“Dərin düşünməyən beyinə ehtiras dolar”

“Dərin düşünməyən beyinə ehtiras dolar”
19 iyul 2013
# 07:45

Kulis.az Buddizm dinin banisi Qautama Buddanın aforizmlərini təqdim edir:

Tərk etməyi öyrən. Xoşbəxtliyin açarı budur.

İnsanın özünü məğlub edərək qazandığı zəfər, başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır.

Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz.

Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; insan qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxladığı kimi saxlayar.

Kin saxlamaq yanan kömür parçasını başqasına atmaq məqsədilə əlinə almaq kimidir. Yalnız özünü yandırarsan.

Sağlamlıq ən böyük hədiyyədir, gözütoxluq ən böyük zənginlik, etibar ən yaxşı qohumluqdur. Nirvana isə ən böyük xoşbəxtlikdir.

Oxatan oxların düz olmasına diqqət edir, müdrik insan dağınıq düşüncələrini yığışdırıb istiqamətləndirir.

Çayın o biri tayına keçə bilən çox az sayda insan var. İnsanların əksəriyyəti çayın qırağında gəzişirlər.

Budda dənizinin sahilləri yoxdur.

Ağlınla və sağlam zehninlə uzlaşmayan heç nəyə inanma, onu mən demiş olsam belə.

Dərdin varsa, dərman tapmağa çalış, tapa bilmirsənsə də, onu dərd etmə.

Bu dünyanı yaradan, zehninizdir.

Sizi özünüzdən başqa heç kim qurtara bilməz. Özünüz özünüzə işıq olun.

Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax.

Nə ana, nə ata, nə də hər hansı bir qohum insana yaxşı idarə

olunan ağıldan daha çox fayda verə bilməz.

Kiməsə yol göstərməmişdən əvvəl öz gedəcəyin yolu öyrən.

Qəzəbi sevgi ilə, pisliyi yaxşılıqla məğlub et. Acgözlüyü əliaçıqlıqla, yalanı həqiqətlə məğlub et.

Damı bəsit qurulmuş evə yağış necə dolursa, dərin düşünməyən beyinə də ehtiras elə dolar.

Göydən qızıl da yağsa, insanın arzuları bitməz. İstəyin, kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır.

# 2251 dəfə oxunub

Müəllifin son yazıları

# # #