Bu qədər çatışmazlığı olan hekayə oxumamışdım - Cəlil Cavanşirdən yazdılar...

Bu qədər çatışmazlığı olan hekayə oxumamışdım - Cəlil Cavanşirdən yazdılar...
6 aprel 2021
# 15:43

Kulis.az Vüsal Aydının "Müharibə rapsodiyası" hekayəsi barədə yazısını təqdim edir. Qeyd edək ki, Cəlil Cavanşirin "Müharibə rapsodiyası" hekayəsi "Hekayə günü"ndə tamaşaçılara təqdim edilib.

Bu hekayədə xeyli şey yoxdur. Məsələn, hekayəni kimin danışdığını bilmirik, yəni obrazın adı yoxdur. Dialoq yoxdur, kuliminasiya yoxdur, final yoxdur. Qırx dörd günlük müharibədən bəhs edən bu hekayədə qırx dörd gün ərzində ən çox eşitdiyimiz şeylərin – dron, Paşinyan, mərmi, tank, şəhid, qazi, yaralı, qənimət... heç birinin adı yoxdur.

Ancaq nədənsə, bu "yox"luqlar hekayəni "yoxsul"laşdırmır, əksinə, zənginləşdirir. Müəllif bu elementləri hekayəsinə çatışmazlıq olaraq "toxuyub" və mən bu qədər çatışmazlığı olan ikinci bir hekayə oxumamışdım. Cəlil bu hekayəsində oxucunu özü seçir, hazırlıqlı oxucuya müraciət edərək, bəhs etmək istədiyi məsələni mətndən çıxarıb oxucunun "qulağına" pıçıldayır. Beləcə, oxucu kütləsini azaltmağı gözə alaraq oxucusunun kütləsini artırır.

2016-cı il idi. İstedadlı rejissor, həmin vaxtlarda isə "Gənc tamaşaçılar" teatrının sevilən aktyoru olan Vüsal Mehrəliyevlə birimiz Moskvaya, birimiz Cenevrəyə yola düşmək üçün sağollaşırdıq. Sənətkar məni qucaqlayıb eynən belə dedi: "Bəlkə də, bir gün müharibə haqqında elə əsər yazarsan, orada bir güllə belə atılmaz". O əsəri mən yaza bilmədim, ancaq görünür, Cəlil bu işin öhdəsindən ustalıqla gəlib.

Mənə elə gəldi ki, bu hekayə müharibənin özü deyil, bizə hiss etdirdiklərinin yaddaşımızda qalacaq olan halını təmsil edir... və əsərin, mənə görə, ən ağrılı yeri müharibə başlayanda "sivişib aradan çıxmaq istəyənlər"lə yanaşı, müharibəyə ən çox sevinənin və ən çox düşmən "güllələyənin" çoban Allahyarın oğlu Orxanın olması idi.

Hekayədə üstüörtülü, anlaşılmaz, qəribə, tam izah olunmayan şeylər var və hekayə öyrəşməyə başladığımız anda bitir. Eynən həmin o müharibənin özü kimi.

Sonda çağdaş nəsrimizin ən parlaq yazıçılarından saydığım Cəlil Cavanşiri hekayə münasibətilə təbrik edir, yaradıcılığının davamlı olmağını arzulayıram. Ümid edirəm, sənətkar bizi belə əsərlərlə tez-tez sevindirər.

# 2996 dəfə oxunub

Oxşar xəbərlər

Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

14:00 31 iyul 2026
Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

13:00 30 iyul 2026
"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

18:40 29 iyul 2026
Qriqol Abaşidze kimdir? - Stalinin qorxusundan tarixə sığınan yazıçı

Qriqol Abaşidze kimdir? - Stalinin qorxusundan tarixə sığınan yazıçı

18:00 29 iyul 2026
Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

16:00 29 iyul 2026
"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

15:00 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər