Əzizə Mustafazadə Avropada konsert verəcək

Əzizə Mustafazadə Avropada konsert verəcək
26 iyul 2012
# 11:01
Dünya şöhrətli caz ifaçısı Əzizə Mustafazadə Avropanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış edəcək.

“Opera Jazz Tour” adlı yeni konsert proqramının repertuarına Verdi, Puççini, Boyto, Gendel, Rimski-Korsakov, Ravel, Motsart və başqalarının əsərlərinin əsasında caz improvizələri daxil olunub.

Artıq iyulun 6-da Kiprdəki Salamis Teatrında konsert proqramı ilə çıxış etmiş Ə.Mustafazadə sentyabrın 16-da Rumıniyada keçiriləcək “PLAI Festival”da, sentyabrın 28-də və noyabrın 23-də Almaniyanın “Kunsthalle Şveynfurt” və “Feklingen Konqress” mərkəzlərində çıxış edəcək.

1990-cı ildən Almaniyada yaşayan, məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadəni alman musiqi tənqidçiləri “Royal arxasında Şəhrizad” adlandırıblar.
# 1948 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər