Əsl ədəbiyyat materialı da elə oradadır - Hekayə müzakirəsi

Əsl ədəbiyyat materialı da elə oradadır - Hekayə müzakirəsi
7 iyun 2023
# 15:30

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Əsəd Qaraqaplanın “Üçüncü təbəqənin nahar fasiləsi” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Şərif Ağayar

Əsəd Qaraqaplan ilhamlı bir şairdir. Nəsrində də çox zaman poetiklikdən enmir. Bu da onun yazdıqları haqqında məşhur “şair nəsri” ifadəsini yada salır. Bu hekayəsi də istisna deyil. Lakin, məncə, burda öz “ənginliklər”indən, sözün yaxşı mənasında, daha çox enib. Hekayənin kompozisiyası orijinal və maraqlıdır: nahar vaxtı iş yerinin pəncərəsindən yemək qoxusu gəlir və sən düşüb bu qoxunu təqib edə-edə fləş-bəkə dalırsan. Patrik Züskindlə ədəbiyyata uzaq mənzilli raket kimi düşən qoxu mövzusu çox dərin və sirlidir. Məncə, qoxu yaddaşı da yaddaşların ən möhkəmidir. Üstəlik, ifadəyə çətin gələndir. Əsəd özünü ağır yükün altına versə də, səmimiyyəti, aydın təhkiyəsi, özünə və ətrafa zərif istehzası onu xilas edib. Hekayədə qəbul etmədiyim yalnız bir cəhət var – “ki”ni çox işlədib. Söhbət bu hissəciyin köməyi ilə qurulan tabeli mürəkkəb cümlələrdən gedir. Dalbadal düşdümü, o saat “danq” eləyir. Doğrudur, bunu ciddi nöqsan saymıram, sadəcə təhkiyənin estetik axıcılığı üçün deyirəm. Əslində, uzun illərin redaktor təcrübəsinə əsaslanan bu sözüm təkcə Əsədə deyil, bütün yeni yazarlaradır: bağlayıcı “ki”-dən qorunun! Yalnız işlətməyə bilmədiyiniz zaman işlədin. Mən sonuncu cümləni belə də yaza bilərdim: “Yalnız o zaman işlədin ki, işlətməyə bilmirsiniz”. Amma yazmadım. Niyə? Ki-dən qorundum. Yazmaq həm də qorunmaqdır.

Sevinc Elsevər

Əvvəl oxuduğum hekayəsi bundan daha yaxşıydı. Əsəd artıq ikinci hekayəni yazmağa başlayıbsa, deməli, hekayəçilikdə özünü sınamaq fikrindədir. Bu yolda uğurlar diləyirəm!

Aqşin Yenisey

Əsədin bu hekayəsi mənə Patrik Züskindin "Parfümer" romanının baş qəhrəmanı Qrenyunu xatırlatdı. Hətta oxuyanda qorxdum ki, Əsəd də qəhrəmanı üzünə tutub qoxusuna getdiyi yeməyi bişirəni tapacaq və öldürüb yeməyi basıb özü yeyəcək. Yaxşı qurtardıq. Zarafat öz yerində. Əsədin qələmi artıq insanın düşuncələrinin məhrəm yerlərinə can atır. Əsl ədəbiyyat materialı da elə oradadır.

Samirə Əşrəf

Əslində, hekayə çox yaxşı başlayır. Orda Əsədin yazıçı potensialını hiss etmək olur. Sonradan müəllifin üslubu publisistikaya yuvarlanır. Bu, mənim üçün heç də təəccüblü deyil. Son zamanlarda gənc yazıçılarımızın çoxunda bunu hiss eləyirəm. Ancaq Əsədin hekayəsində publisistik məqamlar daha çoxdur. Əsəd bir çox yazıçının işlətdiyi manevrdən istifadə edərək əsas hadisənin fonunda ətrafda baş verən müxtəlif hadisələrə yer vermək istəyib, ancaq uğurlu alınmayıb. Oturuşmuş hekayələrə xas bir mətn yaza bilərdi. Burda Əsədin publisistik üslubu daha nəzərəçarpandır, nəinki nasir üslubu. Ancaq Əsəd istedadlıdır. Gələcəkdə üzərində işləsə, daha uğurlu nümunələr yarada bilər. Uğurlar arzulayıram.

Təvəkkül Boysunar

Açıklama yok.

Hekayəni sonacan oxuya bilmədim. Bəlkə də, bu mənim hazırki əhvali-ruhiyyəmlə bağlıdır. Elədirsə, müəllifdən üzr istəyirəm.

Amma yadıma düşür ki, indiyəcən oxuduğum bir çox yaxşı mətnlər məni məhz bu cür əhvali-ruhiyyələrin əlindən alıb öz içinə çəkmiş, ədəbiyyatın o nəhəng gücünü mənə hiss etdirmişdi.

Əsəd bəyin bu hekayəsində nə o gücü, nə marağı, nə də başqa cazibələri tapa bildim. Hekayənin oxuduğum qismi mənə maraqsız, rabitəsiz görsəndi. Bir sözlə, zövq ala bilmədim.

Müəllifə uğur arzu edirəm.

Orxan Həsəni

Əsəd Qaraqaplanın hekayəsi oxucuda yaxşı iştaha yarada bilər, lakin uğurlu olduğunu düşünmürəm. Bu hekayəyə ən yaxşı halda 3 vermək olar.

# 3040 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər