“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı
22 yanvar 2020
# 17:44

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı işıq üzü görüb.

Kulis.az-ın verdiyi xəbərə görə, dərgi esse janrına həsr edilib. Dərginin yeni sayında Pablo Neruda (Çili), Frans Emil Sillanpyaya (Finlandiya), Mişel Uelbek (Fransa – “Sadələşmiş hesablar”, “Ticari stellajlar düzəltməli”, “Donmuş hərəkətin poeziyası”), Bernard Şou (İngiltərə), Antonio Porpetta (İspaniya) və Mixail Şoloxovun (Rusiya) esseləri Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun tərcüməsində verilib.

Mişel Uelbekin bu sayda təqdim olunan daha iki essesi mərhum şair Adil Mirseyidin (“Sağqalma”) və dünyasını erkən dəyişmiş yazıçı Pərviz Yusifin (“Absurd - yaradıcı faktor kimi”) vaxtilə çevirdikləri mətnlərdir.

Rolan Bart (Fransa), Migel de Unamuno (İspaniya) və Adonisin (Suriya) dərginin yeni sayındakı esselərini tanınmış ədəbiyyatşünas, professor Cavanşir Yusifli çevirib.

Adam Kirş (Amerika), Con Bart (Amerika), Xorxe Luis Borxes (Argentina), Mo Yan (Çin), Viston Hyu Oden (İngiltərə), Zeydi Smit (İngiltərə), Enrike Vila-Matas (İspaniya), Xavier Marias (İspaniya), İtalo Kalvino (İtaliya), Simon Gikandi (Keniya), Karlos Fuentes (Meksika), Mario Varqas Lyosa (Peru - “Ədəbiyyatsız dünya necə olardı”), Veronika Serbinskaya (Rusiya), Vladimir Nabokov (Rusiya-Amerika), Orxan Pamuk və Özdəmir İncənin (hər ikisi Türkiyədən) esseləri isə şair və ədəbiyyatşünas Qismətin tərcüməsində təqdim olunub.

Corc Feyfer (Amerika), Tomas Bernhard (Avstriya), Anatol Frans (Fransa), İngiltərə yazıçılarından Artur Konan Doyl, Gilbert Kiyt Çesterton və Piter Smitin, italyan yazarlar Alessandro Piperno və Renzo Olivanın, Yanuş Qlovatski (Polşa), Mario Varqas Lyosa (Peru - “Katoblepas” və “Soliter haqqında pritça”), rus ədiblərindən Dmitri Merejkovski, İqor Yevdokimov, Larisa Obaniçeva, Nikolay Berdyayev və Yevgeni Zamyatinin esselərini Seyfəddin Hüseynli tərcümə edib. Türkiyəli yazarlar Əhməd Camal, Çingiz Güləç, Nihat Ziyalan, Semih Gümüş, Sərxan Evyapan və Yusif Yaquboğlunun, eləcə də Uruqvay yazıçısı Mario Benedettinin esseləri də S.Hüseynlinin tərcüməsində verilib.

Nəşrin üz qabığının tərtibatı tanınmış Polşa rəssamı Yatsek Yorkanın “Aşınma” əsəri əsasında qurulub.

# 3927 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər