Kulis.az filmlərdən yaddaqalan sitatları təqdim edir.
***
- Mən robot deyiləm, insanam. –
- Onda de görək hisslərin olmağı necə şeydir?
- İnsanam dedim, qadınam demədim.
(“Simpsonlar”)
***
- Yaddaşını tamamilə itirdikdən sonra xəstənin yaxşılaşması mümkün deyil.
- Doktor, elm bir yerə kimidir, sonra məsələyə Tanrı qarışır.
(“Noutbuk”)
***
“Münasibətdə olan qadınlar 3 qrupa ayrılır: xoşbəxt olanlar, xoşbəxt olmadığını bilməyənlər və xoşbəxt olmadığını etiraf etməyənlər” (Larnacoeur)
***
“Danışıb danışmamaq nəyisə dəyişməyəcəksə, susmamaq üçün bir səbəb yoxdur” (“Paradizo kinoteatrı”)
***
“Axıra kimi xoşbəxt yaşadılar, amma ayrı-ayır” (Kazanova)
***
“Bir qadının həyatına, ən azından bir alçaq girmədikcə o yetkin qadın sayıla bilməz...”
(“Cənan Bruks”)
***
“Biz televizora baxa-baxa milyoner, kino ulduzu, rok ulduzu olacağımıza inanaraq böyüdük. Amma ola bilməyəcəyik. İndi bunu anlamağa başlayırıq...” (“Döyüş klubu”)
***
"Öp məni, bütün sualların cavabı budur" (“Kasablanka)
***
“Kim nə deyir desin, sözlər və düşüncələr dünyanı dəyişdirə bilər” (“Ölü şairlər dərnəyi”)
***
“Əgər kiminsə ruhuna baxmaq istəsən, sənə xəyallarını göstərməyini istəməlisən” (“Arizona arzusu”)
***
“Gözlərimin içinə bax. Ehtiyacın olan tək güzgü mənəm” (“The Cooler”)
***
“Bütün ümidi itirmək azadlıqdır…” (“Döyüş klubu”)
***
“Mən nə getdim, nə də qala bildim…” (“Atam və oğlum”)
***
“Mənə sevgi, pul, inanc, şöhrət, ədalət yerinə həqiqəti verin” (“Vəhşi şərtlər altında”)
***
“Əgər hamımız tənhayıqsa, deməli hamımız bərabərik…” (“P.S. Mən səni sevirəm”)
***
- Sən niyə danışmırsan, Üzeyir abi?
- Bir ara çox danışdım, faydasını görmədim, daha danışmıram (“Organize işler”)
***
- Xəstəxanaları heç sevmirəm.
- Niyə görə?
- Ən pis günüm orda keçdi.
- Hansı gün?
- Doğulduğum gün. (“Powder”)
***
“Keçmiş bəzən xatırlamaq istədiyin kimidir” (“Mustafa haqqında hər şey)
***
“Barmaq izlərimiz toxunduğumuz həyatlardan silinməz” (“Xatırla məni”)