Cəlilabadda qədim yaşayış məskənində dulusçuluq məhəlləsi tapıldı

Cəlilabadda qədim yaşayış məskənində dulusçuluq məhəlləsi tapıldı
10 iyul 2025
# 12:13

Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə adlı qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı yeni dulusçuluq məhəlləsi aşkarlanıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, qazıntılar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, Muğan Neolit-Eneolit ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Vəfa Mahmudovanın rəhbərliyi ilə həyata keçirilir.

Vəfa Mahmudovanın sözlərinə görə, 9 min il əvvələ aid edilən bu qədim yaşayış yeri Azərbaycanın erkən dulusçuluq mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədqiqatlar zamanı burada dulusçuluq fəaliyyətinin izləri – saxsı qurutmaq üçün tumba, divar qalıqları və müxtəlif təyinatlı artefaktlar aşkar olunub. Onların arasında təyinatı hələlik müəyyən edilməyən bir neçə qiymətli əşya da var.

Qeyd edək ki, daha əvvəl də Paşatəpədə neolit dövrünə aid saxsı, sümük və dəvəgözü daşından hazırlanmış məişət və bəzək əşyaları, eləcə də Azərbaycanın arxeoloji tarixində ikinci at əhliləşdirilməsi nümunəsi aşkarlanmışdı.

Xatırladaq ki, Paşatəpə abidəsi alimlər tərəfindən ilk dəfə 1970-ci illərdə qeydə alınıb və indiyədək aparılan qazıntılar bölgənin qədim insan məskəni kimi böyük tarixi önəmə sahib olduğunu təsdiqləyir.

# 1523 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər