Kafkanın əlyazmaları İsrailə veriləcək

Kafkanın əlyazmaları İsrailə veriləcək
15 oktyabr 2012
# 16:23
Kafkanın əlyazmaları müsadirə olunaraq İsrailin Milli Kitabxanasının arxivinə verilməlidir!

Bu barədə Tel-Əviv məhkəməsi qərar qəbul edib.

4 ildir ki, davam edən mübahisə nəhayət başa çatıb.

Bundan sonra əlyazmalar ictimai mülkiyyət sayılacaq.

Kafkanın dostu Maks Brodun katibəsi olmuş Esther Hoffe-nin övladları əlyazmaları satışa çıxara bilməyəcəklər.

Yəhudi əsilli, alman dilli yazar Frans Kafka 1924-cü ildə vəfat edəndə dostu Maks Broddan xahiş etmişdi ki, onun əlyazmalarını yandırsın.

Brod bu xahişə əməl etməmiş, əlyazmaların bəzilərini, o cümlədən “Qəsr” və “Məhkəmə” kimi romanları çap etdirmiş, beləcə Kafka 20-ci əsrin ən görkəmli yazarlarından biri kimi tanınmağa başlamışdı.

Məhkəmə qərarında göstərilir ki, Brod Hoffedən əlyazmaları Yerusəlimdəki Hebrew Universitetinin kitabxanasına, Tel-Əviv Bələdiyyə Kitabxanasına, yaxud İsrailin başqa bir ictimai təsisatına təhvil verməyi xahiş edib.

Brod 1968-ci ildə vəfat edəndən sonra əlyazmalara sahiblənən Hoffe isə bu xahişə əməl etməkdən boyun qaçırıb.

O, əlyazmaları müxtəlif yerlərdəki saxlanclarda gizləyib, hətta bəzilərini satıb.

Hoffe-nin övladları 2008-ci ildən bəri davam edən məhkəmə prosesində israr edirdilər ki, Brod əlyazmaları onların anasına hədiyyə edib.


Kafkanın əl yazısı - onun atasına məktubu
​​Həmin əlyazmalar arasında Kafkanın indiyəcən çap olunmamış əsərlərinin olması da güman edilir.

Əlyazmaların bir qismi İsraildə, bir qismi isə İsveçrədə saxlanır.

Israil Milli Kitabxanasının direktoru Oren Weinberg məhkəmənin qərarını alqışlayıb:

“Bu qərar Brodun əlyazmaların İsraildə və bütün dünyada ədəbiyyatsevərlərin oxuması üçün çap edilməsi arzusunun yerinə yetirilməsidir”.

Weinberg bildirib ki, əlyazmaların hamısı İnternetə yerləşdiriləcək və oxucular üçün əlyetərli olacaq.

BBC-yə istinadla oxuzali.az
# 1420 dəfə oxunub

Oxşar xəbərlər

“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin  məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?

“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?

15:00 6 sentyabr 2025
Primitivizmin məşhur nümayəndəsi,  "gömrükçü" ləqəbli rəssam - Günün tablosu

Primitivizmin məşhur nümayəndəsi, "gömrükçü" ləqəbli rəssam - Günün tablosu

16:54 2 sentyabr 2025
Sadəliyin bətnindəki təntənə  - “Şahid olmaq istəyirsən?”

Sadəliyin bətnindəki təntənə - “Şahid olmaq istəyirsən?”

12:00 2 sentyabr 2025
"Diktaturanın yeganə üstünlüyü ondadır ki..." - Fransua Moriak

"Diktaturanın yeganə üstünlüyü ondadır ki..." - Fransua Moriak

10:50 1 sentyabr 2025
"Məni öldüyümə əmin olmamış dəfn etməyin!" - Onun intiharının arxasında kimlər var idi?

"Məni öldüyümə əmin olmamış dəfn etməyin!" - Onun intiharının arxasında kimlər var idi?

15:00 31 avqust 2025
Əfqanıstandan Bakıya - Heydər Əliyevin göstərişi ilə əsərləri 100 min tirajla nəşr olunan yazıçı

Əfqanıstandan Bakıya - Heydər Əliyevin göstərişi ilə əsərləri 100 min tirajla nəşr olunan yazıçı

12:00 31 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər