“Qəhrəman Ana” ordeni almayan sovet lideri

“Qəhrəman Ana” ordeni almayan sovet lideri
22 dekabr 2013
# 14:00

Bir çox tarixi, siyasi hadisələr onun adı ilə bağlıdır. Olimpiada-80, raket əleyhinə müdafiə müqaviləsi, eyni zamanda iqtisadiyyatda durğunluq, Çexoslovakiyaya təcavüz, Soljenitsının sürgünü, Əfqanıstanla müharibə. Leonid İliç bu missiyasını dünya müharibəsinin qarşısını almaq kimi dəyərləndirir və bununla fəxr edirdi ki, Qərbdə onu “sülh adamı” kimi tanıyırlar.

SSRİ-nin tərkibindəki 15 respublikadan biri olan Azərbaycan, “Azərbaycan iri addımlarla irəliləyir” məşhur deyimi ilə yadda saxlayır onu. Amma Brejnev təkcə bunlarla tarixdə qalmayıb.

Söhbət ondan gedir ki, SSRİ dağılandan sonra bir sıra sovet liderləri kimi Brejnevlə bağlı da bəzi məziyyətlər bəlli oldu. Düzdür, Brejnevlə bağlı ortaya çıxan məqamların çoxu sonradan lətifə mövzusuna çevrilmişdi. Amma lətifə mövzusuna çevrilsə belə, onların çoxu həqiqət idi. Elə aşağıda söhbət açdığımız məqamlar kimi…

1991-cu ildə Ginessin Rekordlar kitabı maraqlı bir açıqlama yaydı. Sən demə, Leonid İliç Brejnev dünya tarixində ən çox mükafat alan şəxs olub. Hə, sovet liderinin aldığı orden və medalların sayına görə tarixdə bərabəri yox imiş.

Bu günlərdə Rusiya KİV-i Brejnevin orden və medallaryla bağlı maraqlı bir araşdırma təqdim edib.

“Brejnevin orden və medalları: miflər və həqiqətlər” adlı bu yazıda Leonid İliçlə bağlı 8 əsas məqam yer alıb. Sən demə…

Yaxşısı budur ardıcıllıqla:

1. Brejnev dəfn olunanda onun orden və medallarını 44 zabit aparıb. Mükafatların ümumi sayı isə 200-ü keçib.

Leonid İliç SSRİ-nin vur-tut bir ordeni ilə təltif olunmayıb. Bu, «Qəhrəman Ana» ordenidir.

3. Onun ordenlərinin çəkisi 6 kiloqramdan çox idi.

4. O, 8 dəfə “Lenin ordeni” ilə təltif olunmuşdu ki, SSRİ tarixində hətta Stalin belə buna cəsarət etməmişdi.

5. «Polşa Qəhrəmanı”. Bu ordenlə isə ondan başqa heç kim təltif edilməyib.

6. SSRİ tarixində 4 dəfə Sovet İttiafqı Qəhrəmanı adı alan iki nəfərdən-o biri Jukov idi-biridir. Amma Jukov bu fəxri adları 3 dəfə məhz müharibə dövründə alıb. Brejnev isə 1966, 1976-77 və 1981-ci illərdə. Yəni dinc dövrdə. Bundan başqa o, 3 qat Sosialist Əməyi Qəhrəmanı idi.

7. Bu mükafatların böyük əksəriyyətini…o, özü-özünə vermişdi.

8. Hər ad günündə ona mütləq hansısa orden verilməliydi.

Elə əsl lətifəlik məqam da budur…

Hə, dünən onun ad günüydü axı?

# 4769 dəfə oxunub

Müəllifin son yazıları

# # #