Şövkət xanımın rejissor əri necə və niyə özünə qəsd edib? - Açıqlama

Şövkət xanımın  rejissor əri necə və niyə özünə qəsd edib? - Açıqlama
20 oktyabr 2023
# 10:26

Bu gün Azərbaycan musiqisinin unudulmaz sənətkarı, Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.

O, 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

Şövkət xanımın ilk musiqi təhsili kamança aləti üzrə olub. 1937-ci ildə musiqi yarışmasında Qarabağ şikəstəsini ifa edir. Münsiflər - Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbül onun səsinə valeh olur. Şövkət Ələkbərova dövlət xoruna qəbul olunur və o gündən musiqi karyerası başlanır.

Xanəndə iki dəfə ailə qurub. Birinci evlilikdən Natella adlı qızı doğulub. Qızının atası hərbi həkim olub. O, cəbhədən qayıtmayıb. Amma Şövkət xanım müharibədən əvvəl ondan boşanıb qızı ilə yaşamağa başlayıbmış. Deyilənə görə, boşanmaya səbəb ərinin yersiz qısqanclığı olub. Onun ikinci evliliyi isə məşhur rejissor Lətif Səfərovla olub. Bu evlilikdən Bəşir adlı övladları doğulub.

Lakin “Bəxtiyar”, “Qızmar günəş altında” kimi filmləri ilə tanınan rejissor Lətif Səfərov 1963-cü ildə gözlənilmədən intihar edir. Zaman-zaman rejissorun intiharı ilə bağlı müxtəlif fərziyyələr danışılıb.
Bir fərziyyəyə görə, rejissor Şövkət xanımın əli ilə intihar edib.


Kulis.az Lətif Səfərovun ölümü ilə bağlı gəzən fərziyyələr barədə Xalq artisti Şövkət Ələkbərovanın tələbəsi Aybəniz Haşımova ilə müsahibəni təqdim edir.

- Lətif Səfərovun həyat yoldaşı, xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olmusunuz. Yəqin ki, haqqında müxtəlif fərziyyələr gəzən intihar faktı barədə daha dolğun bilginiz var.

- Şövkət xanımla 1981-ci ildə Bülbül adına musiqi məktəbində tanış olmuşam. Mən onu görəndə çox həyəcanlanmışdım. O, çox nəhəng insan idi. Təvazökar, səmimi idi. Heç vaxt şöhrətindən sui-istifadə etməzdi. Şövkət xanımı ikinci ana hesab edirəm. Gözəl sənətkar olmaq olar, amma gözəl insan olmaq Allahın lütfüdür. O mənə övlad qayğısı verib. Mən istəyirdim onun həyatını öz dilindən eşidim. Çox zəhimli insan idi. Çəkinirdim ondan. Bir gün təsadüfən Lətif Səfərov haqda söhbətimiz oldu. O, ağır xəstə olub.

- Xərçəng?

- Vərəm. Hətta Şövkət xanım danışırdı ki, o, oğlunu qorxa-qorxa, elə uzaqdan bağrına basırdı. Ehtiyat edirdi ki, birdən xəstəliyi keçər kiməsə. Sevdiyi insana toxuna bilməmək bilirsiz nə deməkdi? Təsəvvür edin, uşaq xəstəliyə yoluxmasın deyə, özündən uzaqlaşdırıb – yollayıb Bərdəyə oxumağa. Şövkət xanıma deyirmiş ki, mən yediyim qablarda yemə sən.

- Xəstəliyinə görə sənətdən, Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqından uzaqlaşıb?

- Yox, qətiyyən. Sənət dostları xəyanət ediblər ona. Öz əziyyəti ilə qurduğu Birlikdən uzaqlaşdırıblar onu. Onun adından Moskvaya məktub yazıblar. Ən yaxın rejissor dostları edib. Təsəvvür edin, ssenari yazılıb, hər şey hazırdı, son məqamda deyirlər ki, bu filmi başqası çəkəcək. Necə olar adam? Elə bil, min bir əziyyətlə ev tikmisən, hazırdı, gəlib deyirlər ki, sən bu evdə yaşamayacaqsan. Bir sənətkar üçün, özü də aşırı həssas insan üçün çox çətindi. Bu barədə məktub yazıb. İntihardan əvvəl. Səbəbini də yazıb. Bir dostların xəyanəti, bir də xəstəlik. Arxadan zərbəyə dözə bilməyib.

- Şövkət xanım barədə nə isə yazılıb məktubda?

- Bəli. Üzr istəyib ondan. Ki, məni bağışla.

- Bilirsiniz, belə bir iddia var ki, guya Lətif Səfərov Şövkət xanımın əli ilə ölüb. İntihardan əvvəl tüfəngin tətiyini iplə qapıya bağlayıbmış. Şövkət xanım qapını açan kimi...

- Lətif Səfərovu həyat yoldaşı Şövkət Ələkbərova öldürüb... - Şərdir, böhtandır! Ağ yalandır! Məktubu var.

Kinonu həyatın özü hesab edən rejissor – Lətif Səfərov - AZƏRTAC

- Əslində, necə olub hadisə?

- Həmin gün sübhdən Şövkət xanıma deyib ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən.

- Əvvəlcədən planlaşdırıbmış...

Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı, evinə  qapanıb ah-nalə çəkdi... – Talesiz Şövkət

- Hə. Əvvəlcədən planlaşdırıb. Fikri özünə qəsd etmək imiş. Ona görə də Şövkət xanıma anası Hökümə xanımı çağırmağı xahiş edib, istəməyib evdə tək olsun. Şövkət xanım deyir, qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi...

Hadisə Şövkət xanımın adıyla səslənir, üzülürəm. Bu barədə məktub var, Şövkət xanımın arxivi var.

- Ümumiyyətlə Şövkət xanım uğurlu sənətkar olsa da, xoşbəxt qadın olmayıb, məncə...

- Həyat yoldaşının ölümü çox sarsıtdı onu. Şövkət xanım onu dərin sevgiylə anırdı. Deyirdi ki, Lətif bəy çox vətənpərvər, sevgiylə yaşayan biri idi. Şövkət xanım qardaşını Böyük Vətən müharibəsində itirmişdi, sonra Lətif bəy, bu da azmış kimi, qızını itirdi...

Ələkbərova Şövkət - Uşaq Bilik Portalı

# 9704 dəfə oxunub

Oxşar xəbərlər

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər