Qadın və yəhudi düşməni olan filosof
20 iyul 2012
11:00
Otto Veyningerin "Cins və xarakter" əsərinin gizli tərəfləri
I Yazı
...Ustad Əlisa Nicat məni - 19 yaşlı fəlsəfə tələbəsini özü bura gətirib, rəhmətlik Həlimə xanıma - fondun müdirəsinə təhvil vermiş, bərk-bərk tapşırmışdı ki, əlindən gələn köməyi eləsin. O qadın da əlindən gələni eləmişdi və utana-utana masanın üstünə qoyduğum siyahıda birinci duran kitabın adını oxuyub, kataloqa-filana baxmadan küncdəki pilləkəni tavana dirənmiş şkaflardan birinin yanına qoymağımı istəmişdi. Mən pilləkənə çıxdım, onun həqiqətən, bəlkə elə əliylə qoyduğu üçün yerini, sırasını bildiyi inqilabaqədərki Rusiyada çap olunmuş köhnə cildli kitabı götürüb aşağı düşdüm...
..."Axundov kitabxanası"nın nadir kitablar fondunda saxlanılan bu kitabın indiyədək bir o qədər də vərəqlənmədiyi səhifələrindən həmin dəqiqə hiss olunurdu. Hə, pinti oxucuların barmaqlarını yaşlayıb çevirdikləri çirkli vərəqlərdən deyildi. Ancaq bu boyda kitabda diqqətimi qara karandaşla, azacıq da ifrat səliqəylə edilmiş bir qeyd cəlb elədi. Bu, "yəhudilər də qadınlar kimidi" cümləsinin qarşısındakı sual işarəsiydi. Nədənsə mənə elə gəldi ki, bu işarəni həmin kitabı məndən 40, 50 il, bəlkə də daha çox əvvəl oxumuş bir yəhudi, bəli, məhz yəhudi oxucu qoyub. Prinsipcə, haqqı da vardı. Özü də ancaq təkcə o yox, sağlam məntiqə, normal düşüncə tərzinə malik hər bir insan bu sualı qoya bilərdi və qoymalıydı da. Aradan illər keçəcək, həmin 19 yaşlı tələbə sonralar daha dəhşətli, daha acı, daha sərsəm ideyalarla dolu kitablar oxuyacaq, bəzilərini bəyənəcək, bəzilərini lənətləyəcək. Ancaq həmin kitabdakı sual işarəsini böyüdüb-böyüdüb bir cümlənin sonuna yox, bütün əsərin üstünə qoyacaq: "Axı, niyə?" O kitab Otto Veyningerin "Cins və xarakter" əsəriydi...
Darıxdırıcı tərcümeyi-hal
Onun quru tərcümeyi-halı olduqca darıxdırıcı görünə bilər. XIX-XX əsrlərin yüzlərlə, minlərlə istedadlı elm adamlarından birinin tərcümeyi-halı kimi. 1880-ci ildə Vyanada anadan olub, 1898-ci ildə Vyana Universitetinin fəlsəfəsinə daxil olub, universiteti uğurla bitirib, o dövrlər üçün nadir mövzulardan sayıla biləcək biseksuallıq mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Az sonra, yəni 22 yaşında həmin dissertasiyasının əsasında böyük səs-küyə səbəb olan "Cins və xarakter" əsərini yazıb, bir il sonra intihar eləyib...
Görürsünüz, heç vərəqin yarısı olmadı. Maraqlıdır, bəs on illərdir bu adamı təkcə fəlsəfə tarixində deyil, həm də populist mütaliə həvəskarlarının maraq dairəsində saxlayan nədir? Sirr deyil ki, fəlsəfə tarixində bir çox müəlliflər olublar ki, onların nəzəriyyələri, yaxud yazdıqları traktatlar ayrı-ayrı vaxtlarda bəşəriyyət üçün ziyanlı hesab olunub, qadağan edilmiş kitablar siyahısına düşüb. Sun Tszı, Makiavelli, Con Dyu, Nitsşe, Şopenhauer, Oqyust Kont, Lebon... Bu siyahını xeyli uzatmaq olar. Ancaq etiraf edək ki, Otto Veyninger bu müəlliflərin hamısından hansısa naməlum bir səbəbə görə həmişə seçilib. Mən bunu yalnız onun intiharı ilə bağlamaq fikrindən uzağam, ancaq etiraf olunmalıdır ki, intihar faktının da müəllifin və əsərin şöhrətlənməsində rolu az deyil. Bununla belə, intihar məsələsinə keçməzdən əvvəl Ottonun "Cins və xarakter" əsərində nələrə iddia elədiyinə diqqət yetirək.
Zərərsiz başlayan nəzəriyyə
Demək olmaz ki, Veyningerə qədər qadın-kişi, yaxud cinslərin seksuallığı ilə bağlı məsələlərə heç kim toxunmamışdı. Əksinə, XX əsrə qədər nəinki tibbdə, psixologiyada, hətta biologiyada da məlum mövzu müxtəlif müəlliflərin araşdırmasına tuş gəlmişdi. Bu kimi elmi tədqiqatlarla yanaşı fəlsəfədə, hətta dini traktatlarda belə qadın-kişi məsələlərinə dəfələrlə toxunulmuşdu. Veyningerin əvvəlkilərdən fərqi bunda oldu ki, o, mövzuya kompleks halda - həm tibbi, həm psixoloji, həm bioloji, həm də fəlsəfi istiqamətdən yanaşdı. Artıq dediyimiz kimi, onun nəzəriyyəsinin (qəbul etməsəm də, rəhmətlik özü bu əsərinə nəzəriyyə deyirdi, mən də ruhunu incitmədim - İ. Tumas) əsasında universiteti bitirəndə müdafiə elədiyi biseksuallıq dayanırdı. Bu nəzəriyyəyə görə, dünyada ideal Kişi (K) və ideal Qadın (Q) yoxdur. Hər bir Kişidə müəyyən qədər Qadınlıq, hər bir Qadında müəyyən qədər Kişilik var. Yəni, bu mənada hər bir Kişi və Qadın biseksualdır. Veyninger bu məsələylə bağlı xeyli məntiqi və fəlsəfi dəlillər, tibbi, bioloji sübutlar gətirir. Bunların hamısını bir kənara qoyub onu qeyd edim ki, sonralar endokrinologiya, həqiqətən kişi orqanizmində kişi hormonları ilə yanaşı qadın, qadın orqanizmində də qadın hormonları ilə bərabər kişi hormonlarının da ifraz olunduğunu elmi olaraq sübut elədi.
Bu yerdə xırdaca bir haşiyə çıxaraq qeyd edim ki, yaşca Ottodan xeyli böyük olsa da, rus filosofu Vasiliy Rozonov Veyningerdən düz 10 il sonra özünün "Ay işığı" adlı əsərində filosofun fikirlərinin təsdiqi kimi "Venera kişilər"dən və "Yupiter qadınlar"dan yazır, bəzi kişilərdə qadınlığa, bəzi qadınlarda kişiliyə meylin olmasını 22 yaşlı cavan müəllifin nəzəriyyəsinə uyğun şəkildə izah edir. Beləliklə, Otto Veyningerin səs-küyə səbəb olan əsərinin, belə demək mümkünsə, ilkin çıxış məntiqindən artıq xəbərimiz var. Özünün təbirincə desək, məntiq bundan ibarətdir: "Elə canlı varlıq yoxdur ki, onu konkret bir cins baxımından müəyyən edəsən". Prinsipcə, o qədər dəhşətli görünməyən bu fikirdən sonra Veyninger artıq ehtiyatla da olsa, tibbi, bioloji biliklərinə istinad eləyərək Kişi və Qadın orqanizmindəki fiziki, anatomik fərqlilikləri, bu fərqliliklərin fonundasa Kişi və Qadın psixikasındakı müxtəlifliyi izah eləməyə başlayır. Filosof bu məsələdə bir az xırdalığa gedərək, qadın və kişi cinsi orqanlarının daxildə və xaricdə yerləşməsini sübut kimi gətirərək kişilərə üstünlük verir. Bu məsələdə biz Otto Veyningerin həmin dövrdə, elə indi də əksəriyyət tərəfindən patologiya hesab olunan eyni cinslər arasında seksual əlaqəyə münasibətinin biseksuallıq nəzəriyyəsinə əsaslanan mövqeyi ilə tanış oluruq. Veyninger yazır: "Son zamanlar heyvan və bitki aləmində homoseksual olayların embrionun biseksual düzülüşü ilə əlaqəsi barədə çox yazırlar... Ümumiyyətlə, hər bir varlığın azacıq da olsa homoseksuallığa meyli onun əks cinsə məxsus qalıqlarla (rudimentlərə) malik olmasıyla izah olunur".
Nəsə, onu demək istəyirəm ki, "Cins və xarakter" həqiqətən, bu günün özündə belə maraqla qarşılanacaq ciddi məntiqi dəlillərlə, fəlsəfi şərhlərlə zəngindir. Ancaq hələ əsərin bu cür səs-küyə səbəb olmasına gətirib çıxaran mühüm amili - qadınlarla bağlı filosofun acı, çox yerlərdə hətta təhqiramiz fikirlərindən danışmamışıq. Əlbəttə, bundan danışmaq lazımdır...
Qurtulmuş qadın
Bəri başdan deyim, öz aramızdı, bunu Ottonun özü də əsərinin əvvəlindən yazıb ki, fikirlərində o, hansısa konkret Qadını, yaxud Kişini deyil, ümumən ideyanı, yəni K və Q işarəsiylə işarələnmiş Abstrakt varlıqları nəzərdə tutur. Və ən maraqlısı bilirsiniz nədir? Maraqlısı odur ki, Veyninger haqqında indiyədək oxuduğum kitabların heç birində rast gəlməmişəm ki, kimsə onun bu əsəriylə əslində qadınlardan, cəmiyyətdən qadınların nəfinə nə tələb elədiyini yazsın. Baxın, "Cins və xarakter"in VI fəsli "Qurtulmuş qadınlar" adlanır. Filosof məhz bu fəsildən başlayaraq, belə deyək, hamının başa düşdüyü kimi, Q-ların təhqirinə başlayır. Ancaq bu fəsildə maraqlı bir cümlə var: "Mən qadın problemini nəzərdə tuturam..." . Deməli, Veyninger əslində, həqiqətən, cəmiyyətdəki qadın problemindən danışır. Bəzən biz hansısa filosofun əsərinə yalnız onun fərdi düşüncələrinin, şəxsi müşahidələrinin rezyümisi kimi, ictimai təsirlərdən təcrid olunmuş halda baxırıq. Əlbəttə, kökündən yanlış yanaşmadır. Otto Veyninger Avropanın ən çətin illərində yaşayıb yaradırdı, dünya Birinci Cahan Savaşı ərəfəsindəydi, XX əsrin texniki tərəqqisiylə dövlətlərin, xalqların, hətta insanların bir-birinə münasibəti arasında kəskin uyğunsuzluq yaşanırdı. Otto məhz belə bir zamanda yazır: "Mən qadınların qurtuluşu deyəndə hamı tərəfindən qəbul olunmuş qaydaların, məsələn, qadınların tək yaşamasının, hansısa kişinin yanına getməsinin, intim məsələlərlə bağlı söhbətlərinin qadağasını nəzərdə tutmuram. Heç mən qadının azad, müstəqil şəkildə mövcudiyyətinin, universitetə, konservatoriyaya, yaxud müəllimlər institutuna getməsini də hesaba almıram... Bizim qadın məsələsini işıqlandırmaq istəyimiz problematik olaraq yalnız onun daxilən kişiylə müqayisə oluna bilməsi, kişinin ruhani və mənəvi azadlığına, onun maraqlarına, yaradıcı qüvvəsinin səviyyəsinə çatmasından ibarətdir".
Beləliklə, buradan da aydın olur ki, filosof əslində, həqiqətən, konkret Kişidən və Qadından yox, kişilikdən və qadınlıqdan bəhs edir. O, qədim yunan şairəsi Sapfonun timsalında iddia eləyir ki, qadında nə qədər kişilik çoxdursa, bir o qədər yaxşıdır: "Ümumiyyətlə, tarixdə olan bütün böyük qadınlarda qadınlıqdan daha çox kişilik olub, ona görə də onlar tarixdə böyük işlərə imza ata biliblər".
Artıq buradan başlayaraq Veyninger əslində, bizim dillə desək, nə ana sayır, nə də bacı. O, qadınlarda kişiliyin çox olmasının əhəmiyyətindən xeyli göftgu elədikdən sonra yazır: "Filoloqlar həmişə ciddi-cəhdlə Sapfonun qadınlarla intim münasibətlərdə olduğu barədə həqiqəti gizlətməyə çalışırlar və guya bunun əslində dostluq olduğunu iddia eləyirlər. Onlar hesab edirlər ki, əgər bu münasibətlər həqiqətən olubsa, qadın üçün mənəvi mənada təhqir sayılmalıdır. Ancaq hər şey əksinədir. İkinci hissədə aydın şəkildə sübut olunacaq ki, əslində, homoseksual məhəbbət qadını hetereseksual məhəbbətdən daha çox yüksəklərə qaldırır. Burada yalnız onu qeyd eləmək yetərlidir ki, qadındakı lesbiyan məhəbbəti onun kişiliyinin bariz nümunəsidir, bu isə onun daha ali struktura sahib olduğunu göstərir. II Yekaterina, isveç məleyçəsi Xristina, Laura Bridcmen, Jorj Sand kimi qadınlar sözsüz ki, biseksual olublar".
Baxın, artıq buradan hamı tərəfindən "qadına nifrət eləyən" Veyningerin niyyətini, məramını duymaq olur. Düz tutdunuz, vallahi ki, Veyninger qadınlara bir elə nifrət eləmir, onun dərdi-azarı başqa şeydi. Onun dərdi əhatə olunduğu cəmiyyətdə rastlaşdığı müşküllərin həll olunması, insanların yüksək ideyalar, ali məqsədlər, böyük ideallar üçün çarpışması yolunda büdrəməsiz-filansız irəliləməsi idi. Ki, bu məsələlərdəki çatışmazlıqlar, onun fikrincə, qadınların ucbatından yaranırdı. Otto özü üçün bu aləmi yaratmışdı və özü də bu aləmin əsirinə çevrilmişdi. Gəlin, bu aləmi onun fiziki, psixoloji, yaxud cinsəl mənsubluğunun ayağına yazmayaq. O, bu aləmi yalnız nəzəriyyə, doktorluq dissertasiyası üçün yaratmamışdı. 22 yaşlı dahinin belə hiyləgərlik, belə saxtakarlıq eləməyə gücü, vicdanı çatmaz. Bu, olsa-olsa, Veyningerin daxili dünyasının, həyata baxışlarının təzahürü, özü də şəksiz-şübhəsiz, heç nədən, heç kimdən asılı olmayan, çırıl-çılpaq səmimi etirafıdır. Ona görə də, televiziyaların diliylə desək, balaca reklam fasiləsiylə, ardından Otto Veyningerin şəxsi həyatının o qədər də bol olmayan bəzi detallarına varaq, sonra "Cins və xarakter"ə yenidən qayıdarıq. Çünki bunu eləmədən əsəri tam başa düşmək mümkün olmayacaq. Bu mənada, doğrudanmı onun tərcümeyi-halı quruydu, doğrudanmı ölümündən illər keçməsinə baxmayaraq, Otto belə məşhur olmasına rəğmən mənasız, darıxdırıcı insan olub?..
[email protected]
(Ardı olacaq)

2557 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024