Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?
6 oktyabr 2025
# 18:35

Kulis.az Renessans dövrünün ən böyük boyakarlarından biri, alman rəssam Albrext Dürerin həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.


Albrext Dürer 1471-ci il martın 21-də Nürnberq şəhərində dünyaya gəlib. O, zərgərliklə məşğul olan Albrext və Barbara Dürer ailəsinin üçüncü övladı idi.

Atası əslən macar olan sənətkar idi və Gyula yaxınlığındakı Ajtoş qəsəbəsindən Nürnberqə köçmüşdü.

“Dürer” soyadı da “Ajtosi” sözünün alman dilindəki tərcüməsi “Türer” (qapıçı) sözündən yaranmışdı.

Dürer cəmi 13 yaşında atasının zərgərlik emalatxanasında işləməyə başladı. Daha sonra, 15 yaşında dövrünün tanınmış rəssamı Maykl Volgemutun yanında boyakarlığın sirlərini öyrənməyə başladı.

1490–1494-cü illər arasında o, Avropanın müxtəlif bölgələrinə səyahət edərək bilik və bacarığını təkmilləşdirdi.

1494-cü ildə doğma şəhərinə qayıdaraq Aqnes Frey adlı xanımla ilə evləndi. Bu, xoşbəxt evlilik olmasa da, həyat yoldaşı onun sənət karyerasında mühüm rol oynadı – əsərlərini bazarlarda satır, bəzən səfərlərinə qoşulurdu.

Eyni ildə Dürer İtaliyaya səyahət etdi və orada gördüyü incəsənət mühitindən dərin ilham aldı.

Nürnberqə qayıdanda öz emalatxanasını açdı.




“Qiyamətin dörd atlısı” ( "Apocalypse" seriyası)

Dürerin ən məşhur qravürlərindən biri olan bu əsərdə o, Bibliyada təsvir olunan dörd apokalipsis atlısını – Ölüm, Qıtlıq, Müharibə və Taunu təsvir edir.

Rəssam, qara və ağ rənglərlə işləyərək səhnəyə güclü dramatizm və hərəkət hissi verir.

1498-ci ildə nəşr olunan “Qiyamət” seriyası Avropada böyük səs-küy yaratdı və Düreri qitə miqyasında tanınan sənətkara çevirdi.



Kürk cübbəli avtoportret

Dürer özünü İsa Məsih formasında təsvir etdiyi bu portretdə sənətkarın həm inancına, həm də yaradıcılıq iddiasına işarə var.

Bu tablo 1500-cu ildə çəkilib.

“Bala dovşan”

Bu rəsmdə Dürer dovşanı inanılmaz dəqiqliklə təsvir edib. Bu, sadəcə heyvan rəsmi deyil, təbiətin incə gözəlliyinə poetik baxışdır.

Hətta dovşanın gözündə atelye pəncərəsinin əksini görmək mümkündür.

Adəm və Həvva

İlk insanın cənnətdən qovulmasını təsvir edən bu qravür həm dini, həm də elmi simvolizmlə zəngindir.

Dürer burada insan anatomiyasını antik yunan idealları əsasında qurur, lakin onları alman təbiətinin fonunda yerləşdirir.

Hər bir heyvan – dovşan, pişik, maral – müəyyən insan xasiyyətlərini təmsil edir.

Təsbeh bayramı

1506-cı ildə Venesiyada çəkilən bu böyük tablo, Dürerin İtalyan rəssamlıq üslubunu mənimsəyib, onu alman dəqiqliyi ilə birləşdirdiyi nadir nümunədir.

Burada Məryəm, körpə İsa və dini simalarla birgə təsvir olunur.

Əsər Venesiyada alman tacirlərinin sifarişi ilə çəkilmişdi.




Dua edən əllər

Bu eskiz, bəlkə də, dünyanın ən tanınmış dini simvollarından biridir.

Əsərin sadəliyi və səmimiliyi, dua və inamın ümumbəşəri rəmzinə çevrilib.

Dürer bu təsviri 1507-ci ildə hazırlamışdı. Orijinal tablo yanğında məhv olub.



Melanxoliya I

1514-cü ildə çəkilmiş bu qravür sənət tarixində “əziyyət çəkən dahinin” ən erkən təsvirlərindən sayılır.

Qanadlı qadın fiquru, həyatın mənasızlığı və yaradıcı depressiyanın simvoludur.

Buradakı riyazi alətlər, saat, tərəzi və çoxüzlü fiqurlar, sənətkarın intellektual və fəlsəfi axtarışlarını ifadə edir.

1519-cu ildən sonra Dürerin səhhəti pisləşməyə başladı. Buna baxmayaraq o, 1520-ci ildə Hollandiyaya səfər etdi.

1521-ci ildə vətəninə qayıdanda ağır xəstələndi. Ehtimal ki, malyariyaya tutulmuşdu. Son böyük əsəri “Dörd həvari”ni 1526-cı ildə tamamladı.

"Dörd həvari"

Albrext Dürer 1528-ci il aprelin 6-da, 56 yaşında Nürnberqdə vəfat edib. Onun məzarı bu gün də Johannisfriedhof qəbiristanlığındadır. Dostu Vilibald Pirkkhaymer məzar daşına belə yazdırmışdı:

“Bu təpənin altında Albrext Dürerin fani cismi yatır”.

Dürer yalnız böyük bir rəssam deyil, həm də sənət texnologiyalarını dəyişdirən yenilikçi idi. Onun qravürləri və rəsmləri Avropa yayılaraq Raffael və Titian kimi ustalara ilham verdi. O, həm də müəllim kimi bir çox gənc rəssam yetişdirmişdi.

Dürer yüz illər sonra belə alman mədəniyyətinin simvolu olaraq qalır. XX əsrdə onun əsərləri həm milli, həm də bəşəri dəyərlərin ifadəsi kimi qiymətləndirilib. O, sənət və zəkaya söykənən yaradıcı azadlığın rəmzi kimi yadda qalıb.

# 1785 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

10:00 17 fevral 2026
"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

10:00 16 fevral 2026
Razin siçanları - Vüsal Bağırlının hekayəsi

Razin siçanları - Vüsal Bağırlının hekayəsi

15:00 15 fevral 2026
Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

10:00 13 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər