Arnold Şvartsneqr: “Sevgilim striptizçi idi”

Arnold Şvartsneqr: “Sevgilim striptizçi idi”
24 iyul 2012
# 05:00
Kulis.az aktyor Arnold Şvartsneqrin həyat qaydalarını təqdim edir:

- Hərdən uşaqlar mənə yaxınlaşıb soruşurlar: “Ey, Arni, sən Allahsan?”Adətən mən gülümsəyirəm və deyirəm: “Pis cəhd deyil, amma onu başqa yerdə axtarın”.

- Mən Münxendə yaşayanda tamamilə gecə həyatı sürürdüm. Gecələr fahişələrlə birlikdə oyanan adamlarla, bar sahibləri ilə dostluq edirdim. Sevgilim striptizçi idi. Kənddə olanda mən məsum bir uşaq idim. Münxendə isə tez böyüdüm.

- Nə qədər ki, yaşayıram əlimi qaldırıb nümunəvi vətəndaş olmağa söz verdiyim günü unutmayacağam. Bilirsiniz nə qədər məğrur idim... O qədər məğrur idim ki, amerikan bayrağını çiynimə atıb bütün günü o cür gəzirdim.

- İnsanlara həmişə bir nəfər lazımdı ki, üstlərində durub onlara nəzarət eləsin. Dünyadakı insanların 95 faizi istəyir ki, bir nəfər onlara özlərini necə aparmaq və nəyi etmək haqda göstərişlər, məsləhətlər versin.

- Burda, Amerikada hər şey pul üzərində qurulub. Təşəkkürlər, Tanrım. Bu həmişə həmişə mənə kömək olub.

- Məni həmişə güclü insanlar dəli edib – diktator və onlara bənzəyən insanlar. Mən həmişə ölümündən sonra yüz illərlə xatırlanan insanlara heyran olmuşam. Mən İsa Məsihə heyranam, çünki min illərlə xatırlanır.


- Qələbə güc vermir. Gücü mübarizə verir. Əgər sən mübarizə aparır və təslim olmursansa – bax, güc budur.

- Əgər sən yaxşı bədənə sahib olmaq istəyirsənsə, “mavi” kimi görünməkdən qorxmamalısan. Onlar da bizim kimi eyni streotiplərlə mübarizə aparırlar. İnsanlar bizim haqqımızda yalnış düşündükləri kimi, onlar haqda da belə düşünürlər. Ümumiyyətlə isə, “mavilər” vızqırdacaq.

- Penis – əzələ deyil. Onu sinə, kürək kimi böyütmək və bərkitmək mümkün deyil. Mənə inanın, dəqiq deyirəm.

- Məğlubiyyət – bu variant deyil. Hər kəs uğura doğru getməlidir.

- Yaşamaq – həmişə ac qalmaq deməkdir. Yaşamğın mənası o deyil ki, sən mövcudsan və nəfəs alırsan. Yaşamaq həm də qabağa və dala getməkdir, nail olma və fəth etməkdir.

- Qırmızı rəng xoşuma gəlir. Çünki bu alovun rəngidir. Mənə həmişə elə gəlib ki, odun içində yaşayıram.

- Bütün filmlərimdə sevdiyim yeganə şey tapançadır.

- Pul adamı xoşbəxt eləmir. Mənim indi 50 milyon dollarım var. Ancaq mən 48 dollarım olanda necə xoşbəxt idimsə, indi də eləyəm.

- Bodibilderin penisi hamınınkı boydadır.

- Kişilər öz zəiflikləri və cəmiyyətdəki rolları haqda düşünməyə başlayanda, onlar həm də narahat olurlar ki, dünyada hakimiyyət qadınların əlinə keçə bilər.

- Mən Allaha inanıram. Ancaq ona qarşı çıxan Şeytana da inanıram. Mənə elə gəlir ki, biz Xeyrə də Şərə də inanmalıyıq. Çünki bizim içimizdə hər ikisi var.

- Mən uşaq olanda inancım zəif idi. Anam məni zorla kilsəyə aparardı. Əgər orda özümü yaxşı aparsam anam məni mükafatlandırardı. Sonra mən böyüdüm, məşhurlaşdım. Hər şey qaydasındaydı. Mən bodibildinq çempionu idim. Mən daha kilsəyə getmirdim. Ora getmək mənə gülməli görsənirdi. Sonra isə adam yaşlanır, uşaqları dünyaya gəlir. İnanclar yavaş-yavaş geri qayıdır insana. Artıq sənə nəyisə xatırladacaq insana ehtiyac yoxdur. Başladığın yerə qayıdırsan. Valideynlərinin sənə öyrətdiklərini sən də uşaqlarına öyrədirsən. O vaxt deyilənləri indi dərk edirsən... Sonra sənin də uşaqların inanca qayıdacaqlar. Bu dövr edir. Hər şey təkrarlanır. Başqa cür ola bilməz.

Mənbə: “Esquire” dərgisi
Tərcümə: Günel
# 2864 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #