Yevno Azef: Dünyanın ən yaxşı sosialist casusu

Yevno Azef: Dünyanın ən yaxşı sosialist casusu
18 iyul 2011
# 06:00
Yevqeni Filippoviç “Yevno” Azef - yəhudi-rus xəfiyyə-provakatoru. Həm Rus Sosialist İnqilabçı partiyasının – SR-in (eser) üzvü olaraq siyasi cinayətlərin təşkilatçısı, həm də çar imperiyasının gizli polis xidməti “Oxrana”nın casusu idi.


Gəncliyi


1869-cu ildə Xrodnada, kasıb bir yəhudi ailəsində anadan olub. İlk təhsilini aldıqdan sonra jurnalist və səyyar satıcı olaraq işləyib. Bu ərəfədə inqilabçılarla təmas qurur. 800 rubl oğurlayır və 1892-ci ildə həbs olunmaq təhlükəsi ilə üz-üzə qalıraq Almaniyaya qaçır. Əvvəl Karlsruye, sonra Darmştadta gedir. Burada elektrik mühəndisliyi təhsili alar. O illərdə “Oxrana” rəsmilərindən olan Sergey Zubatov tərəfindən polis casusu olaraq ələ alınır. Bu zaman “Raskin” ləqəbindən istifadə edir.


Polis xəbərçisi


Almaniyada sürgündəki Rus İctimai Demokrat İşçi Partiyasına (RSDİP) yaxınlaşmağa çalışır və Avropadanın müxtəlif ölkələrindəki inqilabçıları tanımağa səy göstərir. 1899-cu ildə Rusiyaya qayıdır və SR-ə üzv olur. Partiyanın Mərkəz Komitəsinə qədər yüksəlir. 1903-cü ildə “Oxrana”ya, partiyanın silahlı qanadının rəhbəri Qriqori Qerşuninin tutulması üçün kəşfiyyat məlumatları ötürür. Tutulan Qerşuninin yerinə özü keçir. Partiyada “İvan Nikolayeviç”, “Valentin Kuzmiç”, “Tolstıy” (“Gombul”) kimi ləqəblərdən istifadə edir.

Bu vəzifədə olarkən 1904-cü ildə daxili işlər naziri Vyaçeslav Durnovanın, 1905-ci ildə Böyük knyaz Serqey Aleksandroviçin və Peterburq qubernatoru Trepovun öldürülməsini planlaşdırır və reallaşdırır. 1908-ci ildə Azef həm inqilabçı olaraq sui-qəsd planlarını yerinə yetirir, həm də polis casusu olaraq vəzifəsini yerinə yetiriridi. SR-rin polis təşkilatının içərisindəki tərəfdaşları bu barədə partiyaya məlumat versələr də, buna heç kim inanmamışdı. Bu ərəfədə Azefin polisdən aldığı “maaş”ın məbləğı 1000 rubl idi…


İfşa


Nəhayət, polis orqanlarından çıxan bir tərəfdar SR-in tanınmış və sözü işə keçən inqilabçılarından olan Vladimir Burtsevi inandıra bilir. Burtsev sabiq polis rəisi Lopuxin ilə görüşür və Azefin polis casusu olduğunu dəqiqləşdirir. O, Azefi 1909-cu ildə ifşa edir. Parisdə partiya məhkəməsi yaradılır. SR günahsız olduğuna dair dəlillər təqdim etmək istəyən Azefi sərbəst buraxır. Azef isə yenidən Almaniyaya qaçır. Gizli həyatından xəbəri olmayan xanımı Lyuba Mankin ondan boşanır və Amerikaya köçür.


Ölümü


Almaniyada Azef saxta ad altında (Aleksandr Nejmajera) bir müğənniylə yaşamağa başlayır, korset alveri ilə və birja spekulyatorluğu ilə məşğul olur. I Dünya müharibəsi əsnasında təhlükəli terrorist olaraq həbs olunur. Həbsxanada böyrəkləri sıradan çıxır, 1917-ci ilin dekabr ayında azad olunur. Getdikcə şiddətlənən xəstəliyi səbəbindən 24 aprel 1918-ci ildə 59 yaşında ölür. Baş daşı tapılmasa da, məzarının Berlindəki “Wilmersdorf” qəbiristanlığında olduğu iddia olunur.



Vüqar QURDQANLI
# 1103 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #