

Başqa uşaqlar kimi oyun oynamağı sevmirdi. Yemək və yatmaq xaricində ancaq piano çalırdı. Bir gün o, xəstələnir və atası həkimlərin məsləhəti ilə onunla istirahətə gedir. Səhər dənizə çimməyə gedirlər. Uşaq bir müddət kənarda dayanıb digər uşaqları müşahidə edir. Atası “Oğlum, sən də get uşaqların yanına, onlarla oyna” - dediyi üçün Lizst uşaqların yanına getmək məcburiyyətində qalır. Bir neçə dəqiqədən sonra məyus halda geri dönür və deyir: “Ata, sən get uşaqlarla oyna dedin, amma mən onlarla necə danışmalıyam, bilmirəm ki! Necə oynayım onlarla?”

O vaxt Lizst doqquz yaşında idi…

# 1166 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #