İçək, ölən vətənin sağlığına!

İçək, ölən vətənin sağlığına!
1 noyabr 2012
# 14:54
Tiflis

Tiflis,
Mən səndə yaşayıram,
Sən də məndə.
İkimizdə pis gündə.

***

Tiflis, səndə hamı boşdu,
Baxma hər gün dolu yağır.
Tiflis, səndən hamı qaçdı;
Kür dəli olub çöllərə düşdü,
Qalıb kasıb,
şikəst,
fağır...

***

Tiflis səndə paylayan yox,
Hamı çalır,
çapır,
yığır...
Həqiqət sonsuza dönüb,
Yalan ildə beşin doğur.
Tiflis, səndə qoyunları
Çoban yox, canavar sağır...

***

Tiflis, mindən çox yaşın var,
Özünü uşaq kimi aparırsan.

Tiflis, heç utanırsan?
Ev-eşiyini qızın saxlar,
Vicdan əzabı yeməkdən
Oğlunun dişləri laxlar...

***

Tiflis,
Mən səndə hər şirin çay içəndə
Acı çəkirəm.
Çünki səndə acı çəkənlər,
Gündə üç dəfə şirin çay içənlərdir.

***

Tiflis, sənin sakinlərin hərbi xidmətə getməsələr də,
Silah atmağı hər kəsdən yaxşı bacarırlar;
Səndə hamı qəpiyə güllə atır...

***

Tiflis, sənin sakinlərin axşam-səhər içirlər,
Amma kefdən yox,
Restoranda, evdə yox.
Küçədə, tində,
Pis gündə...
Və nə mənim sağlığıma,
Nə də sənin sağlığına.
Sənin sakinlərin axşam-səhər içirlər,
Ölən vətənin sağlığına!

***

Tiflis, vətən bizim üçün insanın doğulduğu yer yox,
Öldüyü yer də deyil.
Vətən bizim üçün insanın azad, azad, azad olduğu yerdir.
Vətən yalnız hündür, uca binaların tikildiyi yer yox,
Xaraba olmuş könüllərin abad olduğu yerdir.

Tiflis,
Səni and verirəm
Hər səhər məsum uşaqlarının üzündə batan günəşə,
Ya azad yaşa, bizi də azad et,
Ya da bu ölkədən çıx get...

Coşqun Cəfər
# 2926 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər