Toy videosunda hamı sakit görünürsə bu qədər yeməyi kim yeyir?

Toy videosunda hamı sakit görünürsə bu qədər yeməyi kim yeyir?
2 noyabr 2012
# 17:00
“Əziz qohumlar, yaxınlar! Biz yazarlar belə qərara gəldik ki, bundan sonra heç bir toyda iştirak etməyək və ona görə də xahiş edirik ki, bizi məlum ənənələrlə müşayiət olunan məclislərinizə dəvət etməyəsiniz”.

Bu fikir yazarların bir neçə gün öncə toyla bağlı yaydığı müraciətdəndir.

Toy məsələsi doğurdan da ciddi problemdir. Bir dəfə oturub çay içdiyin və həmin məclisdə adını unutduğun şəxs bir müddətdən sonra səni toya çağırır. Bu gün Azərbaycan ailəsi bir ayda orta hesabla 3 toya gedir və bu da aşağı yuxarı 150 manat edir. Bu məbləğ bir ailə üçün az deyil. Nəzərə alsaq ki, ilin 9 ayı toy olur, hər aya toylara 150 manat “atsaq”, bir ildə bu məbləğ 1350 manat edir. Bu məbləğlə bir ailə bir ay normal istirahət edə bilər.

Amma ildə 4-5 dəfə dostların toyunda iştirak etsək, bu, bizi yalnız sevindirər. Amma məlum bəyanat da qeyd olunur ki, heç bir toya gedilməsin. 50 nəfərlik toy edilsin, o toya da nəmər salınmasın. Belə çıxır ki, biz onları havayı yeyib-içməyə dəvət etməliyik. Bunu da onunla əsaslandırırlar ki, toya atılan pullar şadlıq evlərinə qalır. Amma həmin şəxslərin toyda ofisianta “kabab gətir, rus arağı gətir” kimi sifarişlərinin qarşılığıdır o pul.

Doğrudur, bu gün demək olar ki, hamı restoranda toy edir. Baxırsan yekə bir həyəti var, amma toyu bir restoranda edir. O həyəti nədən ötrü düzəltmisən. Belə izah edirlər ki, əziyyətdir. Sən toyda əziyyət çəkməyib, harda əziyyət çəkəcəksən ki. İlin bütün gününü ictimai nəqliyyatdan istifadə edən adam toy günü gedib 100.000 manatlıq maşın sifariş edir. Ay qardaş, səmimi ol da. İki gün sonra sən yenə bir banka yeməyini çantaya qoyub, avtobusla işə gedəcəksən də. Toydan iki gün qabaq da belə idin, iki gün sonra da. Bir günlük dəbdəbəli həyatın hesabını bütün ömrün boyu niyə ödəyirsən?

Konkret bir adam tanıyıram ki, dəbdəbəli toydan sonra bəyin atası borcun əlindən özünü asdı. Nə var ki, bir saat “Porşe” sürəcək. Bizim toy stolumuza da bir nəzər salaq. Ən azı 5 cür salat, kababın bütün növləri, quş ətləri, balıq, soyutma, qovurma. Qardaş, bu qədər yeməyi neynirsən? Burda ən maraqlısı isə odu ki, videokamera toydakı bir insana yaxınlaşanda dərhal ciddi görkəm alır, uzaqlara baxır. Maraqlıdır, o stuldakı yeməkləri kim yeyib?

Amma unutmayaq ki, biz də dəbdəbəni sevən adamıq . Mən bir şeyi başa düşə bilmirəm. “ZAQS”ın nümayəndəsini toya çağırıb , evliliyi toyda rəsmiləşdirirlər. Qardaş, gedib imzanı həmin idarədə atıb vəsiqəni cibinə qoya bilmirsən? Vəziyyəti niyə bu qədər qəlizləşdirirsən axı.

Yazarlar bu cür müraciətdənsə hər salam verdiyin adamı toya çağırılmamağından, menyunun bir az azaldılması ilə bağlı müraciət etsəydilər, daha maraqlı olardı. Amma heç bir toya getməmək və 50 nəfərlik bir məclisə nəmər salmamaq kimi təkliflər ürəkaçan olmadı.

Həmişə dost toylarında...

Fuad Cəfərov
# 2226 dəfə oxunub

Oxşar xəbərlər

Sevgilim, gəl görüşək, sülənək bir az... - Rasim Qaracanın yeni şeirləri

Sevgilim, gəl görüşək, sülənək bir az... - Rasim Qaracanın yeni şeirləri

14:50 18 fevral 2025
"Elə səni görməsələr yaxşıdı!" - Vəkillər Kollegiyasının gülməli Bəyanatı

"Elə səni görməsələr yaxşıdı!" - Vəkillər Kollegiyasının gülməli Bəyanatı

17:00 17 fevral 2025
Nizami Gəncəvi kimi tanıdığımız ağcabədili axund - Onun kitabını niyə yandırmışdılar?

Nizami Gəncəvi kimi tanıdığımız ağcabədili axund - Onun kitabını niyə yandırmışdılar?

09:00 14 fevral 2025
Bu, düşünən bir insan üçün qorxunc rəqəmdir! - Azərbaycanda rus dillində yazılan kitablar nə qədər satılır?

Bu, düşünən bir insan üçün qorxunc rəqəmdir! - Azərbaycanda rus dillində yazılan kitablar nə qədər satılır?

12:17 12 fevral 2025
Qadınların oxumalı olduğu kitablar - Siyahı

Qadınların oxumalı olduğu kitablar - Siyahı

16:53 10 fevral 2025
Bu roman Azərbaycandakı hərbi xidmətin həqiqi üzüdür - Orxan Saffari

Bu roman Azərbaycandakı hərbi xidmətin həqiqi üzüdür - Orxan Saffari

14:50 10 fevral 2025
#
#
# # #