Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn

Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn
4 avqust 2021
# 11:12

Kulis.az “Günün şeiri” layihəsindən şair Rafiq Yusifoğlunun Türkiyədəki yanğınlara həsr etdiyi “Dünya od tutub yanır” şeirini təqdim edir.

Qara-qara buludlar pərdə çəkib günəşə
Ağaclar kömür olub, göynəyir yerim, göyüm
Dünya od tutub yanır, tüstü dirənib ərşə
Anamız yer kürəsi göynəyir göyüm-göyüm

Burnundan o tərəfi görə bilməyən xəbis
Cəhənnəmə döndərib bizim yer kürəsini
Dünyaya, insanlığa qənim kəsilən iblis
Yamyaşıl ormanların qaraldıb nəfəsini

Qırx gün də bəs eləmir bəzən heç qudurana
Külək kimi dörd yana əsənə nə deyəsən?
Su içdiyi çeşmənin gözünü batırana
Oturduğu budağı kəsənə nə deyəsən?

Yer bezib nadanların fitnəsindən, felindən
Yanğınlar bir yazığın qaçırıb yuxusunu
Qoynunda yer verdiyi naxələflər əlindən
Bilmir ki, necə çəkib qurtarsın yaxasını

Arzular zoqquldayır könlümün yarasında
Dost sandım düşmənimi – günahkaram, nə danım?
Öz evi kül olmazmı alovlar arasında
Özgənin komasına kibrit çəkən nadanın?

İçim od tutub yanır, ürəyim qaynar ocaq
Dincliyim olmayacaq alov sönənə qədər
Deyəsən, bu iblislər rahatlıq tapmayacaq
Anamız yer kürəsi külə dönənə qədər

Günəş cazibəsində qolları bağlı dünya
Qırıb zəncirlərini uçmağa məqam gəzir
Naxələf insanların əlindən dağlı dünya
Öz başını götürüb qaçmağa məqam gəzir

Vicdanlar su içində mürgüləyir rahatca
Niyə qənim kəsilib bu nadanlar bəşərə
Cəhənnəm alovundan günahkar çətin qaça
Dünya od tutub yanır, nə qaldı ki, Məhşərə?

# 4111 dəfə oxunub

Oxşar xəbərlər

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

10:00 17 fevral 2026
"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

10:00 16 fevral 2026
Razin siçanları - Vüsal Bağırlının hekayəsi

Razin siçanları - Vüsal Bağırlının hekayəsi

15:00 15 fevral 2026
Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər