İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...

İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
28 noyabr 2020
# 16:28

Kulis.az Sara Selcanın yeni müharibə şeirlərini təqdim edir.

Mən müharibə qadınıyam,
əlində silah,
ürəyində mən,
yanındayam.
Düşməni qovan
Möhkəm addımlarınla qürurum ucalır,
İndi dik baxırsan gözlərimə
Daş da səndən güc alır.
Vətən çöllərinə bayraq paylayır
Saçlarımı oxşayan əllərin
İrəli get, Ərim,
oğlum, atam
Səninlə ucayam!

***

Nə gözəl sevgilin var belə, Ərim?
Hazırsan candan keçməyə,
Yolunda ölümə təslim.
Ona aşinasan,
Ruhunla, qanınla,
Heç belə sevdiyin olmayıb:
O əziz - Vətənim

***

Şükür səcdəsində əllərim
Bissimillahi rəhmani-rəhim
Ey haqqı nahaqa verməyən Sən
Nə böyük məbud
Qul huvəllahu əhəd
Nə uca məbəd
Əllahus səməd,
Ləm yəlid və ləm yuləd
Düşmənə qalIb və heybətli göstərən ordumu
Və ləmyəkun ləhu küfuvən əhəd.
Ey tayı-bərabəri olmayan
Ucalar ucası,
Şükür min kəlmə
Qoymadın qiyamətə qisası.

***

Gələndə xarı bülbülün ətrini gətir
Düzənlik yovşanlarına qataq.
Qoca tarixin divarından qopar at
Xocalının amansız şəklini
Yerində qələbə tablosunu asaq.
Düşmənlə birgə ölümə yuvarla məğlubiyyəti,
Bir də dirilə bilməsin
O iblis.
Qanınla suladğın cənnətdə
Behişt yaradaq, Əsgərim.

***

İsti yatağım soyuq səngər misalı
Sənlə bərabərəm,
bax
ruhunda, ağlında.
Səni bir an da tərk etmədim,
Ey Vətən adlım!
Bilirəm isti deyil xörəyin,
Suyun, çörəyin,
Bir kibrit də işıqlandırmır yan-yörəni.
Bu qaranlıqlar
Qisas adlı duyğunla işıqlanacaq,
Düşməni qova-qova
Çıxacağıq zəfər dolu sabaha.
Üşümə, doğma çöllərdə,
Əllərin ürəyimdədir
Hərarətinlə nəfəs alıram
Baxma gözlərim dolur,
Səsim qırılır.
Heç vaxt yaşamadıqlarımı yaşadırsan,
Ey vətən adlım;
Bütün bunların adı
Qürurdur, Qürur!

***

İndi Sən
Müqəddəs torpaqlarda
gücünlə ibadət edirsən;
Düşmən üzərinə şığıyan qolların Əli misalında,
Qüvvətli düzlərinlə yürüyüsən yağı üstünə:
- Ey, mərə kafir, - deyib od saçan nəfəsinlə.

Dəstəmazın alın tərindir,
Rükun
azad etdiyin çöllərə sıçrayışıın.
Salamın, təşəhhüdün sancdığın bayraqdır
hər gün bizim üçün gözəl açılan sabaha.
İndi sən gündə beş vaxt
Namaz üstə Səcdədə olan bizdən daha yaxınsan Allaha.

# 3177 dəfə oxunub

Oxşar xəbərlər

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

12:00 6 iyul 2025
"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

12:00 5 iyul 2025
"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

10:00 5 iyul 2025
Xalq yazıçısı Elçin:  "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

09:00 4 iyul 2025
Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

12:08 3 iyul 2025
Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
# # #