Bu yazıçılar “Siçan ili”ndə doğuldular - Siyahı

Bu yazıçılar “Siçan ili”ndə doğuldular - Siyahı
1 yanvar 2020
# 15:30

2020-ci il siçan ilidir. Kulis.az siçan ilində doğulan qələm adamlarını təqdim edir.

Üzərində 50 il işlədiyi “Şamo” romanı ilə məşhurlaşan Xalq yazıçısı Süleyman Rəhimov. Onun ən tanınmış əsərlərindən biri də “Qara torpaq və sarı qızıl”dır.

Gallery

İxtisasca kəşfiyyatçı-dağ mühəndisi olan Manaf Süleymanov. O, ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış edib, bəzən onları Fərəcoğlu imzası ilə çap edib.

Gallery

Xalq şairi Mirvarid Dilbazi. O lirikamızın rəngarəng və kamil nümunələrini yaradıb. "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc olunub.

Gallery

Əməkdar incəsənət xadimi Əli Tudə. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub, silahı və qələmi ilə mübarizə aparıb. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub.

Gallery

Xalq şairi Hüseyn Arif. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərindən başlayan şairin librettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub.

1971-ci ildə "Dağ kəndi" poemasına görə "Qızıl oraq" mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Mahnılarına musiqilər bəstələnib.

Gallery

Yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edən Nəbi Xəzri. 1942-1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak edən Nəbi Xəzri, ordudan tərxis olunduqdan sonra, "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə qəbul edir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub.

Gallery

Aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad Aşıq Mikayıl Azaflı. Erkən yaşlarında Coşğun təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.

Gallery

Teymur Elçin ədəbi fəaliyyətə kiçik yaşlarından başlayıb. Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi "Şeirlər məcmuəsi"ndə dərc olunan "Azərbaycan" şeiridir. Bundan sonra məktəb illərində dövri mətbuatda dərc edilən yazıları Teymur Əlizadə imzası ilə çıxıb. Onun bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə mahnılar bəstələnib.

Gallery

Nasir, ssenarist Çingiz Ələkbərzadə. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir, "Azərbaycanfılm" kinostudiyasında ssenarist, "Kirpi" satirik jurnalında ədəbi işçi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir kimi fəaliyyət göstərib. İctimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilib. Sonra bəraət alaraq, bədii yaradıcılıqla məşğul olub. Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunub.

Gallery

Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nahid Hacızadə. "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyeslərinin müəllifidir. Onun sözügedən pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub. Bir sıra şeirlərinə mahnılar bəstələnib 30-a yaxın ssenarisinə film çəkilib.

Gallery

Yazıçı Şamo Arif. O, "Qoşa çinar" hekayəsinin, "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin", “Qınamayın məni” romanlarının müəllifidir.

Gallery

Tənqidçi ədəbiyyatşünas Yaşar Qarayev. Ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlayıb. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib.

Gallery

Yazıçı, dramaturq Əli Əmirli. 1971-ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edilib. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən artıq hekayənin müəllifidir. 1990-cı ildən başlayaraq dramaturji yaradıcılıqla məşğuldur. Pyesləri Azərbaycanın əksər teatrlarında səhnəyə qoyulub.

Gallery

Şair Baba Pünhan. 1990-cı illərdə lirikaya satirik ruh gətirməklə çağdaş satirik şair adını qazanıb.

Fizika-riyaziyyat elmləri doktoru, professor, şair-publisist Hamlet İsaxanlı. İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlədir.

Gallery

Yazıçı-publisist, tele-aparıcı Malik Fərrux dörd il televiziyanın “Ekran” divar qəzetinin redaktoru olub. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışıb. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi “Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir.

Gallery

Şair Mərkəz Qacar. Onun indiyə qədər 30-dan artıq kitabı çap olunub.

Gallery

Şair, jurnalist Rasim Qaraca bir müddət "Mayak" və "İşıq" qəzetlərində işləyib. 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhəri) Azad Yaşar və İsmayıl Bayramoğluyla birlikdə "BACA" ədəbiyyat dərnəyini yaradıb, dərnəyin qeyri-rəsmi mətbuat orqanı olan "Yaşıl söz" bülletenini çap etdirib. 1994-2000-ci illərdə Rusiyada yaşayıb. 2000-ci ildən Bakıda yaşayır. 2001-ci ildə onun təşkilatçılığı ilə Azad Yazarlar Ocağı yaradılıb. 2001-2008-ci illərdə bu quruma rəhbərlik edib. 2002-ci ildən redaktoru olduğu "Alatoran" həftəlik ədəbiyyat-sənət bülleteni "Ədalət" qəzetinin əlavəsi kimi işıq üzü görməyə başlayıb. 2004-cü ildən "Alatoran" müstəqil jurnal kimi yayımlanır.

Gallery

Yazıçı-publisist Azər Qismət “Duman” hekayə və novellalar, “Çuğullar” və Sankt-Peterburqda rus dilində dərc edilmiş “Mən məşuqam” romanlarının müəllifidir.

Gallery

Yazar-jurnalist, teleaparıcı İlham Tumasın ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda çalışıb. APA TV-də "İlham Tumasla 40 dəqiqə" müəllif-layihəsinin aparıcısı olub. Ssenarist və rejissor kimi bir çox filmlər ərsəyə gətirib.

Gallery

Şairə Səhər Əhməd 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik edib. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışıb. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanıb. Kulis.azın əməkdaşıdır.

Gallery

Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayan yazıçı Cəlil Cavanşir müxtəlif mətbu orqanlarda çalışıb. 9 kitabın, 10-dan çox tərcümə kitabının müəllifidir.

Gallery

Yazıçı-jurnalist Qan Turalı 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. "Mustafa" romanı, "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. Başqa hekayə və roman kitabları da vardır.

Image result for qan turalı"

# 7066 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #