Məşhur aktyor toy əleyhinə kampaniyaya qoşuldu

Məşhur aktyor toy əleyhinə kampaniyaya qoşuldu
1 noyabr 2012
# 05:09
Milli Dram Teatrımın aktyoru Ayşad Məmmədov yazarların toy əleyhinə müraciətinə qoşulduğunu bəyan edib.

O, Kulis.az-a verdiyi açıqlamada bildirib ki, öz ailəsi daxilində bu kampaniyanı çoxdan başlayıb: “Hələ neçə il bundan əvvəl bir ayda o qədər toya dəvət olundum ki, ailə büdcəsinə daxil olan vəsaitlə o toylara yazdıracağım pul tərs mütənasib oldu. Dərd məni götürmüşdü. Onsuz da o toya yazdırdığımız pul iki gəncin cibinə deyil, şadlıq evlərinə gedir. Belə şadyanalığın nə toy sahibinə, nə də toya dəvət olunanlara xeyri var. Əksinə, yazıq gənclər toy qabağı stress yaşayırlar ki, görəsən toydan borclu çıxmayacağam? Əgər borclu qalsan, şadlıq evində qalmaq ehtimalı da var axı. Toya gedən adamın bəzən imkanı olmur, borca düşüb toya getməli olur. Bunun özü də toy sahibinə mənfi emosiya ötürmək deməkdir. Çox düşünəndən sonra ailədə qərara gəldik ki, bir daha heç bir toya getməyək. Bu qərar gələndə əmim qızının toyuna dəvətnamə gəlmişdi, getmədik. Buna görə kim inciyir, qoy incisin”.

Aktyor özü iki övlad atasıdır. Deyir ki, mən övladlarıma dəbdəbəli toy etməyəcəyəm: ”50-60 nəfər dost-tanışı, yaxın adamları çağıracağam ki, övladımın şad günündə mənimlə şənlənin. Gələnlərdən də pul yığmayacağam. Təklifim də budur ki, bundan sonra biabırçı toy formatını dəyişək”.

Q. Ramilə
# 2434 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər