Yeni romanlar kimlərdən gəlir?
19 iyul 2011
21:43
Yaxın vaxtlarda Azərbaycanda xeyli yeni roman işıq üzü görəcək.
Məsələn yazar Etimad Başkeçidin təxminən 3 il əvvəl yazmağa başladığı “Divlərin yürüşü” adlı romanı artıq çapa hazırdır. Roman Rusiyada yaşayan azərbaycanlının həyatından bəhs edir.
Amma müəllif hesab edir ki, nəşriyyat işi yay aylarında zəifləyir. Ona görə də əsərini payızda nəşriyyata təqdim etmək fikrindədir.
“Dünya praktikasında da belə təcrübə var ki, yayda-belə isti aylarda roman çap etdirmirlər. Payızda-sentyabr, oktyabr aylarında isə çap etdirmək fikrim var”.
Etimad Başkeçid deyir ki, hazırda Azərbaycanda roman yazmaq kampaniyaya çevrilib. Hamıda-xüsusilə gənclərdə belə bir yanlış təsəvvür formalaşıb ki, yazıçı olan mütləq roman yazmalıdır.
Əslində isə bir yazıçının roman yazması heç də şərt deyil. Niyə məhz özünün roman yazmasına gəlincə, yazar bildirir ki, o, ömrünün 20 ilə yaxınını Rusiyada yaşayıb.
Bu müddət ərzindəki yaşantılarını isə qısa bir hekayəyə yerləşdirmək mümkün deyil.
ÖZÜNÜTƏSDİQ?
Yazar Pərviz Cəbrayıl isə ilkin adı “Məryəm surəsi” olan romanını artıq bitirib. Amma deyir ki, onu yenidən işləmək fikrindədir. Ona görə hələlik çap etdirmir. “Niyə məhz roman yazırsınız?” sualımızı isə yazar belə cavablandırır.
“Görünür hekayə yazmağa nəfəsim çatmır”.
Yazar, tərcüməçi Çəlil Çavanşir isə düşünür ki, ədəbiyyatda özünü təsdiq etmək üçün iri həcmli nəsr əsərləri yazmağa ehtiyac yaranır. Bu görə də o həyata baxışını ifadə etmək üçün roman yazmağa qərar verib.
“Hazırda iki roman üzərində işləyirəm. Biri Azərbaycandakı və dünyadakı televiziyaların vəziyyətindən-Şərq və Qərb arasındakı mübarizədən bəhs edən “Kanalizasiya” adlanacaq romandır.
Digəri isə “Qeyri ənənəvi sevgi” adlanan romandır. Onu artıq yekunlaşdırmışam. Çapa hazırlayıram. Bu romanda Azərbaycandakı cinsi azlıqlara münasibəti və o insanların psixoloji durumunu yazmağa çalışmışam”.
“HEÇ ROMAN YAZMAYIM”
Yazar Qan Turalı isə il yarım əvvəl Gürcüstanın Batumi şəhərində başladığı və ilkin adı “Mustafa” olan romanını yekunlaşdırmaq barədə düşünür. Deyir üzərində artıq son redaktə işi gedir.
Yazarın sözlərinə görə, əsər 2005-ci ildəki tələbə gənclər hərəkatından, Azərbaycan gəncinin qarşılaşdığı mənəvi psixoloji, siyasi problemlərdən bəhs edir:
“Bəzən düşünürəm ki, heç roman yazmayım. Çünki roman yazmaq mənəvi olaraq adamı çox boşaldan bir şeydir.
Mən BDU-nun fəlsəfə fakültəsini bitirmişəm. Mənə elə gəlir ki, fəlsəfə ilə məşğul olmaq, esselər yazmaq, araşdırmalar hazırlamaq daha rahatdır. Açığı romanı yazarkən də dəfələrlə özümə dedim ki, bu axırıncı olacaq, daha bir də yazmayacam. Amma görək sözümü nə qədər tuta biləcəm”.
BƏHANƏLƏR ARADAN QALXIB?
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə son vaxtlar çoxlu roman yazılmasını “roman bumu” adlandıranlarla razılaşmır. Deyir əslində “yazıçılar yazmağa başlayıb” deyilsə, daha düzgün olar.
Onun fikrincə əvvəl yazıçılar kitabın satılmadığını deyib roman yazmırdılar. İndi isə bu dırnaqarası bəhanələr artıq aradan qalxıb:
“Ümumiyyətlə dünyada belə bir tendensiya var idi ki, guya roman öz aktuallığını itirib. Onun yerini publisistika və sairə tutub. Amma Orxan Pamuk dünya ədəbiyyatına-romançılığa yeni bir nəfəs gətirdi.
Yəni bu mənada roman bu gün dünyada aktualdır. Və Azərbaycanda da ən nəhayət bu proses başlayıb. Yazıçılar yazmağa başlayıblar”.
Şahbaz Xuduoğlu deyir ki, nəşriyyatlar yazarların hesabına yaşayırlar. Yazarların fəallığı nəşriyyatın işini çoxaldır. Onun sözlərinə görə hazırda Azərbaycan bazarında yerli əsərlər satışın cüzi bir hissəsini təşkil edir.
Amma naşir ümid edir ki, hazırda gedən proses dünyada olduğu kimi Azərbaycanın kitab bazarında da gec-tez üstünlüyün yerli əsərlərin əlinə keçməsinə gətirib çıxardacaq.
Hələlik isə ən çox satılan tərcümə olunmuş əsərlərdir.
YAXŞI BİR ƏSƏRİN YAZILMASI ÜÇÜN...
Yazar Fəxri Uğurlu da Azərbaycanda romançılığa marağın artmasını dünyada gedən proseslərlə əlaqələndirir.
O roman yazanların gün- gündən çoxalmasında təhlükəli bir şey görməsə də onların yazdıqları əsərlərin keyfiyyətində narahat edici kifayət qədər problemlər olduğunu deyir.
Fəxri Uğurlu hesab edir ki, indi adi cümlə qura bilməyən adamlar da roman yazmağa başlayıblar:
“Mən o fikirdə deyiləm ki, yaxşı bir romanın yazılması üçün mütləq 10-larla, 100 –lərlə pis roman yazılmalıdır.
Günün birində belə romanların içindən yaxşı bir əsər çıxacağını düşünmək məsələsində mən o qədər də optimist deyiləm”.
Fəxri Uğurlu deyir ki, amma bütün bunlar heç də o demək deyil ki, Azərbaycanda yaxşı romanlar olmayıb, hələ bundan sonra yazılacaq.
O İsa Hüseynovun “Məhşər” romanını misal çəkərək əlavə edir ki, Azərbaycanın 60-70-80-ci illərə söykənən çox gözəl romançılıq ənənəsi var. Və o ənənələrdən öyrənmək lazımdır.
İlqar RƏSUL, AzadlıqRadiosu

1184 dəfə oxunub
Oxşar xəbərlər
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024