Mədəniyyətin Bin Ladeni
24 iyul 2011
06:00
Bir neçə il öncə Rüstəm Mustafayev adına İncəsənət Muzeyindən yoxa çıxmış qiymətli sənət əsərləri haqqinda həyəcan təbili çalındı… Siz o təbilin harayını xatırlayırsınızmı?
Axı biz unutqan millətik.
Bu yazını o həyacan təbili çalan tələbəlik illərindən tanıdığım sənətşünas dostum Ziyadxan Əliyevə ithaf edirəm...
Və bu anda mənə elə gəlir ki, Edvard Munkun məşhur tablosundan gələn “Haray” (eyniadlı adlı tablo nəzərdə tutulur) “tənha təbilçi” Ziyadxanın qulaqlarında cingildəyir.
2004-cü ildə Oslo muzeyindən Edvard Munkun iki məşhur tablosu “Haray” və “Madonna” əsərləri oğurlandı.
Maskalı silahlı soyğunçular əsərlərin sərgiləndiyi zala daxil olub onları oğurlayır.
2006-cı ildə şəxsi kolleksiyasında 300-dən artıq sənət əsərinə sahib olan əfsanəvi Amerika kolleksiyaçısı Uilyam Kinqslend vəfat etdi. Bu adam incəsənət tarixində özünəməxsus yer tutur.
Onun kolleksiyasında nadir sənət əsərləri toplanmışdı. Bu kolleksiyada Pablo Pikassonun, Corco Morandinin, Alberto Cakommetinin, Kurt Şverttersinin və başqa ünlü sənətkarların əsərləri vardı.
Kolleksiyaçı Uilyam Kinqsled vəfat etdi. Ölümündən sonra ona “Art Laden” (“Mədəniyyətin Bin Ladeni”) damğası vuruldu. Bu ismin isə maraqlı tarixçəsi diqqəti cəlb edir.
Uilyam Kinqsledin varisi yox idi, mərhum vəsiyyətnamə də yazmamışdı. Qanuna əsasən kolleksiya hərraca çıxarıldı. İki hərrac şirkəti Christy`s və Stair Gallery`s görəvləndirildi.
Kolleksiya daşınarkən fəhlələrdən biri Pablo Pikassonun iki rəsmini çırpışdırır. Bəlli olur ki, çırpışdırılan rəsmlər 1967-ci ildə Nyu-York qaleriyasından yoxa çıxıb.
FTB və ekspertlər işə qarışır, düyünlər bir-bir açılmağa başlayır, budur, Kinqsland kolleksiyasının yarısı oğurlanmış sənət əsərləridir. Bu sənət incillərinin əksəriyyəti 1960-1970-ci illərdə muzey və qalereyalardan yoxa çıxıb. FTB bu sənət incılərinin əsl sahiblərini tapmaq məqsədi ilə bu kolleksiyadan olan 140-əsərin fotosunu öz saytında sərgiləyib.
Bəs, bu Uilyam Kinqsland kim olub? Məlum olub ki, o, bohem aləmdə tanınmış adam idi, amma şəxsi həyatı sanki bir sirr pərdəsiylə örtülüb. Əsl adı Melvin Kon olan bu adamın uşaqlıq illəri Nyu-Yorkda keçib. Federal Təqtiqat Birosunun fərziyyəsinə əsaslansaq, bu adam özü şəxsən sənət əsərlərini oğurluğunda suçlanmır, amma onun əli altında mükəmməl təşkil olunmuş sistem vardı.
Uilyam Kinqsend-Melvin Kon, “divanə kolleksiyaçı” sənət əsərlərini ələ keçirmək üçün böyük məbləğdə pullar xərçləyib və şübhəsiz, o, bilirdi ki, bu əsərləri heç vaxt satmaq şansı olmayacaq, bu incillər illərlə məhbus həyatı yaşayacaq...
1969-cu il İtaliya Palermo şəhəri, Müqəddəs Lorenço kilsəsi. Karavaco dühasına məxsus dini mövzulu əsər kilsədən yoxa çıxır, yəni oğurlanır. Ekspertlərin rəyinə görə, əsərin o vaxtki dəyəri 20 mln. $ məbləğində dəyərləndirilir. İllər ötüb keçir, Karavacodan, yəni Karavconun 20 mln. $-lıq əsərində xəbər-ətər yoxdu. Artiq Müqəddəs Lorenço kilsəsi də öz taleyi ilə barışıb.
Düz otuz dörd ildən sonra tutulmuş bir Siciliya mafiozu istintaq zamanı vaxtı ilə Lorenço kilsəsındən oğurlanmış şedevr haqqında məlumat verir. Sən demə, Karavaconun 20 mln. $-lıq əsəri 34 il “Koza nostran”nın başçısı Ceraldo Albertinanın villasını bəzəyirmiş...
Qanqster Martin Kexilin macəraları haqqında isə ayrica danışmaq olar, lakin mən bir neçə cümlə ilə kifayətlənmək fikrindəyəm. “General” ləqəbli qanqsterin macəraları ABŞ-da böyük maraq dağurmuşdu. 1998-ci ildə Amerikada Martin Kehilin həyat və “yaradıcılığından” bəhs edən bədii film çəkilib. Kehil oğurlanmış şedevrlərdən gələn sərmayəni irlandiya teroristlərinə ötürürdü.
Xanım Roz Deyl də iralandiyalıdı. Zəngin qədim sülalədən olan bu kübar qadın Şotlandiya muzeyindən birindən oğurladığı qiymətli sənət incilərini sonradan geri qaytarıb.
...Üçüncü Reyxin məğlubiyyətindən sonra reyxsmarşal Herman Herinqin Berxtshadendəki şəxsi muzeyində digər sənət əsərləri ilə bərabər, Yan Vermeerin də bir şedevri saxlanır. Alman polisi müəyyənləşdirir ki, Herinqin casusları əsəri holland milyonçusu Haan van Meekerdən 160.000 funt sterlinqə alıblar. Haan van Meeker həbs olunur, faşistlərlə işbirliyinə görə onu ölüm cəzası gözləyirdi, van Meeker isə yaşamaq istəyirdi.
Van Meekerin yalnız Tanrıya bəlli olan bir sirri vardı və o, sirrini açdı – Herman Herinqin casuslarına satdığı əsəri o özü çəkmişdi. Lakin ona inanmırlar. Onda van Meeker polis nəzarəti altında Vermeerin “Gənc Xristosun məbəddə vəzni” əsərinin surəti çəkir. İmitasiya o qədər dəqiq və qüsursus icra olunur ki, müstəntiqlər və mütəxəsislər şok içindədirlər. Onun fırçasından çıxmış saxta şedevrlər hələ də Avropanı heyrətləndirir.
Bu hollandiyalı saxtakar 20 mln. $-dan artıq sərvət toplamışdı.
Məhkəmə ona fırıldaqçılığa görə bir il iş kəsir. Ay yarımdan sonra “bütün zamanların və xalqların” ən böyük saxtakarı ürək tutmasından dünyasını dəyişir.
...Gənc rəssam Erik Hebborn rəssamlıq məktəbini bitirdikdən sonra Londonda bir bərpaçı rəssamın yanında köməkçi olur. Zirək və bacarılıqlı gənc qədim rəssamların üslubuna, kətanın, rənglərin, piqmentlərin sirrinə yiyələnir. Tenirs üslubunda işlədiyi mənzərəni asanlıqla London antikvarına satan gənc şirnikləşir. Əlli ilə yaxın bir zaman çərçıvəsində istedadlı nüsxəçi 1000-dən artıq yüksək keyfiyyətli saxta şedevrlər yaradıb. Ekpertlər bu əsərləri orijinal əsərlər kimi dəyərləndirirdilər. Bu şedevrlər Yan Breykelin, Van Deykin, Piranezinin naməlum əsərləri kimi İngiltərə, Fransa və ABŞ-ın ünlü muzeylərini bəzəyirdi. 1996-ci ildə Erik Hebborn “The Art Forqer s Honbook” adlı kitab nəşir edir. Bu kitabın işıq üzü görməsi muzeylər, kolleksiyaçılar dünyasında və kriminal aləmdə böyük əks-səda doğurdu. Metrpoliten muzeyinin ən ciddi ekspertləri belə çaşıb qaldılar. Onlar Hebbornun saxta şedevrlərini dünya şöhrətli dahi rəssamların orijinal əsərlərindən ayıra bilmirdilər. Amma reallıq hissini itirmiş Erik Hebborn avtobioqrafik kitabında özünü ifşa etmişdi.
İtaliya. Roma şəhəri. 1996-ci il. Roma küçələrindən birindən başından vurulmuş bir cəsəd tapılır-bu da məşhur Erik Hobbornun sonu...
Mən isə hələ bu yazıya son nöqtə qoymaq fikrində deyiləm. Mən bu yazını “happy end” üslubunda bitirmək istəyirəm.
Belçikalı bərpaçı rəssam Rene Alfonso van der Berq 60-ci illərdə sənət əsərlərinin oğurluğunda ittiham edilərək tutuldu, lakin bəxti gətirdi – o, çox sevdiyi İspaniyaya qaçaraq cəzadan qurtula bildi. Belçikalı İspaniyada da dinc durmadı, kilsələri soydu, kilsələrdən oğurladığı qədim tabloları bərpa etdikdən sonra kolleksiyaçılara satdı, muzeylərə bağışladı.
Deyilənə görə o, altı yüzə yaxın şedvr oğurlayıb. 1982- ci ildə belçikalı tutulur. Onu İspaniyanın ən gənc vəkili, sinyorita Nurria de Madacira məhkəmədə cəsarətlə müdafiə edir, gənc və gözəl vəkili sayəsində cinayətkar cəmi üç il həbs cəzası alır, cəzasını çəkib qurtardıqdan sonra öz vəkili ilə evlənir.
İndi yetmiş yaşlı keçmiş qarətçi Qrenada yaxınlığında, Kulyar şəhərində yaşayır, dini mövzularda əsərlər yaradır. Kulyar şəhərinin sakinləri onunla fəxr edərlər. İspanlar belə hesab edirlər ki, yüzlərlə sənət əsəri məhz onun sayəsində qorunub saxlanılıb. Kilsə də onunla barışıb. Bu da taleyin qəribə oyunlarından biri.
...Norveç. Oslo şəhəri. 2004-cü il maskalı adamlar muzeyə girirlər...
...Bakı. 2009-cu il Rəssalar İttifaqının sərgi salonu. Heykəltəraş Arif Qazıyevin və rəngkar Ənvər Qarayevin əsərlərindən ibarət sərgi. Sərgi qələbəliyində sənətşünas Ziyadxan Əliyev hüznlə gülümsəyir...
Əmircan qəsəbəsi. Qəbiristanlıq. Əfsanəvi rəssam Səttar Bəhlulzadənin məzarı. Bu il Səttar Bəhlulzadənin yüz yaşı tamam olacaq. Bir anda sanki diksinən kimi oluram, böyük ustad mənəvi oğlu, dostum Ziyadxan Əliyevdən nigarandır. Elə mən də ondan nigaranam, zatən biz ondan tale qardaşıyıq. Bu gün yenə islandı yağışda ürəyimin başında bir duz kisəsi kimi daşıığım dərdlər...
Adil MİRSEYİD

1896 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024