“Çox dəyərli bir xanımın şeirlərinə yaxşı mahnılar yazmışıq”
30 avqust 2012
14:35
Bu il 10 yaşı tamam olan “Savalan” qrupunun tamaşaçı auditoriyası o qədər də geniş deyil. Qrupun rəhbəri Novruz Novruzlu ilə söhbətimiz isə qrupun hazırlaşdığı konsertdən tutmuş onun yaranmasına qədər gedib çıxdı.
- Bu konsert çoxdan olmalı idi...
- Bir-iki aya konsert etmək fikrimiz var. Sponsor tapılsa, inşallah! Elə bilirəm bu dəfə tapılacaq. İş orasındadır ki, bizə dəyər verənlər, nə lazımdır eləyərik sizin üçün-deyənlər əməli işə gələndə bəyənmədikləri şou aləminə sponsorluq edirlər. Biz özümüzü bir şey sanmırıq, indi Allah hərəyə bir qabiliyyət verib, bizim də əlimizdən bu gəlir. Yeni kollektiv yığmışıq, daha doğrusu, kollektivin bəzi üzvləri dəyişib. Ruh həmin ruhdur, biz az janr dəyişikliyi olacaq. Mən tələbə vaxtı italyan mahnıları da ifa edirdim, hind mahnıları da. Əsas ifaçının münasibətidir. Bütün əməllər niyyətə görə dəyər tapır. Rastropoviç deyirdi ki, əsas simin üstünə qoyulan barmaq deyil, barmağı ora qoyanın içindən o barmağa süzülən səsdir, əsas onun nə deməsidir. Eyni musiqini bir neçə adam ifa edir, biri səni sızıldadır.
- Qəlbdən barmaq vasitəsilə simə nə axacaq, o da yayılacaq. “Bil oğlum” mahnısını orijinal ifaçısından çox sizin ifanızda sevmişəm...
- Əsəd Kabaklı gözəl oxuyub, dəyərli ifaçıdır. Mən onun oxuduğunu dinləyib oxumuşam. Rüstəm Behrudi də deyir sən ondan gözəl ifa edirsən. Biz bir az təsəvvüflə maraqlanırıq, bu, önəmlidir. Ağlım kəsəndən türk musiqilərini dinləmişəm, bu da önəmlidir. Bir də musiqi içimə oturmasa, onu oxuya bilmərəm.
- Bunu müşahidə etmişəm, ifa etdiyiniz mahnını dərinliyinə qədər yaşayırsınız.
- Yoxsa oxumaq olmaz ki. Olar e, sevilməz, dinlənməz. Elə mahnı var ki, onu oxuyanda oxuduğum məkanda olmuram, tamam başqa aləmlərə gedirəm.
- Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya fakültəsini bitirmisiniz, vaxtilə Əsgər, Sərvər kimi baş rollar oynamısınız, necə oldu sonra sırf musiqi, yəni ifaçılığa yönəldiniz?
- O fakültəni bitirmək o deməkdir ki, həm aktyorluğun var, həm də səsin. Orda vokal da keçilir. Əsgəri də, Sərvəri də oxuduğum illərdə oynamışam. Müəllimlərim gözəl olub. Ədilə xanım, Zərifə xanım hər ikisi gözəl səs sahibləri olublar, həm də gözəl aktrisa. Bu iki müəllimə mənə musiqinin sirlərini öyrədiblər. Əşrəf Quliyev kimi müəllim isə 15 gün ərzində mənə Əsgəri necə təhlil etdisə, axırıncı söhbətdən ayağa qalxıb gedəndə mən artıq Əsgər idim. İndi belə müəllimlərin yoxluğu hiss olunur. Açığı, deyim ki, bir az dəyərlər itdiyi üçün belədir. Maddiyyatdan asılı olmaq sənətkarı işləməyə qoymur.
- Opera və Balet Teatrının solistisiniz, amma deyəsən bu formal xarakter daşıyır.
- Orda işə başlayandan altı ay sonra solist olmalıydım, özüm formada, səsim yerində, ancaq qaydaya görə altı ay lazım idi. Bu aylar ərzində qardaşım rəhmətə getdi, çox sevirdim onu, gözəl insan, mənə yaxın dost idi. Bir 7-8 il sənətdən uzaqlaşdım, qardaşımdan sonra oxumağa köklənə bilmədim. Düzdü, səhv elədim, gələn hər şey Allahdandır, onu qəbul etməlisən. O vaxt sənətimdə bütün yollar açıq olduğu halda mən geri çəkildim. Azər Rzayev çağırdı, gedib oxuya bilmədim, sonra da qayıdanda artıq qatar getmişdi, xorda oxumalı oldum.
- “Savalan” qrupu necə yarandı?
- İsaak Ozanoğlu vardı...
- Vardı deyəndə ki, yaxşı şeirlər də yazırdı, indi hardadır o?
- Almaniyada yaşayır. O, qrupu artıq yaratmışdı, 10-12 nəfər vardı, az sonra dağıldılar. Sonra özümüz - mən, Həlimət xanım, Cavad, Fəxrəddin yığışıb zikr edirdik. Muğam Teatrında məşq edirdik, bir dəfə gəlib məşqimizi çəkib efirə verdilər, sizin kimi jurnalistlər maraqlandılar. Belə - belə, Allah istədi, belə bir qrup oldu. Nadir Axundovun Allah canını sağ eləsin, bizi bir neçə dəfə efirə çıxartdı, konsertimizi çəkdirib nümayiş etdirdi.
- 10 ildir “Savalan” yaranıb, heç konsertiniz olubmu?
- Ayrı-ayrı tədbirlərdə çıxış etmişik, sponsorsuz konsert vermək olmur.
- Bayaq dediniz ki, kollektiv tamam dəyişib?
- Tam dəyişib, elə bil mən başqa kollektivlə gedib oxuyacam. Fəxrəddin “Savalan”dan çıxıb, çünki müdafiə edib elmi dərəcə alandan sonra vaxtı yoxdur. Həlimət xanım qalır, Şəhriyar saz, ud çalandır. Zərb alətləri, piano olacaq. Təsadüfən onlar müşayiət etdi, mən italyan mahnısı oxudum. Təəccübləndilər ki, siz belə oxuya bilirsiniz, biz elə bilirdik yalnız dini mahnılar oxuyursunuz. Sonra klassik mahnılar ifa etdim. Təklif etdilər ki, bu qabiliyyətlə, bu potensialla çox şey eləmək olar, gəlin bir konsert eləyək. Adamın münasibəti və ruhu önəmlidir. Nəyi bacarırıqsa, göstərək. Münasibət, niyyət gözəl olacaqsa, qəbul olunacaq.
- Üzdə deyilsiniz, elə bilirəm bu yaxşı prodüserin olmamasından irəli gəlir.
- Düzdü, indi onu da nəzərdə tutmuşuq, yaxşı prodüser axtarırıq. Tamaşaçımız kifayət qədərdir. Sizin yadınızda olar, bizim “Yuğ” teatrındakı çıxışlarımız necə keçirdi. Allah Vaqif İbrahimoğluna rəhmət eləsin, o teatrın qapılarını bizim üzümüzə açdı, məşqlərimizi, çıxışlarımızı orda elədik, tanımayanlar da o teatrda tanıdı bizi. Orda “Yunis İmrə məclisi” elədik. Dəyər verən adam idi. Məsələn, elə nazirlikdən bizi üzdə dəyərləndirirlər, amma işə gələndə... Pakistandan bizi festivala dəvət etmişdilər, nazirlik dedi ki, bir neçə qrupu dəvət ediblər, baxarıq görək hansını göndərərik. Sonra Pakistan tərəfdən bizə məktub gəldi ki, biz konkret “Savalan” qrupunu dəvət etmişik, orda nə baş verir, bilmirik, amma sizin yol xərciniz də banka oturulub, götürün, bilet alıb gəlin. Nədənsə ayrı-ayrı məmurlar elə bilirlər ki, oturduqları kreslolarda əbədidirlər. Mövlanə deyir ki, dünyanın tək əri olsan belə gedəcəksən- tək-tək gedənlər kimi. Hər yerdə qarşımıza maneə çıxır, dəyər verən yoxdur.
- Türkiyədə daha çox çıxışlarınız olub, nəinki burda.
- Hə, Türkiyə bizi çox dəvət edir. İğdırda İlham adlı bir həmyerlimiz var, çox dəyərli ziyalıdır. Onun dəvətləri çox olub. Amerikada Əhməd bəy kimi ziyalımızın dəvəti ilə çıxışımız olub. O, da çox dəyərli azərbaycanlımızdır. Onun evində xalça üzərində samovar çayı içmişik.
- “Savalan” qrupundan maddi təminatınız yoxdur, bu bəlli, musiqidən qeyri sənətiniz də yoxdur, bəs, qazancınız nədəndir?
- Bayaq dediyim kimi iki yerdə xorun solistiyəm, Opera və Balet Teatrı, bir də Dövlət Teleradiosunun xorunda. Düz deyirsiniz, maddi çətinlik var. Əvvəl yalnız öz məsuliyyətimi daşıyırdımsa, indi ailənin də məsuliyyəti mənim üzərimdədir. Nə isə eləmək lazımdır. Odur ki, “Savalan” qrupunu həm də qazanc yeri etməyin, yəni sənətimizlə həm də pul qazanmağın vaxtı çatıb. Həm ortaya ciddi sənət qoyaq, həm də ordan maddi təminat alaq.
- Deməli ailə var, neçə övladınız var?
- Üç, bir az gec ailə qurdum, uşaqlar hələ balacadırlar.
- Anaları da musiqiçidir?
- Pianoçudur.
- Deməli, yaxın aylarda konsertinizi gözləyək?
- Bəli, çox dəyərli bir xanımın şeirlərinə yaxşı mahnılar yazmışıq. Almas İldırımdan mahnılarımız yazılıb, hazırdır, işləyirik. Film musiqisi sifarişləri də var. Yeni işlərimizi İffətin, Şəhriyarın, Həlimət xanımın, mənim ifamda gözləyin. İçimdə bir hiss də var ki, sponsor da tapılacaq. Azərbaycan musiqisinin ruhu böyükdür, kömək olacaq. Çox gözəl, dərin musiqimiz var, bunu Pakistanda festivalda bir daha hiss etdim. Orda Həlimət, Novruz tanımırdılar, bizi Azərbaycan adı ilə qəbul etdilər, sevdilər. Üstündə xain gözlər olan bu torpaqda böyük enerji var, hər zaman istedadlar yetirir. Kənardan gələnlərə də qucaq açır, bircə öz övladlarına da şərait yaradılsaydı...
Ramilə QURBANLI

2073 dəfə oxunub
Oxşar xəbərlər
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024