Geyşa – o, fahişə deyil - ARAŞDIRMA
25 may 2011
11:00
Yapon dilində “sənətçi” mənasını verən “geyşa” XVII əsrdə formalaşıb və günümüzə qədər əyləncə həyatında kişi müştərilərə mahnı, rəqs, söhbət və oyunlarla xidmət edən qadınlara verilən addır. Geyşa dünyası yaponca “Xana-matçı” (“Çiçək qəsəbəsi”) və ya “ka-ryu-kai” (“Çiçək-söyüd dünyası”) adlandırılır.
1920-ci illərdə 80 min olan geyşalar 1980-cı illərin sonunda 10 minə düşüb. Bunun ən önəmli səbəbi Qərb tərzində olan barların və burada çalışan qadınların getdikcə məşhurlaşmasıdır.
Geyşa təşkilatı Edo Dövrünün (1600-1868-ci illəri əhatə edən və Yaponiyanın ilk modern dövrü olaraq bilinən bir dövr) ortalarında ortaya çıxdı. İlk geyşalar “hokan”, ya da “taikomoçi” deyilən rəqqas və müğənni kişilərdən meydana gəlib. Daha sonra bu qruplara qadınlar da qatılmağa başlayıb və sonralar yalnız qadınların peşəsinə çevrilib.
1700-cü illərdə geyşa pozğun qadınla tən tutulurdu. Ancaq Edo Dövrünün sonlarına doğru geyşalar, rəsmi yığıncaqlar da daxil olmaqla, bir çox ictimai-siyasi fəaliyyət və yığıncaqlara çağırılmağa başlandı. Zamanla o, bugünkü əyləncə-sənət və yaxud xoş vaxt geçirtmək üçün yardımçı imicini formalaşdırdı. İndiki vaxtda geyşa əyləncələri, Yaponiyada ən bahalı əyləncələrdən biridir.
Geyşalıq
Geyşaları “çayxana” deyilən yerlərdə daha çox görmək olar. Yapon mədəniyyətinin ayrılmaz hissəsi olan çayxanaların sahibləri onları müqavilə əsasında işə götürürlər. Geyşa burda iş adamları ilə söhbət edir, şeirlər deyir, mahnı oxuyur, fleyta çalır, rəqs edir, qısası, onları əyləndirir.
Yapon mədəniyyətində ailəli qadına verilən önəmə görə geyşalar mütləq subay olmalıdırlar. Evlənməyi seçənlər geyşalıq peşəsini buraxmaq məcburiyyətindələr.
Yaponiya əyləncə dünyasında çalışan digər qadınlardan fərqli olaraq, bu qaydalara əməl edən geyşalar peşələrini ömür boyu davam etdirə bilərlər. Yaxşı bir geyşa olmaq üçün gözəllik və gənclikdən çox, gözəl sənətkarlıq və musiqi duyumu, şirin dil və müştərini gülərüz qarşılama kimi xüsusiyyətlər əhəmiyyətlidir. Buna görə də istənilən yaşda geyşalığı davam etdirmək mümkündür. Peşəsini buraxan geyşalar ümumiyyətlə, bar, ya da restoran işlədirlər, yəni, bir növ, eyni sektorda qalırlar. Amma onların arasında müştəriləriylə evlənib işi buraxan geyşalara da rast gəlinir.
Ənənəvi geyşalıq peşəsində hər geyşanın romantik, cinsi və iqtisadi olaraq əlaqədə olduğu bir “danna”sı, yəni qoruyucusu vardır. Ancaq indiki vaxtda qoruyucuya sahib olmaq, ya da olmamaq geyşanın öz qərarından asılıdır.
II Dünya müharibəsinə qədər olan dövrdə geyşa olaraq yetişdirilmiş bir qızın, geyşalıq səviyyəsinə çata bilməsi üçün “mizuage” mərasimi keçirilərdi. “Mizuage” mərasimində geyşa tam bir təhsil aldıqdan sonra önəmli bir müştəriyə çox böyük pul qarşılığında bəkarətini pozdurur və aldığı pulun böyük qisimini yetişdirildiyi geyşa evinə təhsil xərci olaraq ödəyirdi.
Bugünkü geyşa evlərindəki qaydalar belə sərt deyil. Müştərilərdən alınan bəxşiş və hədiyyələrlə də rahat dolanmaq mümkündür. Buna görə də geyşa evindən kənarda fəaliyyət göstərənlərin sayı durmadan artır.
Təhsil
Harda olursa-olsun, bir geyşa bir neçə sənət sahəsində təhsili almaq məcburiyyətindədir. Geyşa olacağı dəqiqləşən qızlar kiçik yaşlarında yetişdirilmələri üçün geyşa evlərinə verilirlər. Onlara “şikomi” deyilir. Bu qızlar bütün ev işlərini qüsursuz bilməlidirlər. Qızlar, tərbiyə edilməsi üçün çox ağır şərtlər altında işlədilərlər.
Geyşa evinə gələn qız, xidmətçilik dövründən sonra, şagirdlik dövrünə qədəm qoyur. Bu bir neçə il davam edir. Onlar hətta necə çay servis etməyi də öyrənirlər. Məlumdur ki, Yaponiyada çay servis etmək xüsusi bir mərasimdir. Şikomilər necə danışmağı, oturub-durmağı, siqaret yandırmağı, gəzməyi, “şamisen”də (klassik gitaranı xatırladan üçsimli yapon çalğı aləti) çalmağı, rəqs etməyi, bambukdan düzəldilmiş flütdə ifa etməyi, ədəbiyyatı və şeiri öyrənirlər. Bundan əlavə, onlar bir neçə tərzdə mahnı ifa etməyi də bacarmalıdırlar.
13 yaşından 18 yaşına qədər olan dövrdə bu qızlar naşı geyşa olaraq müştəri qəbul edirlər. Bu yaşlardakı naşı geyşalara Tokio və ətrafında “hanqyoku” (“para ləl-cəvahirat”) , Kiotoda isə “maiko” (“uşaq rəqqasə”) deyilir. Naşı geyşalıq dövründə geyilən xüsusi bir kimono və xüsusi saç düzümü olur.
İndiki vaxtda
Ənənəvi geyşalık indiki vaxtda Tokioda tamamilə ortadan qalxıb, Kiotoda isə getdikcə azalmaqdadır. Yaponiya qanunlarına görə, hər kəsin ibtidai və orta təhsil alması zəruridir. Bu isə o deməkdir ki, qızlar ən tez 15 yaşında geyşalığı öyrənməyə başlaya bilərlər. Başqa sözlə, əvvəllər bir geyşanın “maiko”luqdan geyşalığa keçdiyi dövr indi başlanğıc dövrüdür. Buna görə geyşa evlərindəki qaydalar və tətbiqlər əvvəlki dönəmlərə nisbətən dəyişikliyə uğrayıb, müasir ictimai-əxlaqi qaydalar və qanunlara tabe olub.
Təşkilat
Geyşalar regional qruplara ayrılırlar. Bu bölgələrə “hanamaçi”, yəni “çiçək məhəlləsi” deyilir. Hər qrupun “kenban” deyilən qeydiyyat bürosu olur. Bir geyşanın işləyə bilməsi üçün bu kenbanlardan birində qeydiyyatda olması və işləmək üçün icazəsi alması lazımdır.
Hər geyşa qrupunun öz bölgəsində müştərilərini apardığı restoranlar olur. Bu restoranlarda görüşmə üçün lazımi tədbirləri müştəri görür. Ancaq müştəri Geyşa Birliyinin qoymuş olduğu qaydalarla razılaşmaq məcburiyyətindədir. Geyşa ilə birlikdə olduğu müddətdə yemək, yol, sığınma kimi bütün xərclər müştərinin hesabına yazılır. Bundan başqa, müştəri geyşa ilə keçirdiyi vaxt üçün də ayrıca pul ödəməlidir.
Soyundurmaq 2 saat alır
Məşhur inamın əksinə olaraq, geyşalar fahişə deyillər. Ən önəmli məqam bundan ibarətdir ki, geyşalığa başladıqları andan etibarən onlara pul qarşılığında seksual xidmət göstərmək qanunla qadağan olunur.
Geyşa cəmiyyətdə hörmətə malikdir. Onların vəzifələrinin peşəkar cəhəti budur ki, müştəriləri ilə cinsi əlaqədə olmurlar – yox, əgər belə bir təsadüf olarsa, bu onun istəyi ilə baş verir və peşəsi ilə əlaqəli olmur. Yəni özəl həyat hesab olunur.
Geyşalara qarşı olan yanlış münasibət İkinci Dünya müharibəsi zamanı Amerikanın Yaponiyaya ordu yeritməsindən sonra alt-üst olur: amerikan əsgərləri onlarla yatan yapon qızlarını “qisya” və yaxud da “qız-geyşa” adlandırırdılar. Üstəlik onların əksəriyyətinin pula ehtiyacı olduğu üçün özlərini “geyşa” adlandırırlar, lakin geyşa olmurlar.
Həm də Yaponiyada fahişələrə geyşa yox, “yuce” deyilir. Geyşa və yucelər tarix boyu fərqli mövqe tutublar və bir-birlərindən fərqləniblər. Məsələn, yucelər kimonolarının kəmərinə düyünü qabaqdan və sadə vururdular ki, gün ərzində açıb bağlayanda çətinlik yaranmasın. Onlardan fərqli olaraq geyşalarla fahişələrin paltarlarında və saç düzümlərində də ciddi fərqlər var.
Bu fərqlər sayəsində fahişələr və geyşalar zahiri olaraq da fərqləndirilirlər. Geyşanın geydiyi kimononun tikilməsi, üzərinə naxışlar vurulması və boyanması iki-üç il vaxt alır. Yəni geyşalar özlərinin tikdiyi xüsusi kimono geyinirlər. Lakin bu işi özləri yox, “otokosi” adlanan və paltar geyindirən mənasını verən işçilər görür. Təbii ki, onların köməyinə ehtiyac böyükdür. Çünki geyşaların paltarları xüsusi olaraq hazırlanıb və onu geyinmək bir nəfərin işi deyil. Bundan da əsas məqam isə kimononun kəmərinin bağlanma qaydasıdır. Geyşaların kəmərinin düyünü bədənin arxa hissəsinə düşür və düyün xüsusi qayda ilə vurulur ki, bir nəfərin onu açması az qala mümkünsüz olur. Bu yerdə onu da qeyd edək ki, otoksilər geyşaları bir saat ərzində geyindirir və eyni müddətə də soyundururlar. Onlar ayaqlarına “çətini” deyilən səndəl geyirlər. Amma bu səndəllər evin içində geyilmir, evin içi üçün başqa növ səndəl - “tabe” mövcuddur.
Bütün bunlardan sonra geyşaların fahişələrdən fərqi açıq şəkildə ortaya çıxır. Onlar müştərilərlə cinsi əlaqədə olmurlar, sadəcə zərif xanım rolunu oynayır və bununla da müştərilərinin maksimum istirahət almalarını təmin edirlər.
Bəs geyşaların intim xidmətinin olmaması fahişələrin bazarına xidmət etmir ki?
Təbii ki, bu sualın cavabı yapon mədəniyyəti və yapon əxlaqındadır. Nə qədər qəribə olsa da, statistika göstərir ki, geyşaların yanından çıxan kişi fahişəxanaya deyil, evinə üz tutur. Bu isə geyşaların müştərilərinə verdiyi tərbiyədən irəli gəlir. Yəni kişi psixologiyasının ən son nüansına qədər araşdıran geyşa məktəblərində verilən təhsil nəticəsində müştəri ailəsindən uzaqlaşmır, əksinə, ailəsinə daha da sıx bağlanır. Bunun səbəbi Yaponiyada ailənin ən müqəddəs məfhum olması ilə əlaqəlidir. Başqa sözlə, müştərisinə maksimum istirahət imkanı verən geyşalar, həm də onları mümkün dərəcədə tərbiyə edirlər. Təbii ki, bu baxımdan onları fahişə adlandırmaq və yaxud da fahişələrlə eyniləşdirmək doğru olmaz.
98 yaşlı geyşanın etirafları
Özünə “Böyük bacı” deyə xitab edilməsini istəyən, bir zamanlar əyləncəsi, zəkası, cazibədarlığı və gözəlliyi ilə dillərə dastan olan 98 yaşlı geyşa, hazırda geyşalığın öz əhəmiyyətini itirdiyini söyləyir. Peşəyə başladığı 1928-ci ildə, ölkəsində 80 min geyşa olduğunu xatırladan “Böyük bacı” bu gün rəqəmin dəfələrlə azaldığını bildirərək kövrəlir:
“O günlərdə, restoranlarda zəngin iş adamlarını əyləndirər, mahnılar oxuyar və zarafatlar edərdik. Gün əyilən kimi bizim işimiz başlayar, gecənin oğlan vaxtına qədər davam edərdi. Yaxşı pul qazanardıq. İndi isə gənclər gəlir. Amma danışmağa mövzuları, zarafatları və peşəkarlıqları yoxdur. Haradadır o köhnə günlər?!”
“Böyük bacı” geyşaların fahişələrlə bir tutulmasından da da böyük narahatlıq duyduğunu bildirərək, bunun əsla doğru olmadığını ifadə edir: “Bu günlərdə gənc kişilər söhbət etməyi bilmədikləri kimi, “geyşayam” deyib ortaya çıxanlar da nə rəqs etməyi, nə də mahnı oxumağı bacarırlar. Halbuki geyşa əyləndirən zərif qadın deməkdir”.
Vüqar QURDQANLI

1825 dəfə oxunub
Oxşar xəbərlər
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə
15:22
2 dekabr 2024