Cənnət Səlimova vəzifəsindən çıxarıldı

Cənnət Səlimova vəzifəsindən çıxarıldı
26 iyul 2012
# 11:44
Gənc Tamaşaçılar Teatrına yeni baş rejissor təyin olunub. ANN.Az-a daxil olan məlumata görə, tanınmış rejissor, “Şöhrət” ordenli. Xalq Artisti Cənnət Səlimova sözügedən vəzifədən kənarlaşdırılıb. Onun yerinə Əməkdar İncəsənət Xadimi, rejissor Bəhram Osmanov təyin olunub.

C.Səlimova isə teatrda fəaliyyətini rejissor kimi davam etdirəcək.

Xatırladaq ki, teatrdaxili qalmaqallardan sonra Cənnət Səlimovanın baş rejissorluqdan çıxarılacağı ilə bağlı söz-söhbətlər gəzirdi.

Kulis.az Bəhram Osmanovla əlaqə saxlasa da rejissorla danışmaq mümkün olmadı.

Gənc Tamaşaçılar Teatrından adının çəkilməsini istəməyən əməkdaşının Kulisə dediyinə görə Cənnət Səlimova artıq otağını boşaldılıb, o təqaüdə çıxacaq. Baş rejssorluğa Bəhram Osmanovun təyin edilməsi də qətiləşib. Yaxın günlərdə qərar rəsmi şəkildə elan ediləcək.

Teatrın mətbuat xidmətinin rəhbəri saytımıza verdiyi açıqlamada Hüsniyyə Mursaquliyeva isə məsələ ilə bağlı onlarda rəsmi məlumat olmadığını bildirib.

# 3273 dəfə oxunub

Oxşar xəbərlər

Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

17:27 26 noyabr 2026
"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

16:32 24 noyabr 2026
Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

12:00 23 noyabr 2026
İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

13:31 22 noyabr 2026
Radiodakı təsadüfi cümlədən rok tarixinə... - Məşhur “Black hole sun” necə yarandı?

Radiodakı təsadüfi cümlədən rok tarixinə... - Məşhur “Black hole sun” necə yarandı?

12:28 22 noyabr 2026
Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

15:00 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər