“Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı

“Mediada Azərbaycan dili”  mövzusunda təlimlər başlandı
10 yanvar 2026
# 14:25

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlanıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbirdə 50-yə yaxın media nümayəndəsi iştirak edir.

Təlimə ölkənin tanınmış dilçi-alimləri, media üzrə mütəxəssisləri və ustad jurnalistlər cəlb olunublar.

Təlimin açılışında çıxış edən Teleradio Akademiyasının rektoru Almaz Mahmud bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışında, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində jurnalistlər qarşısında qoyduğu məsələlərdən irəli gələrək Teleradio Akademiyası həmin qərarı alıb: “Məqsəd mediada Azərbaycan dilinin qorunması məsələsinə xüsusi diqqət çəkmək, çatışmazlıqları həll etməkdir. Jurnalistika daim təkmilləşməyə ehtiyacı olan bir sahədir və bu baxımdan belə təlimlərin keçirilməsi vacibdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli həmin təşəbbüsü yüksək qiymətləndirib. Azərbaycan dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli kimliyimizin əsas dayaqlarından biri olduğunu diqqətə çatdırıb.

Məşhur diktor, Əməkdar artist Nərgiz Cəlilova vurğulayıb ki, Akademiyada dəfələrlə keçirilən təlimlər məhz qeyd olunan boşluqların aradan qaldırılmasına xidmət edir və həmin təşəbbüs yüksək dəyərləndirilməlidir. Nərgiz Cəlilova Azərbaycan dilinin qorunması istiqamətində atılan addımlara görə Teleradio Akademiyasına təşəkkür edib.

“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini Rafiq Həşimov isə Azərbaycan dilinin zənginliyinə diqqət çəkib. Ulu Öndər Heydər Əliyevin uzunmüddətli çıxışlarla auditoriyanı cəlb etmək bacarığını, Prezident İlham Əliyevin də bu ənənəni uğurla davam etdirdiyini xüsusi vurğulayıb. O əlavə edib ki, bu cür görüş və təlimlər media nümayəndələri üçün faydalı olacaq.

“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini İlhamə Hüseynova, Bakı Dövlət Universitetin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, “Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin Xarici əlaqələr şöbəsinin rəhbəri Vüsalə Həbibova təlimdə çıxış edən iştirakçıların hər birinə uğurlar arzulayaraq bildiriblər ki, bu proqram onlar üçün uğurlu və faydalı nəticələrlə yadda qalacaq. Təlim peşəkar inkişaf baxımından iştirakçılara mühüm töhfə verəcək.

Təlim 3 ay davam edəcək. Proqramın sonunda nəticə monitorinqlər vasitəsilə dəqiqləşdiriləcək.

Təlim prosesini başa vuranlara sertifikatlar veriləcək.

# 1680 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər