4 sərsəri Bakıda günə 50 manat qazanır - VİDEO

 4 sərsəri Bakıda günə 50 manat qazanır - VİDEO
5 iyul 2011
# 11:38
Gecə on ikinin yarısı. “Tarqovı”dakı meydanlardan birində 50-ə yaxın adam bir yerə yığışıb. Musiqi səsi gəlir. 4 küçə musiqiçisi burda konsert verir. Biri gitarada, biri qarmonda, biri skripka çalır. Biri oxuyur, pulları yığır.

Bizim şən və musiqisevər xalqımız isə maraqla dinləyir. Hətta rəqs edənlər də var.

Geyimlərindən “BOMJ”a oxşayırlar. Saçları uzun, ayaqları yalın, şavarları cırıq-cırıq. Tez-tez pivə içirlər. Dərvişlərə oxşayırlar.

Onların hərəsi bir ölkədəndir. Dünyanı gəzib küçələrdə konsertlər verirlər.

Qruplarının adı “Caspian caravan”dır (“Xəzər karvanı”). Qazandıqları pul isə qalmağa, yeməyə və sayahət etməyə bəs edir.

“Midlton” - qarmonda ifad edir, İngiltərədəndir.

Matvey – Avstraliyadandır, gitarada ifa edir. Təhsili yarımçıq qoyub, səfərə çıxıb.

Qrupun yeganə qadın üzvü Freya – Danimarkadandır.

Qrupun digər üzvü, skripkada ifa edən ABŞ vətəndaşı Jaffi Kulis.az-a danışır:

- Azərbaycandan qabaq hansı ölkələrdə oldunuz?

- Gürcüstanda, Türkiyədə və İraqda olmuşuq. Bu qrupu 4 ay əvvəl yaratmışıq. Avtostopla hərəkət edərək İraqa getdik. Sonra Gürcüstana gəldik. Ordan da bura.

- Neçə gündür burdasınız?

- Hardasa bir həftədir. Biz Qazaxıstana getmək istəyirik. Gəmi axtarırıq. Amma gəmi tapmaq çox çətindir. Hələ ki, gözləyirik.

- Bakıya çatanda hansı problemlərlə rastlaşdınız?

- Bakıya çatdıq, küçədə başladıq konsert verməyə. Polis yaxınlaşdı və bildirdi ki, burda konsert vermək olmaz. Biz də daxil olmaqla, hamı buna təəccübləndi. Axı niyə musiqi olmaz? Ancaq ifamızı davam etdirdik. Sonra polis pasportumuzu aldı. Bakıda tanış olduğumuz dostların sayəsində birtəhər sənədləri geri aldıq.

- Siz bundan qabaq bir çox neçə ölkədə olmusunuz. Azərbaycanla bu ölkələr arasında hansı fərqləri gördünüz?

- Məncə, azərbaycanlılar türkiyəlilərə nisbətən daha açıq fikirlidir. Türkiyədə dinin insanlar üzərində təsiri çox güclüdür. Gürcüstanla Azərbaycan arasında fərq gəldikdə bu polislə bağlıdır. Orda qaydalar çox yaxşıdır. Qanun işləyir. Polis adama ilişmir. Gəlib pasport istəmir. Bakının isə Tbilisidən üstünlüyü adamlarda pulun çox olmasıdır. Biz Gürcüstanın paytaxtında saatlarla çalırdıq, ancaq çox az pul yığırdıq. Burda isə o barədə vəziyyət yaxşıdır.

- Azərbaycan və Bakı haqda ümumi fikriniz nədir?

- Burda adama elə gəlir ki, insanların hamısının çoxlu pulu var. Ancaq sona başa düşürsən əslində elə deyil. Bakıda hündür binalar var. Ancaq bu kapitalizmdir. İnsanlar xoşbəxt görünmürlər. Ancaq, məncə, onlar xoşbəxtlikləri uğrunda mübarizə aparmalıdırlar. İnsanlar dəyişikliklər arzulayır.

- Siz solçusunuz?

- Solçu deyiləm. Azadlıq tərəfdarıyam. İnsanların birlikdə, azad xoşbəxt yaşamalarını istəyirəm.

- Məqsədiniz nədir?

- Məqsədimiz özümüzü ifadə etməkdir. İnsanları şənləndirməkdir. Dünyada musiqini, sülhü təbliğ etməkdir. Həm də bu iş bizim özümüz üçün maraqlıdır. Dünyanı gəzirik. Müxtəlif mədəniyyətlər, müxtəlif insanlarla tanış oluruq.

- Səyahətə başlayanda nə qədər pulunuz vardı?

- Çox deyildi. Qazandığımız pulu vizaya və yola veririk.

- Burda gündə nə qədər qazana bilirsiniz?

- Burda günə 50-60 manat qazanırıq. Amma 4 nəfərik. Bunu da nəzərə alın.

- İnsanların reaksiyası necədir?

- Çoxları təəccüblənir. Birtəhər baxır bizə. Çox az adam başa düşür. Başa düşənlər həzz alır bizim musiqilərdən.

- Yolunuz haradır?

- Dediyim kimi, burdan Qazaxıstana getmək istəyirik. Ordan da Çinə, sonra Pakistana və Hindistanda səfərimizi bitərəcəyik. Orda albom buraxmaq istəyirik. Sonra bir müddət istirahət edəcəyik.

Elmin HƏSƏNLİ
# 1599 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #