Fransada 20 milyon tənha var - ARAŞDIRMA
21 iyul 2011
11:28
XX əsrdən başlayaraq ədəbiyyata, kinoya gətirilən, bu gün də aktuallığını itirməyən insanın tənhalaşması və yadlaşması problemi Fransada dövlət səviyyəsində müzakirə olunub.
Əgər hökumət sosial-siyası qayğıların içindən vaxt tapıb tənhalığı “böyük milli məsələ” elan edirsə, deməli, vəziyyət son dərəcə ağırdır.
Fransa hökuməti tənhalıq problemini aradan qaldırmaq üçün təkliflər də irəli sürür. Məsələn, vaxtaşırı pikniklər, şənliklər, birgə nahar, şam və s…
Hökumətin məlumatında o da deyilir ki, ölkədə nə az, nə çox düz 20 milyon adam tənhalıqdan şikayətçidir.
Fransada insanlar hətta o həddə çatıblar ki, tənhalığa qarşı etiraz tədbirləri də keçirirlər.
Keçən həftə “Gare Montparnasse” (Parisin 6 ən böyük vağzalından biri – S.S.) vağzalının önündə əlliyə yaxın qadın və kişi sükut içində əllərindəki lövhələrlə öz kədərlərini ifadə ediblər.
Bir lövhədə belə yazılıb:
“122 gün sonra yenidən danışacam”.
Araşdırmalara görə, hər 10 fransızdan biri ildə sadəcə, üç dəfə bir dostuyla ürək dolusu söhbətləşə, dərdləşə bilir...
Kədərli statistikadır.
Əslində, hər insan nə zamansa tənhalığa ehtiyac hissini yaşayır. Amma bir yerə qədər.
Tənhalıq uzananda çəkilməz, dözülməz olur.
Mütəxəssislərin araşdırmalarına görə, tənhalıq meqapolislərdə daha yayğın və faciəvi şəkil alır.
Axı, böyük şəhərlərin dərdi də, qayğısı da nəhəngdir.
Burda həyatın ritmi sürətlidir, normal yaşamaq üçün saatlarla çalışırsan, stress alırsan, evə köpək kimi yorğun gəlirsən, xroniki yorğunluqdan, yuxusuzluqdan əzab çəkirsən.
Zamanın sürətindən, həyatının çox hissəsini işə verdiyindən, problemlərin çoxluğundan həftədə bir dəfə ən yaxın adamlarına zəng edib əhvalını sormağa belə gücün yetmir.
Fiziki-mənəvi yorğunluq, stress insan tənhalığına yol açır, həftənin 5 günü özünə qapanıb qalırsan, əsəbi, tündməcaz adama çevrilirsən, ünsiyyət vərdişini yadırğayırsan, bir də ayılırsan ki, “ququşka səsi” kimi tək qalmısan.
Tədricən cəmiyyətdən uzaqlaşıb, olursan asosial.
İş-ev-həftə sonları isə bar-kafe.
Meqapolislərdə gündəlik yaşam formulu, adətən, belədir.
Ailəyə, qohum-əqrəbaya (bu yerdə deyim ki, qohumlara bəzən bağlılıq xəstəhal həddə olur) bağlılıq Şərqdə nisbətən güclüdür.
Qərbdə insanlar tənhalıqdan daha çox əziyyət çəkir.
Əskidən olan ailə ənənələri yox olub, bağlar qırılıb.
Tənha insanlar bağlı qapı arxasında ölür, meyitlərin cürüntü qoxusu ətrafa yayılandan sonra qonşular qulaqlarının dibində yaşayan insanın varlığından xəbər tutur.
İnternet ünsiyyəti isə insanı tənhalığın lap küncünə sıxdı.
Avropalılar, adətən, həftə sonları tənhalıqdan qaçmaq, dincəlmək üçün barlara gedirlər.
Müşahidələrimə əsasən deyim ki, onlar içəndə daha çox sosial olurlar. Adi vaxtlarda isə soyuq və adamayovuşmaz təsiri bağışlayırlar. Hərçənd, daxillərində isti münasibətə, ünsiyyətə ehtiyac olsa da, onu bəlli etməyə cəsarətləri çatmır. Gizlədikləri ikinci eqo daha çox spirtli içki içəndə üzə çıxır.
Yadıma gəlir ki, Almaniyada bir kinofestivalda olanda fasilə vaxtı kafeyə baş çəkdim.
Pivədən sərxoş olmuş ciddi görkəmli, rəsmi geyimli orta yaşlı bir alman yaxınlaşıb mənə astadan ehtiyatla, çəkinə-çəkinə kompliment deyirdi. Adamın özünü idarə edə bilmədyini görüb aradan çıxdım.
Əminəm ki, o ayıq olsaydı, hansısa xanıma yaxınlaşıb iltifat deməyə cürət etməzdi. Çünki əcnəbilər çox mədəni və məsafə saxlayandır, xoşuna gələn qadınların yaxasından sallanmırlar.
Tənhalıqdan qurtuluşun ən yayılmış forması isə heyvan saxlamaqdır. Qərbdə tənha insanların çoxu it saxlayır. Bir Avstraliya serialında qəhrəmanın dediyi kimi, günlərin birində tək qalsam it saxlayaram.
Heyvanla münasibətdə - insanla yaşadığın problemləri yaşamırsan, suyunu, yeməyini verirsən, gəzməyə aparırsan, təmizliyinə baxırsan, vəssalam.
Münaqişə etmrsən, ortaya problemlər çıxmır. Amma əsas odur ki, onun baş-beynini aparmaq üçün dili yoxdur. Sən danışırsan, danışırsan... o isə yalnız dinləyir. Çünki başqaları səni dinəmək istəmir. Hərəyə öz problemi bəs edir.
“Dinləmək” dedim, yadıma fransız rejissoru Patris Lekontenin “İntim etiraf” filmi düşdü. Baxmaq məsləhətdir. Təbii anayanlar üçün.
Filmin qadın qəhrəmanı psixoanalitiklə görüş təyin edir, amma səhvən vergi üzrə məsləhətçinin qapısını döyür.
Beləcə, qadın hər gün vergi mütəxəssisinin yanına gəlib həyatındakı problemlərdən danışır, danışır... və sonra ondan məsləhət almadan, fikrini belə öyrənmədən gedir.
Qadın danışdıqca yaxşılaşır və günlərin birində həyatını dəyişmək üçün sıfırdan başlayır. Arvadından yeni ayrılan, onu susaraq dinləyən kişi də problemlərlə dolu həyatına yeni prizmadan baxır.
Lekont bu filmi ilə Qərbdə geniş yayılmış “psixoanalitik köməyini”, bir növ, heçə endirir, ona ironiya edir, psixoanalitikərlin pul qazanmaq üçün insanları manipulyasiya etdiyi qənaətinə gəlir. Yəni insanlar bir-birini dinləməyi bacarsa, tənhalıq, mənəvi-psixoloji problemlərini psixoanalitiksiz də həll edə bilər.
Lekont belə düşünür. Amma Lekonteni kimdir dinləyən?
Fakt faktlığında qalır ki, tənhalıq bu gün mənəvi yox, artıq arealını genişlındirən sosial, hətta milli problemdir.
Sevda SULTANOVA

1152 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024