İlqar Rəsulla Anar Yusifoğlunun deyişməsi
İlqar Rəsul və Anar Yusifoğlunun maraqlı dialoqunu təqdim edirik.
İlqar Rəsul: Bayramın MÜBARƏK...!!!
Anar Yusifoğlu: Səninlə bahəm. Bayram bitsin, bir oturaq da.
İlqar Rəsul: Biz oturacağıq, amma bayram bitməyəcək...
Anar Yusifoğlu: Səninlə söz güləşdirmək olmur.
İlqar Rəsul: Biz güləşdirmirik ki. Sevişdiririk...
Anar Yusifoğlu: Demək nəticəsi övlad olacaq!
İlqar Rəsul: Bu sevişmənin nəticəsi özündən əvvəl baş verib...
Anar Yusifoğlu: Səfər Alışarlı deyirdi ki "efirə ver sonra montaj edərsən".
İlqar Rəsul: Bizi montaj ediblər, amma efirə vermək yadlarından çıxıb...
Anar Yusifoğlu: Yaddan çıxmaq olar. Qaqa, təki yad çıxmayaq.
İlqar Rəsul: Biz yad çıxmayacayıq, amma biz çıxan yadlara da düşmək təhlükəlidir.
Anar Yusifoğlu: Təhlükəlisi YADelli olmaqdı.
İlqar Rəsul: Biz olan yerlərdə YADellilər yad edilməz...
Anar Yusifoğlu: Yaddaşımız korşalmayıb ki, yadellilərin arasında olaq. Yada salıram...
İlqar Rəsul: Korşalmış mühittə korlar daha xoşbəxdir... Bəlkə çıxardaq gözlərimizi...?
Anar Yusifoğlu: Bəlkə biz elə koruq, sadəcə, xəbərimiz yoxdu. Gözləri açmaq lazım, usta!
İlqar Rəsul: Qəlbimiz açıqkən, gözümüzə nə hacət...!
Anar Yusifoğlu: Bəzən o da ərp bağlayır axı.
İlqar Rəsul: Belə “bəzən”lərin bizə nə dəxli...
Anar Yusifoğlu: Bizə dəxli olmayan nəsə varmı?
İlqar Rəsul: Əlbəttə. ÖZÜMÜZ...
Anar Yusifoğlu: Özümüzü də sözümüz ve gözümüz təqdim edir. Qəlbimiz isə ONU daşıyır!
www.facebook.com/ilqar.rasul

Oxşar xəbərlər
"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?
17:30
27 avqust 2026
Ömrün mərhələləri kətan üzərində - İtalyan rəssamdan “Zamanın müdriklik alleqoriyası”
13:10
27 avqust 2026
Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı
14:20
26 avqust 2026
“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?
12:40
26 avqust 2026
"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?
16:00
25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı
14:20
25 avqust 2026